Məhkəmə qərarları › İş №2(103)-7071/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7071/2025

03.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7071/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-7071/2025 (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edə və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil3, Cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair“ mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3408/2025 nömrəli 17 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-1773/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsi, 8 saylı evin 3 saylı, 1 otaqlı mənzilinə köçürülməsi, cavabdeh İddiaçı övladları xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə (əşyaları da daxil olmaqla) iddiaçı Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsi, 8 saylı evin, 3 saylı, 1 otaqlı mənzilindən çıxarılması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6218/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1773/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsinin qismən, cavabdehlər xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X6 (əşyaları da daxil olmaqla) iddiaçı Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsi, 8 saylı evin, 3 saylı, 1 otaqlı mənzilindən çıxarılmaları hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd edilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-769/2023 saylı qərarına əsasən İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6218/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə, vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları və ərinin yaşadığı mənzilə - ünvan 1 ünvanına köçürülməsi haqqında, evin söküntüsü ilə bağlı ailə üzvü kimi onlara düşən haqları olan mebellərinə, cehizlərinə, onu çıxatdıqları mübahisəli evin təmirinə yenidən alınan əşyalar və digər xərclərlə bağlı ona dəyən maddi ziyanın ödənilməsi üçün 70.000 manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Sonradan, İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2008-ci ildən ailə üzvü kimi gəlin statusu ilə qeydiyyata alındığı və istifadə hüququ qazandığı ünvan 1 ünvanında istifadə hüququnun bərpa olunmaqla mənzilə köçürülməsi haqqında, qaynanasının nəvəsi olan qız və oğlan uşaqlarının (valideynləri olmasına baxmayaraq) bu mənzildə yaşamasına icazə verilməməsi və onların qeydiyyatlarının ləğv olunması, 100.000 manat mənəvi zərərin, 47.000 manat maddi zərərin ödənilməsi, Cavabdeh1, özünün və böyük qızının qeydiyyatda olduğu Bayılda fərdi yaşayış evi, Dənizkənarı Viçişniy küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə bağlı əldə olunmuş pul vəsaitindən onların payının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra, İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında ərinin və uşaqlarının yaşadığını nəzərə alaraq, həmin mənzilə istifadə hüququnu bərpa edib mənzilə köçürülməsi, ünvan 3 ünvanında yerləşən evin söküntüsü iə əlaqədar dövlət tərəfindən onların ailəyə ayrılan cavabdehlər tərəfindən mənimsənilmiş haqları- onlara düşən paya görə 35.000 manat pulun cavabdehlərdən alınıb onlara verilməsi, cavabdehlərin onları kirayə göndərəndən sonra özünün onların yaşadığı evdə qalan cehiz mebellərinə vurduları ziyana görə 10.000 manat pulun cavabdehlərdən alınıb ona verilməsi, cavabdehlərin ucbatından məhkəmələrdə iş yerində, qohumlar arasında yaranmış narahatlığa, yetkinlik yaşına çatmayan qızlarından ayrı düşdüyünə görə keçirdiyi sarsıntıya, gərginliyə, ürək ağrılarına, günahı, təqsiri olmadığı halda insanlar qarşıısnda mənəvi əzab çəkdiyini nəzərə alaraq 25.000 manat məbləğində pulun mənəvi ziyan kimi cavadehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbi belə əsaslandırmışdır ki, İddiaçı 2008-ci ildə X5 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü qızları X10, xx.xx.2015-ci il təvəllüdlü X9 anadan olmuşlar. 2007-ci ildə, yəni hələ toydan 1 il əvvəl nişanlısının valideynləri onu qaynanasının adına olan ünvan 1 ünvanında yerləşən 30 kv.m sahəsi olan 1 otaqlı mənzilə ailə üzvü kimi qeydə alınmışdır. O, vaxtdan indiyə kimi həmin ünvanda pasport qeydiyyatındadır, 17 ildir bu ailənin gəlinidir. Lakin onun 2 qız övladının valideynləri ilə birlikdə böyüməsinə ərinin valideynləri xüsusən qaynana mane olur. Yuxarıda qeyd edilən və 18 il ailə üzvü kimi pasport qeydiyyatında olduğu, ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzil olan istifadə hüququnun itirilməsi və evdən çıxarılmağı haqqında Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsi iddianı təmin etmiş və onun evdən çıxarılması haqqında xx.xx.2022-ci il tarixdə qətnamə qəbul etmişdir. 2008-ci ildə toydan sonra onu gəlin olaraq qeydiyyatda olduğu ünvana, yəni Kaveroçkin ev 8, mənzil 3-ə yox, Bayıldakı Dəniz kənarı Viçişnıy 3 ünvanında yerləşən fərdi yaşayış evlərinə aparıblar. Həmin ev 7 sotun içində 8 daş üstündə təzə tikilmiş ev idi. Ev 1 böyük zaldan, 3 geniş otaqdan, 1 mətbəx, 1 sanitar qovşağı, həyətdə köməkçi tikililərdən ibarət mülk idi. Qaynata va qaynanası deyiblər ki, qeydiyyatda oldugu ev 1 otaqlıdır, onun cehizi ora sığmaz, nə fərq edər ora da bura da öz evləriddir. Bir yerdə yaşayılar. Əri də, o da, ərinin valideynlərinin sözü ilə onlarla birlikdə yaşamağa başlayıblar. Kaveroçkin ev 8, mənzil 3 ünvanında baldızı X4, Xəyalənin əri və uşaqları yaşamağa başlayıblar. Həqiqətən onun cehizləri çox va bahalı idi. Bayıldakı ev həm təzə, həm də geniş olduğuna görə oranı bəzəyiblər və ailəlikcə bir yerdə yaşamağa başlamışlar. 2 ildən sonra qaynı Anarı öz dayısı qızı ilə evləndiriblər. Qaynatasının təklifi və göstərişi ilə onun cehizlərini sökərək zalın baş hissəsinə yığıblar. Onlar Bayıldakı evdə 2 ildən çox yaşamışlar, qızları Zəhra həmin evdə anadan olub. Qaynı Anarın toyu ilə əlaqədar qaynatası ərini və onu yanına çağıraraq bildirib ki, yaxında bu evlər söküləcək, müvəqqəti olaraq kirayəyə çıxsınlar, kirayə pulunu da özü verəcəkdir. Cehizləri orda qaldı, əri və özü qaynatanın sözünə inanıb evdən çıxıblar. Qaynatası 3 ay kirayə puluna kömək etsə də, sonra bundan imtina etmişdir. 1 il sonra Bayıldakı ev dövlət əhəmiyyətli abadlaşma ilə bağlı plana düşmüşdür. Bu zaman yenə qaynatanın göstərişi ilə evin mətbəx hissəsinə onun cehizlərini təzədən quraraq bəzəyiblər. Qaynatası bunu evin hissəsinə daha çox ödəniş əldə etmək üçün edirmiş. Həmin vaxtlar evin söküntüsü başlayıb. Qaynatasıgil öz əşyaları ilə birlikdə onun cehizini də yenidən söküb özləri ilə kirayə köçdükləri evə aparıblar. Evin sökülməsi ilə bağlı verilən vəsaitə qaynatasıgil 6 sot özlərinə, 3 sot qaynı Anara torpaq aldırıblar, əlavə olaraq qaynatası bir bahalı maşın da almışdır. Qayınatası Masazırda 3 sot torpaq üstündə qaynı Anarı, 6 sot torpaq üstündə özlərinə 5 geniş otaqlı hər şəraiti olan müasir və rahat ev tikdirdi. Onların ailəsinə, yəni əri Ceyhuna və onun arvad-uşaqlarına nə bir otaq, nə bir manat pul vermədilər. Masazırda təzə tikdirdikləri evə köçərkən onun əşyalarına mənzillərində yer olmadığını deyərək götürməsini tələb ediblər. Onlar kirayədə yaşayırdılar. Hazırda mübahisəli ev olan Koveroçkindəki 1 otaqlı evlə onları aldatdılar, valideyn kimi onlara inanıb etibar etməklərindən sui-istifadə edərək, onlara aid olan əmlakla bağlı pulu, yəni söküntü ilə bağlı onlara düşən payı mənimsəyiblər. Baldızı ərini və uşaqlarını Kavorçkin ev 8, mənzil 3 ünvanındakı evdən çıxarınb Masazırdakı 6 sot zərində tikilmiş geniş, rahat evə köçürüblər. Onlara köçmək üçün Koveroçkindəki evi göstəriblər. Baldızıgildən sonra onlar Koveroçkin 8 ünvanındakı və köçməli olmuşlar. Ev bərbad vəziyyətdə idi, təmirsiz, orda yaşamaq mümkün deyildi. Söküntü ilə əlaqədar nə onlara 1 manat da olsun pul verməyiblər, nə də təmirə kömək etməyiblər. Onun valideynlərinin köməyi ilə təmir edib ora köçüblər. Onun 2008-ci ildə gətirdiyi 30.000 manatlıq cehizləri ortalıqda ora-bura daşınmaqdan mebelləri dəfələrlə quraşdırılıb sökülməkdə yararsız vəziyyətə düşmüşdür. Digər əşyalarının çoxu da itbat olmuşdur. Yenə onun valideynlərinin köməyi ilə nisbətən ucuz və kiçik ölçülü mebel alıb quraşdırıblar və orda yaşamağa başlayıblar. Valideynləri təmir üçün 10.000 manat əlavə 7.000 manat mebel və təzə əşyaya pul xərcləyiblər. Onların kiçik qızı Zeynəb 2015-ci ildə həmin evdə dünyaya gəlib. Qaynana, qaynata, qızları Xəyalə ailəsi ilə birlikdə 5 otaqlı həyət evində, qaynı yeni ailə qurduğu yoldaşı ilə 3 sot torpaaq üstündə tikilmiş rahat evlərdə yaşadıqları halda onlar 4 nəfər ailə üzvü 30 kv.m sahəsi olan 1 otaqlı evdə yaşayırdılar. Bunu da onlara çox görən ərinin valideynləri Xəyalənin qızı Jaləni də həmin evə qeydiyyata aldırıblar. İndi həmin evdə qaynana, əri Ceyhun, qızları Zıhra və Zeynəb, baldızı Xəyalənin 18 yaşlı oğlu yaşayırlar. Onu qaynanası evdən rəsmi qaydada çıxartdırıb, ailəsindən uzaqda kirayədə yaşamağa məcbur edib. Bu evi də Masazırdakı evi də əllərində saxlamaq üçün bəzi günləri Masazırda bəzi günləri burda yaşayırlar. Qaynana oğlunu belə sıxışdırmaqla ondan ev almağı tələb edir. Nə varsa deyir qızlarının olsun, əri və o indiki aldıqları maaşla yalnız sadə qaydada dolana bilirlər. 2 nəfər məktəbli qızları var, onların xərci var. Bu vəziyyətdə onlar öz gücünə ev ala bilmirlər. Hər cür ev-eşikləri, şəraitləri olduğu halda qaynana baldızının 18 yaşlı oğlunu gətirib həmin evdə saxlayır. Cəmi 30 kv.m-lik evdə 15 və 9 yaşlı qızlarla bir otaqda 18 yaşlı oğlanın yaşaması heç bir qanunla düzgün deyil. O, 2 qız övladının və nikahlı ərinin yaşadığı ailə üzvü kimi 18 il bundan qabaq pasport qeydiyyatına alındığı 2015-ci ildən faktiki yaşadığı kiçik qızı doğulduğu evdən məhkəmə qaydasında çıxarılmışdır. Övladları nənələrinin ədalətsiz tələbi və qanunsuz məhkəmə qətnamələri ilə anasız və ana qayğısından kənarda qalıblar.

8. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddia tələbini qəbul etmir və iddia tələbinə etiraz edilir. Belə ki, iddia tələbini mənzilə köçürülmə hissəsi ilə bağlı hazırda qanuni qüvvədə olan və iş üzrə preyudisial xarakter daşıyan məhkəmə aktları mövcuddur. İddiaçının köçürülməsini tələb etdiyi mənzil cavabdehlərdən Cavabdeh2 mülkiyyətindədir. Mənzil 1 otaqlıdır. Həmin mənzillə bağlı hazırki iddiaçı ilə cavabdehlər arasında 2022-ci ildə məhkəmə mübahisəsi olmuşdur. Belə ki, hazırda cavabdeh olan mənzilin mükiyyətçisi Cavabdeh2 məhkəmədə cavabdehlər, oğlu X3 və gəlini İddiaçı qarşı “mülkiyyətçinin mənzildən çıxarılması” tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-1773/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Kaveroçkin küçəsi, 8 saylı evin. 3 saylı bir otaqlı mənzilinə köçürülməsi, cavabdeh İddiaçı övladları xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə (əşyaları da daxil olmaqla) iddiaçı Cavabdeh2 məxsus Bakı şəhəri, Kaveroçkin küçəsi, 8 saylı evin, 3 saylı bir otaqlı mənzilindən çıxarılmaları qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Məhkəmənin həmin qətnaməsindən iş üzrə cavabdehlər İddiaçı və X5 apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6218/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1773/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsinin qismən, cavabdehlər xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X6 (əşyaları da daxil olmaqla) iddiaçı Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsi, 8 saylı evin, 3 saylı, 1 otaqlı mənzilindən çıxarılmaları hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iş üzrə cavabdeh X1 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə münasibətə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-69/2023 nömrəli qərardadı ilə ləğv edilmiş və kassasiya şikayəti baxışdan çıxarılaraq qeyri-mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-7692023 nömrəli qərarı ilə təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6218/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarının kassasiya instansiyası məhkəməsinin mövqeyi bölməsinin 48ci bəndində göstərilir ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüuq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Həmçinin qərarda göstərilir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə mübahisəli mənzil 25 dekabr 2004-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. İddiaçının oğlu – cavabdeh Ceyhun Rzayev, 04 iyu 206-cı ildə İddiaçı ilə evlənmişdir. Onların nikahından Zəhra Rza və Zeynəb Rza adlı uşaqları var. Ceyhun Rzayev və İddiaçı 2015-ci ilə kimi başqa ünvanda kirayədə yaşamış, həmin vaxtdan isə iddiaçının razılığı ilə mübahisəli mənzilə köçmüşdür. Cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadırlar. İddia tələbi cavabdehlərin iddiaçının mənzilindən çıxarılması barədədir. Bu halda iddia tələbi Mülki Məcəllənin 152.5-ci və Mənzil Məcəlləsinin 30-cu maddələrinin işığında təhlil olunmalıdır. İddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyən edilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan mənzildən cavabdeh İddiaçı istifadə etməsinə yol verməmək ixtiyarı vardır. Qərarın 59-cu bəndində İddiaçı mübahisəli mənzildə qeydiyyatda olması ilə bağlı dəlii ilə əlaqədar göstərilir ki, məhkəmə kollegiyası kassatorun mənzildə daimi qeydiyyatda olması barədə dəlilini də qətnamənin ləğvi üçün əsas saymır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmçinin qərarın 61-ci maddəsində göstərilir ki, mənzildə qeydiyyatın olması, həmin şəxsin mənzildən istifadə hüququnun yaranmasına əsas hesab olunmur. Buna görə də məhkəmə kassatorun mənzildən istifadə hüququnun olmadığı barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qərarda daha sonra göstərilir ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. İddiaçı iddia tələbinin digər hissəsi maddi ziyanın ödənilməsi tələbidir. İddia ərizəsində həmin tələbin əsasını təşkil edə biləcək hər hansı bir sübuta istinad edilməmiş və bununla bağlı iş materiallarına tələbi təsdiq edə biləcək sübut əlavə edilməmişdir. Göstərilən tələbə dair iddia ərizəsində göstərilən iddiaçının subyektiv mülahizələrinə əsaslanmışdır. Ona görə də həmin hissəsinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmir.

9. Cavabdehlərin nümayəndəsi ərizə təqdim edərək, hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 oktyabr 2025-ci il tarixli 2(006)-3408/2025 nömrəli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddianın təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə ilk növbədə iddianın “ünvan 3 ünvanında yerləşən evin söküntüsü ilə əlaqədar verilmiş kompensasiyanın iddiaçının ailəsinin payına düşən 35.000 manatın ona verilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamaqla faktiki olaraq cavabdehlərin sahibliyində olmuş, iddiaçı 2008-ci ildə həmin evə gəlin kimi köçürülmüş və ev 2012ci ildə söküntüyə məruz qalmışdır. Qeyd edilməlidir ki, iddiaçının həmin evdə istifadə hüququnun və ya iqtisadi dəyərinin artırılmasında iştirakının olması müəyyən edilmir. Belə olan halda, söküntü nəticəsində əldə olunmuş kompensasiya məbləğini tələb etmək barədə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.

13. İddianın “cehiz mebellərinə vurulmuş ziyana görə 10000 manat pulun cavabdehlərdən tutulması və mənəvi zərərin ödənilməsi” hissəsinə, eləcə də iddianın “maddi və mənəvi ziyan” hissəsinə münasibətdə məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

14. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, pul tələbinə dair hissədə iddiaçının müvafiq iddianı qaldırması üçün subyektiv hüquqa malik olmaması, maddi və mənəvi zərərin ödənilməsi hissəsində isə iddianın əsassız olması müəyyən edildiyindən, iş üzrə iddia müddətinin tətbiqinə zərurət qalmamışdır.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 372.1, 372.2, 373.1, 375.1, 375.2, 1096, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 107, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmaqla qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən evin söküntüsü ilə əlaqədar verilmiş kompensasiyanın onun ailəsinin payına düşən hissəsi ilə bağlı məhkəmə iddiaçının həmin evdə illərlə faktiki yaşadığını, yaşayış sahəsindən birgə ailə üzvü kimiistifadə etdiyini, ailə münasibətləri çərçivəsində mənzilin saxlanılmasına, qorunmasına maddi və fiziki əmək sərf etdiyini heç bir şəkildə nəzərə almamışdır. Belə ki, ailə daxilində birgə istifadə olunan əmlak və ona dair əldə olunan gəlirlər və kompensasiyalar ailə birliyi dövründə formalaşmış ümumi maddi dəyər hesab olunur. İddiaçı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsi, 8 saylı evin 3 saylı, 1 otaqlımənzildən çıxarılarkən na məxsus bütün cehizləri və şəxsi əşyaları həmin evdə qalmışdır. Bu günə qədər həmin əşyaları əldə edə bilməmişdir. Əksinə, onun cehizlərinə və şəxsi əşyalarına zərər vurulmuş, bir qismi itirilmiş, bir qismiisə yararsız halasalınmışdır. Bundan başqa qanunsuz şəkildə evdən çıxarılma, uzun illər yaşadığı evdən zorla uzaqlaşdırılma, əşyalarımın mənimsənilməsi, həmçinin uşaqlarından ayrı düşməsi iddiaçıya bir qadın olaraq ciddi psixoloji sarsıntılar yaşatmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, şikayətin dəlillərinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır.

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 25.Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 26.Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 27.Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 28.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 29.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 30.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

41. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

42. Hazırki iddia ərizəsindən göründüyü kimi iddia tələbi 3 hissədən ibarət olmaqla aşağıdakılardır: İddiaçı ərinin valideynləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən evin söküntüsü ilə əlaqədar verilmiş kompensasiyanın onun ailəsinin payına düşən 35.000 manat hissəsini; cehiz mebellərinə vurulmuş ziyana görə 10.000 manat; mənəvi zərərə görə 25.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

43. İddianın ilk hissəsinə münasibətdə kollegiya qeyd edir ki, sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamaqla faktiki olaraq cavabdehlərin sahibliyində olmuşdur. Birinci instansiya məhkəməsində tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçı 2008-ci ildə həmin evə gəlin kimi köçürülmüş və ev 2012-ci ildə söküntüyə məruz qalmışdır. İddiaçının həmin evdə istifadə hüququnun və ya iqtisadi dəyərinin artırılmasında iştirakının olması nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı təsdiqini tapmamışdır.

44. Belə olduqda söküntü nəticəsində əldə olunmuş kompensasiya məbləğini tələb etmək barədə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.

45. İddiaçı mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada mülkiyyət hüququ əldə etməmişdir, bu isə o deməkdir ki, iddiaçının subyektiv hüququ yaranmamışdır. Buna görə də o, cavabdehlərə qarşı hazırki iddianı qaldıra bilməz.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticəni əsaslı hesab edir.

47. İddianın “cehiz mebellərinə vurulmuş ziyana görə 10.000 manat pulun cavabdehlərdən tutulması və mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə kollegiya qeyd edir ki, cehiz əmlakların olub-olmaması, olduğu təqdirdə onun dəyəri, eləcə də həmin əmlakın olduğu təqdirdə ona vurulmuş zərərin məbləği barədə nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

48. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

49. Lakin hazırki halda iddiaçı tərəfindən qeyd edilən şərtlər yerinə yetirilmədiyindən birinci instansiya məhkəməsi bu hissədə də iddianı təmin etməməkdə haqlı olmuşdur.

50. İddiaçı maddi və mənəvi ziyan hissəsində iddia tələbinin əsası kimi apellyasiya şikayətində qanunsuz şəkildə evdən çıxarılma, uzun illər yaşadığı evdən zorla uzaqlaşdırılma, əşyalarının mənimsənilməsi, həmçinin uşaqlarından ayrı düşməsi ona bir qadın olaraq ciddi psixoloji sarsıntılar yaştmasını iddia edir.

51. Kollegiya qeyd edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-1773/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsi, 8 saylı evin 3 saylı, 1 otaqlı mənzilinə köçürülməsi, cavabdeh İddiaçı övladları xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə (əşyaları da daxil olmaqla) iddiaçı Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsi, 8 saylı evin, 3 saylı, 1 otaqlı mənzilindən çıxarılması qət edilmişdir.

52. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6218/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1773/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsinin qismən, cavabdehlər xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X6 (əşyaları da daxil olmaqla) iddiaçı Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsi, 8 saylı evin, 3 saylı, 1 otaqlı mənzilindən çıxarılmaları hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd edilməsi qət edilmişdir.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-769/2023 saylı qərarına əsasən İddiaçı kassasiya şikayətinin təmin edilməməsi və mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

54. Göründüyü kimi, hzırki iş üzrə cavabdeh olan Cavabdeh2 mülkiyyətində olan mənzildən iddiaçının, onun ərinin və uşaqlarının çıxarılması barədə məhkəmədə iddia qaldırmış, iddia tələbi yalnız hazırki iddiaçıya münasibətdə təmin edilmişdir.

55. Qeyd edilən qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün müvafiq icra orqanına göndərilmişdir.

56. Belə olduqda iddiaçının evdən qanunsuz çıxarılması halı müəyyən edilmir.

57. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

58. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 17 oktaybr 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

59. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının mənzildən çıxarılarkən əşyalarının mənzildə qalması ilə bağlı (belə hal olduğu təqdirdə) icra hərəkətləri zamanı icra məmurunun tərtib etdiyi akt ilə qeydiyyata alınmalı və digər sübutlara mövcudluğu isbat edilməlidir.

60. Hazırki halda isə iddiaçı tərəfindən bu halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

61. Uşaqlarından ayrı qalmasına münasibətdə kollegiya qeyd edir ki, iddiaçı azyaşlı uşaqlara himayə hüququndan məhrum edilməsi, onlarla ünsiyyətin hər hansı maneyənin olması işin halları ilə müəyyən olunmur. O da nəzərə alınmalıdır ki, uşaqların yaşadığı evin mülkiyyətçisi Cavabdeh2dır. Lakin onun mülkiyyətçi kimi ana ilə uşaqların ünsiyyət hüququnu məhdudlaşdırmaq ixtiyarı yoxdur. İddiaçı istədiyi vaxt digər valideynlə razılaşdırmaqla uşaqları özü ilə də apara bilər.

62. Kollegiya hesab edir ki, iddiaçı tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə də haqlı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

63. İddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

64. Bundan əlavə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin təmin edilməməsinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.

65. Belə ki, pul tələbinə dair hissədə iddiaçının müvafiq iddianı qaldırması üçün subyektiv hüquqa malik olmaması, maddi və mənəvi zərərin ödənilməsi hissəsində isə iddianın əsassız olması müəyyən edildiyindən, iş üzrə iddia müddətinin tətbiqinə zərurət müəyyən edilmir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3408/2025 nömrəli iş üzrə 17 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar