Məhkəmə qərarları › İş №2(004)-274/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-274/2022

10.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-274/2022 10.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə 29.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş zərərə görə 2722 manat, dayacaq haqqı olaraq 125 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahat verərək bildirmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 28.11.2019-cu il tarixli “X2” əsasında lizinqə verilmiş “Ravon R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında onun istifadəsinə verilmişdir. Digər Cavabdeh1 tanımır. İnzibati xəta hadisəsi baş verən zaman qəza barədə "xxxx" MMC ilə əlaqə saxlayaraq məlumat vermişdir. Ona avtomobilin icbari sığortasının olması bildirilmiş, kasko sığortası barədə məlumat verilməmişdir. İddia ərizəsində qeyd olunan avtomobilə dəyən zərərə görə müəyyən olunmuş 2722 manat məbləğlə razı deyil, 500 manata yaxın xərci olar. Avtomobili götürən zaman 1160 manat depozit qoymuş, "xxxx" MMC-də izahat yazaraq 3 ay müddətində avtomobilə hər hansı bir zərər dəyərsə depozitə qoyduğu məbləğdən çıxılacağı bildirilmişdir. Bu 3 ay ərzində hadisə baş verdiyindən dəyən zərər həmin məbləğdən çıxılmalıdır. Odur ki iddia tələbi əsassızdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, hazırki iddiaya heç bir etirazı yoxdur. Avtomobil lizinq yolu ilə "xxxx" MMC-dən lizinqə götürülmüş və "xxxx" MMC-nin qarşısında götürülən öhdəliklər tam qaydada icra olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan lizinq verən qismində "xxxx" MMC ilə lizinq alan qismində İddiaçı arasında bağlanmış 28.11.2019-cu il tarixli, MAS 1505 nömrəli X2nin surətinə əsasən müqaviləyə 1 saylı əlavədə göstərilən “Ravon R3” markalı, ağ rəngli, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alanın müvəqqəti sahibliyinə verməyi, lizinq alan isə bunun müqabilində müqavilədə nəzərdə tutulmuş ödənişləei etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.03.2021-ci il tarixli, POA********** nömrəli etibarnamənin surətinə əsasən "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 28.11.2019-cu il tarixli X2 üzrə lizinqə verilmiş “Ravon R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsi üçün "xxxx" MMC tərəfindən Cavabdeh2 30.04.2021-ci il tarixədək etibarnamə verilmişdir. İş materiallarında olan icarəyə verən qismində İddiaçı ilə icarəyə götürən qismində Cavabdeh2 arasında bağlanmış 19.03.2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən “Ravon R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili günlük 20 manat olmaqla 60 ay müddətinə icarəyə götürənə verir. Müqavilənin 1.7-ci bəndinə əsasən yol nəqliyyatı, yanğın, oğuluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəymiş zərəri icarəyə götürən ödəməyə borcludur. İş materiallarında olan AR DİN Baş dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş 04.08.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən müəyyən olunur ki, Cavabdeh2 09.06.2021-ci il tarixdə “Ravon R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərkən AR İXM-nin 327.2-ci maddəsinin tələbini pozmaqla inzibati xəta törətmişdir. İş materiallarında olan “RS” avtoservisin 17.08.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktına əsasən “Ravon R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi cəmi 2722 manat təşkil edir. İş materiallarında olan DİN BDYPİ “Siqnal” İLİİ-nin 11.08.2021-ci il tarixli birdəfəlik dayanacaq haqqı qəbzinin surətinə əsasən “Ravon R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün dayanacaq haqqı 125 manat təşkil etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 9/9009 nömrəli, 28.01.2022ci il tarixli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə “RS” Avtoservisin 17.08.2021-ci il tarixli qüsur aktındakı məlumatlar üzrə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Ravon R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2668 manat müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, 09.06.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman Cavabdeh2 "xxxx" MMC-nin mülkiyyətində və lizinq müqaviləsinə əsasən iddiaçının sahibliyində olan “Ravon R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olduğu müəyyən edilmişdir. Hadisə tarixinə avtonəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi mövcud olmamışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada dəymiş ziyanın tutulmasını tələb etsə də, məhkəmə iddianı ancaq Cavabdeh2 münasibətdə əsaslı hesab edir. Çünki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsi və ya işin ümumi halı ilə heç bir bağlılığı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, vurulmuş zərər yalnız Cavabdeh2 tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 2722 manat məbləğində zərərin tutulmasını xahiş etsə də, ekspert rəyindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 2668 manat məbləğində zərər dəydiyi müəyyən edildiyindən cavabdehdən iddiaçının xeyrinə maddi ziyan olaraq 2668 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş qəbzə əsasən avtomobilin dayanacaqda saxlanılması ilə bağlı iddiaçının 125 manat ödəməsi sübut oldunduğundan, cavabdehdən dayanacaq haqqının əvəzi olaraq 125 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 dəymiş maddi ziyana görə 2668 (iki min altı yüz altmış səkkiz) manat, dayanacaq haqqı olan 125 (yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 dəymiş maddi ziyana görə 2668 (iki min altı yüz altmış səkkiz) manat, dayanacaq haqqı olan 125 (yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar