Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2821/2020 07.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 Mersedes Benz S350 minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadə etmədiyi üçün xx xxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək gündə orta hesabla 120 manat olmaqla, ayda 3600 manat, xx xxxxxxxx 2019-cu il tarixədək isə ümumilikdə 11960 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mersedes Benz S350 minik” markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin avtomobil xx xxxxxxx 2018-ci il tarixli etibarnamə əsasında müvəqqəti istifadə etmək üçün Cavabdeh1nə vermişdir. Cavabdeh1 X2 isə etibarnamə əsasında xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixə kimi həmin avtomobili idarə etmək üçün Cavabdeh2 vermişdir. İş üzrə olan Cavabdeh2 Bakı-Astara yolunun 14-cü km-də dairəyə daxil olarkən manevr qaydalarını pozaraq, yol hərəkəti qaydalarını pozmuş, nəticədə idarə etdiyi Mersedes Benz S350 minik» markalı 10 RC919 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı avtomobilin sürücüsü iş üzrə olan Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına əlavə etdiyi protokoldan da aydın olur ki, Cavabdeh2 təqsiri üzündən avtonəqliyyat hadisəsi baş vermişdir. Göstərilən avtonəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobil zədələnərək tam yararsız hala düşmüşdür. Avtomobilin bərpa olunması üçün avtoservizə müraciət etmiş, avtoservis tərəfindən avtomobil qiymətləndirilmiş və qüsur aktı tərtib edilmişdir. Sığorta tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Bundan əlavə o maşını istifadə etmədiyi üçün, xx xxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək gündə orta hesabla 120 manat olmaqla, ayda 3600 manat, 30 sentyabr ayının 2019-cu il tarixədək isə ümumilikdə 11960 manat maddi zərərə düşmüşdür. Bundan əlavə cavabdeh ona məxsus avtomaşını yüksək surətlə idarə etdiyi üçün cərimələr tətbiq edilmiş və həmin maşın onun mülkiyyətində olduğu üçün həmin cərimələri məcburiyyət qarşısında qalaraq özü ödəmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, ehtibarnamə əsasında 10 qün müddətində gotürdüyü Mersedes Benz S- 350 minik markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomaşınla avtoqəza törətmişdir. Ona gələn cərimələri yol polisinə depozitdə saxlanılan pullar hesabına ödənilmişdir. Eyni zamanda gələn radarlar da həmçinin ödənilmişdir. Yəni onun avtomaşını götürdüyü şirkətə borcu qalmamışdır. Avtomaşının şirkət tərəfindən "KASKO sığorta"-sı olduğuna görə dəymiş ziyan ekspertlərin rəylərinə əsasən İddiaçı özünün dediyinə əsasən 4000 manat ödənilmişdir. Nəqliyyat vasitəsinə dəymiş ziyana iddiaçıya sığortadan artıqlaması ilə pul verilmişdir. Ona görə də o, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən Cavabdeh2 izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan AP ******* saylı İnzibati Xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 Bakı-Astara yolunun 14-cü km-də dairəyə daxil olarkən manevr qaydalarını pozaraq, yol hərəkəti qaydalarını pozmuş, nəticədə idarə etdiyi “Mersedes Benz S350 minik” markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mersedes markalı” ** DM *** qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. İş materiallarında olan qüsur aktından görünür ki, ümumilikdə “Mersedes Benz S350 minik” markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilə 3630 manat ziyan dəymişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mersedes Benz S350 minik” markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindəir. O müvəqqəti istifadə üçün avtomobili etibarnamə əsasında Cavabdeh1nə vermişdir. Cavabdeh1 MMC isə etibarnamə əsasında idarə etməsi üçün digər Cavabdeh2 vermişdir. O, həmin avtomobillə avtoqəza törətmişdir. Həmin avtoqəza nəticəsindən maşına iş materiallarında olan qüsur aktına əsasən ümumilikdə 3630 manat ziyan dəymiş və iddia ərizəsində də qeyd edildiyi kimi həmin məbləğ iddiaçıya sığorta şirkəti tərəfindən ödənilmişdir. Hal-hazırda iddiaçı xx xxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək gündə orta hesabla 120 manat olmaqla, ayda 3600 manat, xx xxxxxxxx 2019-cu il tarixədək isə ümumilikdə 11960 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı həmin maşından istifadəyə görə günlük 120 manat, aylıq isə 3600 manat gəlir əldə etdiyini, hal-hazırda isə əldən çıxmış fayda olaraq xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixə qədər olan maddi ziyanı tələb etsə də bu barədə məhkəməyə heç bir sənəd və sübut əlavə etməmişdir. Həmçinin o, heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmiş və iddia ərizəsini müdafiə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2821/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2821/2020
07.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver