Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2795/2023 06.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə xx.xx.2023-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2049/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 175 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X8 adlı bir uşağı doğulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X8 anasının yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan alimentin məbləği artırılmış, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda cavabdeh iddiaçıya uşağın saxlanılmasında maddi köməklik göstərmir. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir. Odur ki, iddiaçı alimentin miqdarının artırılaraq hər ay 220 manat müəyyən edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etdi. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etdi, iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, İddiaçı ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.2016-cı il təvəllüdlü Ruqiyyə adlı bir uşağı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı və onun arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Ruqiyyə anasının yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ondan xx.xx.2016-cı il təvəllüdlü Ruqiyyənin saxlanılması üçün tutulan alimentin məbləği artırılmış, ondan hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. O, ikinci dəfə ailə qurmuşdur və ikinci arvadı X6 ilə onun arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah Beyləqan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin nikahdan doğulmuş övladı xx.xx.2020-ci il təvəllüdlü X9 anası X2 yanında saxlanmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən qızı Yektarənin saxlanması üçün hər ay 175 manat aliment ödəyir. O, hazırda “X14” MMC-də fəhlə işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. Onun əlavə pul ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı və işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı və Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X8 adlı bir uşağı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-8016/2017 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuşdur, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X8 anasının yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan alimentin məbləği artırılmış, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4344/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi” tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 50 manat müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2049/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilmişdir. Tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Cavabdeh İddiaçı qarşı “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 100 (yüz) manat müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 363718 nömrəli nikah haqqında şəhadətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh və X7 xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Cavabdeh və N.Zeynalovanın həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X9 adlı bir övladı doğulmuşdur. (4 saylı Bakı “ASAN Xidmət” X5 xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 497165 nömrəli). Beyləqan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)-853/2023 nömrəli qətnaməsi ilə Cavabdeh və X6 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. Tərəflərin həmin nikahdan doğulmuş övladı xx.xx.2020-ci il təvəllüdlü X9 anası X2 yanında saxlanmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-2476/2021 nömrəli qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh X2 xeyrinə hər ay 175 manat aliment tutulması qət edilmişdir. “X14” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən “X14” MMC-də fəhlə işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xəstəlik tarixindən çıxarışın surətindən müəyyən edilmişdir ki, Cavabdeh “sağtərəfli spontan pnevmotoraks” diaqnozu qoyulmuşdur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək həy ay 190 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə, uşağın mənafeyini, tərəflərin maddi durumunu, cavabdeh digər uşağına da aliment ödəməsini, aylıq 350 manat əmək haqqı almasını, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2049/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 175 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, Tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2049/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 175 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2795/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2795/2023
06.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver