Məhkəmə qərarları › İş №2(004)-2834/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2834/2021

25.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2834/2021 25.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın hərracda satılması və pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və pul” tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət edərək İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin ¼ hissəsinə köçürülməsi və icarəyə verilmiş kirayə haqqından 2 il ərzində əldə olunmuş bəhərin iddiaçıya düşən hissəsinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin predmetinin dəyişdirilməsinə dair 07.05.2021-ci il tarixdə ərizə təqdim edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin naturada bölünərək ona aid olan ¼ hissənin ayrılması, onun həmin ¼ hissəyə köçürülməsi və 2 il ərzində icarəyə verilmiş evdən əldə edilmiş bəhərin iddiçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirliməsi barədə 11.11.2021-ci il tarixdə ərizə təqdim edərək ünvan 1 ünvanda yerləşən yaşayış evinin hərracdan satılaraq, ¼ hissə payının dəyərinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 02.06.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, evin plan cizgisi var, texniki pasportu yoxdur, payın naturada ayrılmasını və iddiaçıya verilməsini istəyirlər. Cavabdeh2n payı olsa da, o evdən istifadə eləmir. Evin bütü hissəsini Zakir icarəyə verib. Hazırda iddiaçı evin yanında balaca özbaşına tikilidə yaşayır. Payın naturada ayrılması mümkündür, ayrıla bilməyəcəyi təqdirdə hərracdan satılmasını istəyəcəklər. 28.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ekspet rəyində də qeyd olunduğu kimi payın naturada ayrılması mümkün deyil, bu səbəbdən də iddiaçı öz payına köçürülmək istəyir. 11.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirmişdir ki, əmlakın naturada bölünməsinin mümkün olub-olmaması barədə məhkəmə tərəfindən məhkəmə tikiniti ekspertizası təyin olunmuş və ekspertin rəyinə əsasən qeyd olunan əmlakın naturada bölünməsi qeyri-mümkün hesab olunmuşdur. Ona görə də iddia tələbini dəqiqləşdirərək məhkəmədən Bakı şəhəri,Yasamal rayonu X5 küçəsi 178 ünvanında yaşayış evinin hərracdan satılaraq, ¼ hissə payının dəyərinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 06.05.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh X2 məhkəməyə verdiyi izahatında iddia tələbinin qəbul etmədiyini, iddiaçının ona böhtan atdığını, İddiaçı mübahisəli evdə yaşadığını, evin ¼ hissəsinin iddiaçıya qanunsuz verildiyini, evi kirayə vermədiyini bildirmişdir. 02.06.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh X2 məhkəməyə verdiyi izahatında hazırda iddiaçının orada yaşadığını, orada yaşamasına razı olmadığını, evin naturada ayrılmasına etiraz etdiyini, həmin yerin onun çörək sexi olduğunu, iddiaçının Masallıda evinin olduğunu, anasının payından iddiaçıya pay verdiyini bildirmişdir. 28.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh X2 məhkəməyə verdiyi izahatında İddiaçı ¼ payının alınması ilə bağlı ona heç bir kompensasiya ödəməyəcəyini, belə bir fikrinin olmadığını bildirmişdir. 11.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh X2 iddia tələbini qəbul etmədiyini,evin satılmasına razı olmadığını bildirmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 saylı fərdi yaşayış evi ½ hissədə Cavabdeh2, ¼ hissədə X1, ¼ hissədə İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh2 qeyd edilən əmlaka mülkiyyət hüququ 03.12.1969-cu il tarixdə, X1 qeyd edilən əmlaka mülkiyyət hüququ 02.04.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə, İddiaçı qeyd edilən əmlaka mülkiyyət hüququ 10.05.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 29.09.2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olnur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətinə görə, fərdi yaşayış evinin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmət sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, İnşaat Nomra və Qaydalarının 2.08.01.89un 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun iddiaçı və cavabdehlərin payına uyğun bölünməsi texniki cəhətdən mümkün deyil. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evin ¼ hissəsinə İddiaçı və ¼ hissəsinə cavabdeh X1, ½ hissəsinə isə Cavabdeh2 mülkiyyət hüququnun olması iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdehlərin mülkiyyət hüququna malik olduqları əmlakın naturada bölünməsi və ya ondan pay ayrılması ekspert rəyinə əsasən mümkün olmadığından, həmçinin cavabdeh tərəf iddiaçıya düşən payın məbləğini ödəməyə razı olmadığından, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli, ünvan 1 ünvanda yerləşən ev açıq hərracda satılmalı, evin satışından əldə edilən məbləğin ¼ hissədə iddiaçının payının dəyəri İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən hesab edir ki, 50 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməli, 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ididaçı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin maddəsin 6-cı bəndinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən ev açıq hərracda satılsın. Evin satışından əldə edilən məbləğin ¼ hissədə iddiaçının payının dəyəri İddiaçı ödənilsin. İş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ididaçı İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar