Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2780/2021 30.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 10.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC-dən illik 25 faizlə 18 ay müddətinə 2000 manat kredit götürmüşdür. 11.06.2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 11.11.2021-ci il tarixədək müəyyən edilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 10.02.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci ilin martın 19-dək Cavabdeh1 banka 10.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1747.03 manat əsas borc, 337.01 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 2084.04 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 10.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1747.03 manat əsas borc, 337.01 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 2084.04 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.02.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbi ilə bağlı bildirdi ki, onunla bank arasında bağlanmış 10.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən ona illik 25 faizlə 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi onun həyat yoldaşı Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalanmışdır. Düzdür bir müddət kreditini vaxtlı vaxtında ödəsə də, lakin sonradan ödənişlərində axsamalar yaranmışdır. Belə ki, o musiqiçdiri və gəliri toylardandır. Pandemiya ilə bağlı toylar keçirilmədiyi üçün qazanc da, əldə edə bilmir. Bundan başqa tələb edilən məbləği hazırda birdəfəyə ödəmək iqtidarında deyildir. Çünki hazırda heç bir gəliri yoxdur. Ancaq toylar bərpa olunacağı təqdirdə tələb edilən məbləği ödəyə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 10.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC-dən illik 25 faizlə 18 ay müddətinə 2000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 10.02.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 11.06.2020-ci il tarixli Əlavə Sazişə əsasən müqavilə üzrə kreditin müddəti 11.11.2021-ci il tarixədək uzadılmışdır. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmiş, nəticədə 19.03.2021-ci ilədək Cavabdeh1 banka 10.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1747.03 manat əsas borc, 337.01 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 2084.04 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməmişdir. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh1 ilə iddiaçı «xxxx» ASC arasında bağlanmış 10.02.2020-ci il tarixli 20-MZ1-1-0-53-20 nömrəli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə də, təmin edilməlidir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 ilə iddiaçı «xxxx» ASC arasında bağlanmış 10.02.2020-ci il tarixli 20-MZ1-1-0-53-20 nömrəli kredit müqaviləsi ləğv edilməli; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxx» ASC-nin xeyrinə 10.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 1747 (bir min yeddi yüz qırx yeddi) manat 03 (üç) qəpik, faiz borcu üzrə 337 (üç yüz otuz yeddi) manat 01 (bir) qəpik olmaqla, ümumilikdə 2084 (iki min səkkiz dörd) manat 04 (dörd) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə iddiaçı «xxxx» ASC arasında bağlanmış 10.02.2020-ci il tarixli 20- MZ1-1-0-53-20 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxx» ASC-nin xeyrinə 10.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 1747 (bir min yeddi yüz qırx yeddi) manat 03 (üç) qəpik, faiz borcu üzrə 337 (üç yüz otuz yeddi) manat 01 (bir) qəpik olmaqla, ümumilikdə 2084 (iki min səkkiz dörd) manat 04 (dörd) qəpik məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2780/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2780/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver