Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-795/2024 05.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X17 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı « pul və mənzilə köçürülmə tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 3600 (üç min altı yüz) manatın alınması və xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X13 ilə birlikdə cavabdehlərə məxsus olan Astara rayon Şahağacı kəndi ərazisində yerləşən fərdi yaşayış evinə köçürülmələri və ödənilmiş 205 (iki yüz beş) manat mediasiya xərcinin və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərəl iddia tələbinin borc pulun qaytarılmasına dair hissəsinin baxılmamış saxlanaraq geri qaytarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, ərizəsinin nəzərə alınaraq iddiasının qalan hissədə təmin edilməsini məhkəmədən xahiş etdi İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdeh1 qayınatası, Cavabdeh2 isə qayınanasıdır. Onların övladı X11 ilə 2016-ci ildə faktiki olaraq ailə həyatı qurmuşdur. Onunla Astara rayonu, Şahağacı kəndində valideynləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan yaşayış evinə köçmüşdür. Həmin fərdi yaşayış evində xx.xx.2017-ci il tarixdə X14 və 29 oktyabr 2018-ci il tarixdə X13 anadan olmuşlar. Qeyd edilən evdə ailə üzvi kimi yaşamışlar. X4 "Durğunluq ürək çatışmamazlığı” xəstləyindən vəfat etmişdir. Ailə başçısını itirdiyinə görə uşaqlara görə dövlət ona pensiya ödəyir. Onlar ərinin ölümündən sonrada cavabdehlərlə mehriban ailə münasibətlər ilə birlikdə yaşamışlar. Bu ərəfədə cavabdehlər ondan xahiş etmişlər ki, bankdan 3600 manat kredit götürüb, onlara borc versin. O da bankdan kredit götürüb onlara vermişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəd vermişlər ki, tez bir vaxtda borclarını qaytaracaqlar. Amma bəhanələrdə borcu qaytarmamışlar. Borcunu tələb etdiyinə görə, onu uşaqlarıla birlikdə evdə çıxarmışlar. Yaşamağa yeri olmadığı üçün kirayədə yaşayır. Kirayə pulunu və xərcləri ödəmək onun üçün olduqca çətindir. Odur ki hazırki tələb ilə məhkəməyə müracət etməli olmuşdur. Cavabdeh1 və Cavabdeh2 3600 (üç min altı yüz) manatın alınması və xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X13 ilə birlikdə cavabdehlərə məxsus olan Astara rayon Şahağacı kəndi ərazisində yerləşən fərdi yaşayış evinə köçürülmələri və ödənilmiş 205 manat mediasiya xərcinin və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı köçürülməsini tələb ediyi qısa müddətdə yaşayıb və sonradan özü çıxıb gedib. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı nikahları olmadan oğlu X11 ilə birlikdə qısa müddətdə yaşamışlar. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Astara RİHB-nın Şahağac kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Həsənova X6 icra nümayəndəliyində daimi qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Astara rayonu Şahağacı kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş AA4245133 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş AA5845108 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş AZİ389826 seriya və nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X1 İranə Arif qızından xx.xx.2018-ci il tarixdə doğulmuş X7 atası hesab edilmişdir. Mülki işə əlavə edilmiş AZİ389825 seriya və nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X1 İranə Arif qızından xx.xx.2017-ci il tarixdə doğulmuş X8 atası hesab edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Astara rayon qeydiyyat şöbəsinin arayış sənədindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə “ürək çatışmazlığından” ölmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli MŞL-00589 saylı ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sesiyasında iştirak etsə də, Cavabdeh1 iştirak etməmişdir. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq göstərmişlər ki, İddiaçı eyni iddia ərizəsində iki ayrı-ayrı tələbi birləşdirməklə "Borc verilmiş pulun geri tələbi və uşaqlarla birlikdə mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və tələbini onunla əsaslandırmışdır ki, guya onlara borc pul vermiş və həmin borcu tələb etdiklərinə görə onu evdən çıxarmışlar. Halbuki, iddiaçı onların razılığı olmadan mərhum oğlu ilə qeyri-qanuni münasibət quraraq yaşamış və bu səbəbdən də onunla münasibətləri normal olmamışdır. Bir müddət sonra iddiaçı özünə məxsus əşyalarını da götürüb onlara məlum olmayan ünvana köçmüş və uzun illərdir əlaqələri tamamilə kəsilmişdir. Faktiki olaraq, iddiaçının iddia ərizəsində qeyd etdikləri tam yalandır, o, heç vaxt onlara borc pul verməmiş, münasibətləri yaxşı olmadığından onlar başqa ünvanda yaşamışlar. Hazırda isə iddiaçının köçürülmək istədiyi ev bir müddət bundan əvvəl Astara rayonu, Pensər kəndində yaşayan Hacı adlı şəxsə satılmış, onlar isə müvəqqəti olaraq digər oğlunun evində yaşayırlar və iddiaçının həmin evə heç bir hüququ yoxdur. Göründüyü kimi, iddiaçının nə iddia etdiyi borc pula münasibətdə, nə də köçürülmək istədiyi mənzilə və ya evə münasibətdə heç bir sübut və ya dəlili olmadığından uzun illər sonra maddi maraq güdərək bir neçə iddia tələbini özündə birləşdirən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələblərini qəbul etmirlər və məhkəmədən həmin tələblərin təmin olunmamasını xahiş edirlər. İş materialına əlavə edilmiş, xx.xx.2020-ci il tarixli GTKR2445702A176 saylı kredit müqaviləsinə əlavədən görünür ki, İddiaçı 60 ay müddətinə 3600 manat kredit götürmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Astara rayonu Şahağac kəndində qeydiyyatda olan İddiaçı 2016-cı ildən 2019-cu ilədək mərhum X11 ilə ailə quraraq birlikdə yaşamasını və onların iki övladının X12 və X13 dünyaya gəlməsini X3, X2 və Cavabdeh1 öz imzaları ilə təsdiq etmişlər. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 50 (əlli) manat,mediasiya sesiyasında iştirak edilməsi üçün 205 (iki yüz beş) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi İddiaçı iddiasının borc verilmiş pulun qaytarılması hissəsinin baxılmamış saxlamasını xahiş etdiyindən və qeyd edilən yaşayış evində yaşamasına dair hər-hansı notariat qaydasında təsdiqlənən yazılı razılaşma yoxdur. Ona görə də, iddia tələbi uşaqlarla birlikdə evə köçürülmə hissəsində əsassız olduğundan rədd edilməlidir. İddiaçı iddiasının borc verilmiş pulun qaytarılması hissəsinin baxılmamış saxlamaqla geri qaytarılmasını xahiş etdiyindən iddia borc pulun qaytarılması hissəsində baxılmamış saxlanmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiasının uşaqla birlikdə mənzilə köçürülmə hissəsində iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «uşaqla birlikdə mənzilə köçürülmə tələbinə dair» iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-795/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-795/2024
05.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver