Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1304/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi tələbi; subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə # ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə, iddiaçı cavabdeh1 cavabdehlər X5, İddiaçı, X1 və X2 qarşı cavabdehlərin əmlakları ilə birlikdə Bakı şəhəri, Nəsimi Rayonu, Kaveroçkin küçəsi ev 8, * saylı mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə iddiası qismən təmin edilmiş, iddiaçı G.K. Rzayevanın sözügedən mənzilə köçürülməsi, cavabdeh İddiaçı övladları ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü X3 ilə birlikdə (əşyaları da daxil olmaqla) həmin mənzildən çıxarılması qət edilmişdir;
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və X5 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - cavabdehlər ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü X3 (əşyaları da daxil olmaqla) iddiaçı cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsi, * saylı evin, * saylı, 1 otaqlı mənzilindən çıxarılmaları hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı məhkəməyə müraciət edərək, yekunda, ünvan 3 ünvanında ərinin və uşaqlarının yaşadığını nəzərə alaraq, həmin mənzilə istifadə hüququnu bərpa edib mənzilə köçürülməsi; ünvan 1 ünvanında yerləşən evin söküntüsü ilə əlaqədar dövlət tərəfindən onların ailəsinə ayrılan cavabdehlər tərəfindən mənimsənilmiş haqları - onlara düşən paya görə 35.000 manat pulun cavabdehlərdən alınıb onlara verilməsi; cavabdehlərin onları kirayə göndərəndən sonra özünün onların yaşadığı evdə qalan cehiz mebellərinə vurduqları ziyana görə 10.000 manat pulun cavabdehlərdən alınıb ona verilməsi; cavabdehlərin ucbatından məhkəmələrdə iş yerində, qohumlar arasında yaranmış narahatlığa, yetkinlik yaşına çatmayan qızlarından ayrı düşdüyünə görə keçirdiyi sarsıntıya, gərginliyə, ürək ağrılarına, günahı, təqsiri olmadığı halda insanlar qarşısnda mənəvi əzab çəkdiyini nəzərə alaraq 25.000 manat məbləğində pulun mənəvi ziyan kimi cavadehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia belə əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə X5 ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan 2009 və 2015-ci illərdə iki uşaqları olmuşdur.Hələ nikah bağlanmamışdan əvvəl, 2007-ci ildə ərinin anasının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzildə ailə üzvü kimi qeydiyyata alınmış və həmin vaxtdan bu günədək həmin ünvanda daimi qeydiyyatda olmuşdur. Nikahdan sonra tərəflər qeydiyyatda olduqları mənzilə deyil, ərinin valideynlərinin Bayıl qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçərək orada birgə yaşamışlar. Sonradan qaynatasının göstərişi ilə həmin evdən çıxaraq kirayə mənzilə köçmüş, daha sonra isə sözügedən ev dövlət ehtiyacları ilə əlaqədar sökülmüşdür. Iddiaçının və ailəsinin istifadə etdiyi əşyalar və cehizlər dəfələrlə daşınmış, onların bir hissəsi yararsız hala düşmüşdür. Söküntü nəticəsində əldə edilən vəsait hesabına ərinin valideynləri və qardaşı üçün torpaq sahələri alınaraq fərdi yaşayış evləri tikilsə də, iddiaçıya, ərinə və azyaşlı övladlarına hər hansı yaşayış sahəsi və ya pul vəsaiti ayrılmamışdır. Sonradan onlar Kaveroçkin küçəsində yerləşən 1 otaqlı mənzilə köçmüş, həmin mənzil iddiaçının valideynlərinin maddi dəstəyi ilə təmir edilmiş və yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. Iddiaçı, əri və iki azyaşlı qızı uzun müddət həmin mənzildə bir ailə kimi yaşamışlar. Buna baxmayaraq, ərinin anası tərəfindən iddiaçının həmin mənzildən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət edilmiş, Nəsimi Rayon Məhkəməsi tərəfindən ##.##.2022-ci il tarixli qətnamə ilə iddia təmin edilərək iddiaçının mənzildən çıxarılması qərara alınmışdır. Nəticədə iddiaçı iki azyaşlı qızından və rəsmi nikahda olduğu həyat yoldaşından ayrı düşərək kirayə mənzildə yaşamağa məcbur olmuşdur. Halbuki ərinin valideynləri və digər ailə üzvləri geniş yaşayış sahələrinə malik olduqları halda, iddiaçı 18 il ailə üzvü kimi qeydiyyatda olduğu və 2015-ci ildən faktiki yaşadığı mənzildən məhrum edilmişdir. Iddiaçı hesab edir ki, bu vəziyyət onun və azyaşlı övladlarının ailə və yaşayış hüquqlarını pozmuş, övladlarının ana qayğısından kənarda qalmasına səbəb olmuşdur.
6. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi tələbi üzrə tərəflər arasında əvvəllər məhkəmə mübahisəsi olmuş və həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Mübahisəli mənzil cavabdeh cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzildir. Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh1 iddiası qismən təmin edilərək İddiaçı mənzildən çıxarılması qət edilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə yalnız azyaşlı uşaqların mənzildən çıxarılması hissəsi ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır.Ali Məhkəmə qərarında qeyd edilmişdir ki, mübahisəli mənzil cavabdehin xüsusi mülkiyyətindədir, iddiaçının həmin mənzildə qeydiyyatda olması isə ona müstəqil istifadə hüququ vermir. Məhkəmə həmçinin göstərmişdir ki, yaşayış yeri üzrə qeydiyyat yalnız uçot xarakteri daşıyır və özlüyündə yaşayış sahəsindən istifadə hüququ yaratmır. Odur ki, həmin məhkəmə aktları ilə müəyyən edilmiş hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə uyğun olaraq preyudisial əhəmiyyət daşıyır və eyni tərəflər arasında başqa məhkəmə prosesində yenidən mübahisələndirilə və sübut edilə bilməz. Iddiaçının maddi ziyanın ödənilməsi tələbinə münasibətdə isə göstərilmişdir ki, iddia ərizəsində həmin tələbi təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmiş, zərərin məbləği və onun cavabdehlərin hərəkətləri nəticəsində yaranması sübuta yetirilməmişdir. Bu səbəbdən cavabdeh tərəf həmin hissədə də iddianın rədd edilməsini xahiş etmişdir.
7. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə də vermişlər.
8. Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir (hakim: H.Miriyeva).
9. Məhkəmənin eyni tarixli, eyni nömrəli qətnaməsi ilə iddia qalan hissələrdə təmin edilməmişdir. 10.Məhkəmə ilk növbədə iddianın “ünvan 1 ünvanında yerləşən evin söküntüsü ilə əlaqədar verilmiş kompensasiyanın iddiaçının ailəsinin payına düşən 35.000 manatın ona verilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamaqla faktiki olaraq cavabdehlərin sahibliyində olmuş, iddiaçı 2008-ci ildə həmin evə gəlin kimi köçürülmüş və ev 2012-ci ildə söküntüyə məruz qalmışdır. Qeyd edilməlidir ki, iddiaçının həmin evdə istifadə hüququnun və ya iqtisadi dəyərinin artırılmasında iştirakının olması müəyyən edilmir. Belə olan halda, söküntü nəticəsində əldə olunmuş kompensasiya məbləğini tələb etmək barədə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. 11.Iddianın “cehiz mebellərinə vurulmuş ziyana görə 10000 manat pulun cavabdehlərdən tutulması və mənəvi zərərin ödənilməsi” hissəsinə, eləcə də iddianın “maddi və mənəvi ziyan” hissəsinə münasibətdə məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. 12.iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edilmişdir ki, pul tələbinə dair hissədə iddiaçının müvafiq iddianı qaldırması üçün subyektiv hüquqa malik olmaması, maddi və mənəvi zərərin ödənilməsi hissəsində isə iddianın əsassız olması müəyyən edildiyindən, iş üzrə iddia müddətinin tətbiqinə zərurət qalmamışdır. 13.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 372.1, 372.2, 373.1, 375.1, 375.2, 1096, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 107, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: V.Sadıqov – məruzəçi, R.Səmədov, X.Mərdanova).
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
18. Iddiaçı (vəkil:vəkil1) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir:
19. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçının uzun illər mübahisəli yaşayış sahəsində ailə üzvü kimi fasiləsiz yaşaması, həmin evdən faktiki istifadə etməsi, evin saxlanılması və qorunmasına maddi və fiziki əmək sərf etməsi hallarını tam və obyektiv araşdırmamışdır. Bu səbəbdən iddiaçının sökülmüş yaşayış sahəsinə görə ödənilmiş kompensasiyada pay tələb etmək hüququnun olmaması barədə nəticə qanuni hesab edilə bilməz.Kompensasiyanın məbləği, hansı dövlət orqanı tərəfindən ödənilməsi, kimə və hansı əsaslarla verilməsi, habelə kompensasiyanın faktiki olaraq kimin tərəfindən əldə edilməsi müəyyən edilməmişdir. Bu məsələlərin aydınlaşdırılması üçün müvafiq dövlət orqanlarına sorğular göndərilməmiş, sübutların toplanması istiqamətində zəruri tədbirlər görülməmişdir.Məhkəmə iddiaçının cehiz və şəxsi əşyalarının yaşayış sahəsində qalması faktının yalnız icra məmurunun aktı ilə sübut edilə biləcəyi barədə yanlış nəticəyə gəlmişdir. Halbuki, bu hal digər sübutlarla, şahid ifadələri, izahatlar və dolayı sübutlarla da təsdiq edilə bilərdi. Məhkəmələr bununla bağlı təqdim edilmiş sübutlara hüquqi qiymət verməmişdir.Iddiaçının əşyalarının zədələnməsi, itirilməsi və yararsız hala salınması nəticəsində ona vurulmuş maddi zərərin mövcudluğu araşdırılmamışdır. Halbuki, cavabdehlərin hərəkətləri ilə vurulmuş zərər arasında səbəbli əlaqənin müəyyən edilməsi məhkəmənin vəzifəsi olmuşdur.Iddiaçının uzun illər yaşadığı evdən çıxarılması, şəxsi əşyalarından məhrum edilməsi və azyaşlı uşaqları ilə faktiki ünsiyyət imkanlarının məhdudlaşdırılması nəticəsində mənəvi iztirablara məruz qalması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Uşaqlarla ünsiyyət hüququnun formal mövcudluğu həmin hüququn faktiki təmin edilməsi anlamına gəlmir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin əsassız olduğu üçün təmin olunmamasını apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının mübahisəli ev üzərində mülkiyyət, istifadə və ya kompensasiyaya əsas verən hüququ müəyyən edilməmişdir. Eyni zamanda, cehiz əşyalarına vurulmuş zərər, maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı tələblər iddiaçı tərəfindən sübut olunmadığından əsassız hesab edilmişdir. Bu səbəbdən iddia rədd edilmiş, iddia tələbləri mahiyyəti üzrə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılmasına ehtiyac qalmamışdır.
35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
36. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə # ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.