Məhkəmə qərarları › İş №2(004)-2778/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2778/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2778/2023 18.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Cavabdeh2 iştirakı ilə İddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kreditor “X1 Azərbaycan” borclu Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2014-cü il tarixli, 2(004)- 9542/2014 saylı məhkəmə əmri ilə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh1 və ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh2 müştərək qaydada 3841,02 ABŞ dolları əsas borc, 377,72 ABŞ dolları faiz borcu, 96,23 ABŞ dolları cərimə olmaqla, cəmi 4314,97 (dörd min üç yüz on dörd dollar doxsan yeddi sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və 25 (iyirmi beş) manat məbləğində məhkəmə xərclərinin kreditor “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması əmr edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2778/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu Cavabdeh2 etirazı təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9542/2014 saylı, 03 oktyabr 2014-cü il tarixli məhkəmə əmri ləğv edilmiş və iddia ərizəsi üzrə materiallar iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələblərinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə borc məbləğinin kompensasiya olunduqdan sonra qalan 2100,62 ABŞ dolları məbləğinin “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, cavabdehlər ilə Bank arasında imzalamış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 4800 ABŞ dolları kredit verilmiş, Cavabdeh2 kredit borcunun qaytarılması ilə bağlı bankla zaminlik müqaviləsi imzalamışdır. Lakin cavabdehlər üzərilərinə götürdükləri öhdəlikləri vaxtında və tam icra etməmişdirlər. “X1 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanının təsiri altına düşmüş və xarici valyutada olması ilə əlaqədar (ABŞ dolları) bank tərəfindən kompensasiya edilmişdir. Həmin kompensasiya yaranmış borcun silinməsinə yönəlmişdir və hal-hazırda cavabdehlərin bank qarşısında borcu 2100,62 ABŞ dolları təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, borc verən (iddiaçı “X1 Azərbaycan” QSC) borc alana (Cavabdeh1) illik 18 faiz hesablanmaq şərti ilə 36 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək 4800 ABŞ dolları məbləğində kredit vermiş, zamin (Cavabdeh2) borcalanın bank qarşısında olan öhdəliklərinin icrası ilə bağlı məsuliyyəti öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli bildirişlərdən görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun 5 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə borcalan Cavabdeh1 “X1 Azərbaycan” QSC-yə olan borcu 2100,62 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyindən, Cavabdeh2 isə ona zamin durduğundan iddiaçı haqlı olaraq cavabdehlərə qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunmadığından iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçı “X1 Azərbaycan” QSC-nin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2100,62 (iki min yüz ABŞ dolları altmış iki sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 20(iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçı “X1 Azərbaycan” QSC-yə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar