Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2796/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada “Yelo Bank" ASC-nin xeyrinə 06.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5621.86 manat əsas borc, 1599.84 manat faiz borcu və 289.85 cərimə borcu,03.04.2022-ci il tarixdən 19.04.2022-ci il tarixindən 19.04.2022-ci il tarixinədək 5% əldən cıxmış fayda 11.90 manat olmaqla, ümumilikdə cəmi 7523.45 manat borcun və 95.13 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 03 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 28 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 03 iyul 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 30.12.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 03.01.2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il aprel 19-dək Cavabdeh1 banka 24.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5621.86 manat əsas borc, 1599.84 manat faiz borcu və 579.7 manat cərimə borcu,03.04.2022-ci il tarixdən 19.04.2022-ci il tarixinədək 5% əldən cıxmış fayda 11.90 manat olmaqla, ümumilikdə cəmi 7813.30 manat borcu vardır. Cavabdeh1 03.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 579.70 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 5289.85 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən - 5621.86 manat əsas borc, 1599.84 manat faiz borcu hissəsində qəbul etdiyini, bankdan 10000 manat kredit götürdüyünü, ödənişləri vaxtında etdiyini, sonradan pandemiya səbəbindən ödənişləri bir neçə ay gecikdirdiyini bildirmiş və bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı "xxxx" İKB ASC-nin 4 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560-19 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 28 faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. İddiaçı "xxxx" İKB ASC-nin 4 saylı filialı ilə Cavabdeh2 arasında bağlanmış 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560-19 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, zamin 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560-19 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560-19 saylı Kredit müqaviləsinə 30.04.2020-ci il tarixli Əlavə sazişin məzmunundan görünür ki, 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560-19 saylı Kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560-19 saylı Zaminlik müqaviləsinə 30.04.2020-ci il tarixli Əlavə sazişin məzmunundan görünür ki, 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560- 19 saylı Kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560-19 saylı Kredit müqaviləsinə 11.09.2020-ci il tarixli Əlavə sazişin məzmunundan görünür ki, 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560-19 saylı müqavilə üzrə kreditin müddəti 03.01.2022-ci il tarixinədək uzadılır. 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560-19 saylı Zaminlik müqaviləsinə 11.09.2020-ci il tarixli Əlavə sazişin məzmunundan görünür ki, 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560- 19 saylı müqavilə üzrə kreditin müddəti 03.01.2022-ci il tarixinədək uzadılır. 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560-19 saylı Kredit müqaviləsinə 30.12.2020-ci il tarixli Əlavə sazişin məzmunundan görünür ki, 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560-19 saylı müqavilə üzrə kreditin müddəti 03.04.2022-ci il tarixinədək uzadılır. 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1386-19 saylı Zaminlik müqaviləsinə 30.12.2020-ci il tarixli Əlavə sazişin məzmunundan görünür ki, 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560- 19 saylı müqavilə üzrə kreditin müddəti 03.01.2022-ci il tarixinədək uzadılır. İş materiallarında olan 03.07.2019-cu il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh1 10.000 (on min) manat məbləğində pulu Nikoyl Bankdan (İddiaçı ASC-dən) almışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 24 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə "xxxx" İKB ASC-nin 4 saylı filialı arasında bağlanmış 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 may 2022-ci il traixinə 5121.86 manat əsas borc, 1752.49 manat faiz borcu, 819.54 manat cərimə borcu olmaqla, cəmi 7733.34 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 27.09.2022-ci il tarixli xəbərdalıq məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560-19 saylı kredit və İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560- 19 saylı zaminlik müqaviləsinə əsasən yaranmış borc məbləğini tam olaraq 5 (beş) iş günü müddətində ödəmələri barədə, əks təqdirdə, bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdar edilmişdir. 27 oktyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 98.66 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 borcun ödənilməsi üçün tam öhdəlik daşıyırlar. Buna görə də Cavabdeh1 və Cavabdeh2 onların risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə 03.07.2019-cu il tarixli, 11-MZ-1-0-1560-19 saylı kredit müqaviləsinə və zaminlik müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrıayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi bu hissədə qismən edilməli, cavabdehlərdən müştərək qaydada 24 may 2022-ci il tarixli maliyyə arayışında göstərilən məlumatlar əsasında 5121,86 manat əsas borc, iddia tələbi həcmində - 1599,84 manat faiz borcu tutularaq İddiaçı ASC-nə ödənilməlidir. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün cərimənin hesablanması nəzərdə tutulduğundan, iddiaçının həm də cərimənin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə, iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 50 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 03.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5121,86 manat əsas borc, 1599,84 manat faiz borcu, 50 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11.90 (on bir manat doxsan qəpik) faiz borcu olmaqla, cəmi 6783,60 (altı min yeddi yüz səksən üç manat altmış qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 98,66 manat məbləğində dövlət rüsumundan iddia ərizəsində tələb olunan məbləğdə 95,13 (doxsan beş manat on üç qəpik) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 03.07.2019-cu il tarixli 11-MZ-1-0-1560-19 saylı kredit müqaviləsi üzrə 5121,86 manat əsas borc, 1599,84 manat faiz borcu, 50 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11.90 (on bir manat doxsan qəpik) faiz borcu olmaqla, cəmi 6783,60 (altı min yeddi yüz səksən üç manat altmış qəpik) manat borc və ödənilmiş 95,13 (doxsan beş manat on üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2796/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2796/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver