Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2834/2025 30.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2570 (iki min beş yüz yetmiş) manat pulun və tərəfindən ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumunun əvəzi tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə cavan yaşlarından tanış olmuş və uzun müddət xoş münasibətlə dostluqları olmuşdur. Bir neçə ortaq dostları mövcuddur. Bir müddət sonra Cavabdeh ona bir neçə şəxslərə borclu olduğunu bildirərək maddi vəziyyətinin çox pis olması səbəbindən ondan qısa müddətlik müxtəlif məbləğlərdə borc pullar almışdır. Borcu müxtəlif tarixlərdə Cavabdeh “Золотая корона” pul köçürmə vasitəsi ilə köçürmüş, bütün qəbzlər onda qalmaqdadır. xx.xx.2020-ci ildə 450 manat, xx.xx.2020ci il tarixdə 450 manat, xx.xx.2020-ci ildə 450 manat, xx.xx.2020-ci ildə 200 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 484 manat, xx.xx.2022-ci ildə isə terminalda 50 manat cavabdehin kartına pul köçürmüş, 2023-cü ildə isə 386 manat əlavə pul vermişdir. Borcun ümumi məbləği 2570 manat təşkil edir. Borcun qaytarılması ilə əlaqədar guya öz evinin satışa çıxardığını bildirərək, satışdan əldə olunan pul vəsaiti ilə qaytaracağını söz vermişdir. Lakin bu vədlərin üzərindən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmaqdadır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə ona zəng edərək borcun qaytarılmasını tələb etdikdə o danışdıqları gündən bir həftə sonra pulun əminliklə qaytaracağını ona söz verməsinə baxmayaraq qaytarmamışdır. xx.xx.2025-ci il tarixdə onun qeydiyyatda olduğu ünvana borcun qaytarılması ilə bağlı (pretenziya) bildiriş göndərsə də, heç-bir nəticə əldə olunmamışdır. O, bütün danışıqları digər telefonundan qeydə almışdır. Bütün ödənişlər barədə sübutları mövcuddur. Eyni zamanda səs yazıları və yazışmaları “whatsap” mobil tətbiqində qalmaqdadır.(proses vaxtı təqdim edə bilər.) Cavabdeh özüdə borcu etiraf edir və inkar etmir, sadəcə müxtəlif vədlərlə onu aldatmaqdadır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan “Золотая корона” pul köçürmə vasitəsinin xx.xx.2020-ci il tarixli qəbzinə əsasən İddiaçı 450 (dörd yüz əlli) manat məbləği Cavabdeh kart hesabına köçürmüşdür. İş materiallarında olan “Золотая корона” pul köçürmə vasitəsinin xx.xx.2020-ci il tarixli qəbzinə əsasən İddiaçı 450 (dörd yüz əlli) manat məbləği Cavabdeh kart hesabına köçürmüşdür. İş materiallarında olan “Золотая корона” pul köçürmə vasitəsinin xx.xx.2020-ci il tarixli qəbzinə əsasən İddiaçı 450 (dörd yüz əlli) manat məbləği Cavabdeh kart hesabına köçürmüşdür. İş materiallarında olan “Золотая корона” pul köçürmə vasitəsinin xx.xx.2020-ci il tarixli qəbzinə əsasən İddiaçı 200 (iki yüz) manat məbləği Cavabdeh kart hesabına köçürmüşdür. İş materiallarında olan “Золотая корона” pul köçürmə vasitəsinin xx.xx.2020-ci il tarixli qəbzinə əsasən İddiaçı 100 (bir yüz) manat məbləği Cavabdeh kart hesabına köçürmüşdür. İş materiallarında olan “Золотая корона” pul köçürmə vasitəsinin xx.xx.2020-ci il tarixli qəbzinə əsasən İddiaçı 23260 (iyirmi üç min iki yüz altmış) rubl məbləği Cavabdeh kart hesabına köçürmüşdür. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubuna əsasən xx.xx.2020-ci ildə 450 manat, xx.xx.2020-ci il tarixdə 450 manat, xx.xx.2020-ci ildə 450 manat, xx.xx.2020-ci ildə 200 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 484 manat, xx.xx.2022-ci ildə isə terminalda 50 manat cavabdehin kartına pul köçürmüş, 2023-cü ildə isə 386 manat əlavə pul vermişdir. Borcun ümumi məbləği 2570 manat təşkil edir. Hazıradək borcu ödəməkdən boyun qaçırdığını və maddi durumunun pisləşməkdə olduğunu, qeyd olunan borcu ona 3 (üç) gün ərzində geri qaytarmağını, əks təqdirdə "hüquqlarının müdafiəsi məqsədi ilə müvafiq məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. Bundan başqa iş materiallarına whatsapp yazışmalarını və səs yazılarını əks etdirən fotoşəkillər və flash kart əlavə edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) kredit müqaviləsi üzrə borc vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə kredit müqaviləsi üzrə borc vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh müxtəlif tarixlərdə, yəni xx.xx.2020-ci il tarixdə 450 manat, xx.xx.2020-ci il tarixdə 450 manat, xx.xx.2020-ci il tarixdə 450 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 23260 rubl (təxmini 484 manat) məbləğdə kartdan karta köçürməklə, xx.xx.2022-ci il tarixdə 50 manat terminal vasitəsilə cavabdehin kart hesabına köçürməklə, bundan başqa nağd şəkildə 386 manat olmaqla ümumilikdə, 2570 manat məbləğdə pul borc vermiş, bununla da tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Borcalan Cavabdeh aldıqlarını müvafiq olaraq eyni məbləğdə borcverən İddiaçı qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliyi lazımınca icra etməmiş və iddiaçıya olan borcunu qaytarmamışdır. Hazırda İddiaçı şifahi borc müqaviləsi üzrə Cavabdeh verdiyi 2570 manat və iddia ərizəsinin verilməsinə görə məhkəməyə ödədiyi 46 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehə hər dəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iddiaya etirazını məhkəməyə təqdim etməmişdir. İddiaçının izahatı, ödəniş qəbzləri, “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərilmiş səsli mesajlar və yazılı ismarıclara əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh müxtəlif tarixlərdə karta köçürməklə və ya nağd şəkildə, ümumilikdə 2570 manat məbləğində pul borc vermişdir. Cavabdeh hər dəfəsində borcu qaytaracağını bildirsə də, iddiaçıya olan borcunu qaytarmamış, hətta mövcud borcu qaytarmadığı halda, sonrakı yazışmalarda yenidən borc istəyərək, əvvəlki borc öhdəliyini dolayısı ilə bir daha təsdiq etmişdir. Bu hallar cavabdehin borc münasibətlərini inkar etmədiyini və borcun bu günə qədər ödənilmədiyini sübuta yetirir. Məhkəmə iddiaçının 46 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə məhkəməyə ödənilmiş 46 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2570 manat və dövlət rüsumu olaraq ödənilmiş 46 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2570 (iki min beş yüz yetmiş) manat və dövlət rüsumu olaraq ödənilmiş 46 (qırx altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-2834/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2834/2025
30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver