Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2843/2023 04.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xeyrimə 1515 (min beş yüz on beş) manat məbləğində vurulmuş zərərin və hazırki iş üzrə iddiaçı tərəfindən ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun, cəmi 1551 (min beş yüz əlli bir) manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində iddiaçıya məxsus olan “TOYOTA PRİUS” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, 9 MKR, Mir Cəlal küçəsində etibarnamə əsasında X2 tərəfindən idarə olunan zaman digər avtomobil “KİA FORTE” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin manevr qaydalarını pozaraq iddiaçıya məxsus avtomobilin qabaq sağ tərəfindən vuraraq toqquşmuşdur. Hadisə yerinə DYPİ-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişdirlər. “KİA FORTE” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomoblinin sürücüsü Cavabdeh2 barəsində inzibati tənbeh tədbiri seçilmişdir. AR DİNnin Baş Dövlət Yol Polis İdarəsinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə AR İXM-nin 469,3-cü, 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Yol nəqliyyatı hadisəsi cavabdehin təqsiri üzündən baş verməsi onun barəsində tərtib edilmiş inzibati məsuliyyət barəsində protokolla, yol-nəqliyyat hadisəsinin sxemi ilə və izahatlarla bir daha təsdiq edilir. İddiaçı qeyd edir ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan yüksək təhlükə mənbəyi olan avtomobil icbari sığorta olunmadan digər Cavabdeh2 tərəfindən AR İXM-nin 469.3-cü maddəsinin tələblərini pozaraq avtomobil idarə edilmişdir. Həmçinin iddiaçıya məxsus olan “TOYOTA PRİUS” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2007-ci il, ban JTDKB20U977631770, gümüşü metallik rəngdə) texniki cəhətdən saz vəziyyətdə olmuş, cavabdehin təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçının maşınına maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixdə “Salman motors Xidmət-2 KM” rəsmi avtoservis tərəfindən tərtib edilmiş Qüsur Aktına əsasən etibarnamə əsasında idarə olunan avtomobilə 1515 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, Cavabdeh2 yol nəqliyyat hadisəsi zamanı təqsirli bilinsə də, iddiaçıya məxsus olan avtomobilin sağ tərəfindən vurmuş və avtomobilə dəyən maddi ziyanı ödəməkdən yayınmışdır. İddiaçı onu da bildirir ki, “KİA FORTE” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobil (buraxılış ili 2010-cu il, ağ rəngdə) digər Cavabdeh1 mülkiyyətində olmuş, o da yüksək təhlükə mənbəyinin mülkiyyətçisi olduğundan maddi məsuliyyət daşıyır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 2(004)-2843/2023 saylı iş üzrə iddia tələbinin həcmini artıraraq cavabdehlərdən 2020 manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, hesablamsına görə maşına 1000 manata yaxın ziyan dəymişdir, onun 500 manatını ödəyə biləcəyini iddiaçıya bildirmişdir. Aralarında razılıq əldə olunmamışdır. Vurduğu ziyana görə 800 manat məbləğində ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmə işdə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Binəqədi RPİ-nin TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixində saat 15:30-da M.Cəlal küçəsi ərazisində “KİA FORTE” markalı ** FP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr nəticəsində AR İXM-nin 469.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. “Salman motors Xidmət -2 KM” tərəfindən tərtib edilmiş Qüsur aktına əsasən “TOYOTA PRİUS” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan üçün cəmi məbləğ 1515 manat təşkil edir. 28 sentyabr 2023-cü il tarixli 9/5324 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “TOYOTA PRİUS” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci baş verən tarixə təxminən 1515 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2023cü il tarixli qüsur aktındakı məlumatlaea əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Toyota Prius” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 2020 manat müəyyən edilir. Belə ki, Mülki Məcəllənin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 iddiaçıya 1515 manat məbləğində maddi ziyan vurmuş və onun tərəfindən qeyd olunan avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, maddi zərərin ödənilməsinə dair iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, 28 sentyabr 2023-cü il tarixli 9/5324 saylı ekspert rəyində “TOYOTA PRİUS” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci baş verən tarixə təxminən 1515 manat müəyyən edilsə də, tədqiqatın nəticələri hissəsində texniki səhvə yol verilərək cəmi məbləğ 1515 manat deyil, 2020 manat olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda iddiaçı məhkəməyə müraciət etmək üçün 54 (əlli dörd) manat məbləğində dövlət rüsumunu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 1515 (bir min beş yüz on beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 (otuz altı) manat Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1515 (bir min beş yüz on beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 (otuz altı) manat vəsait tutularaq İddiaçı ödənilsin. Keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2843/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2843/2023
04.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver