Məhkəmə qərarları › İş №2(004)-2844/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2844/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2844/2021 03.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.03.2014-cü il tarixli 103.LN.1609.040314.R.00010 nömrəli kredit müqaviləyə əsasən Şəxsi məişət ehtiyaclarının ödənilməsi üçün 1177,09 əsas hissə, 431,66 manat faiz, 21.31 manat cərimə, Azərbaycan Respublikasının Konsititusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesanlanmış 201.28 manat faiz borcu və 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1831,34 manat borcun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdehin yaşadığı bina söküldüyündən bildiriş məhkəməyə geri qayıtmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445, 468, 739, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, 04.03.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh qızına 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə ödəmək şərti ilə ümumi məbləği 2320 manat şəxsi məişət ehtiyacları üçün verilmişdir. 11.09.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 04.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1177,09 əsas hissə, 431,66 manat faiz, 21.31 manat cərimə, Azərbaycan Respublikasının Konsititusiya Məhkəməsinin 24.12.2014-cü iil tarixli Plenum qərarına əsasən hesanlanmış 201.28 manat faiz borcu, cəmi 1831,34 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh qızından 04.03.2014-cü il tarixli 103.LN.1609.040314.R.00010 nömrəli kredit müqaviləyə əsasən 1177,09 əsas, 431,66 manat faiz, 21.31 manat cərimə, Azərbaycan Respublikasının Konsititusiya Məhkəməsinin 24.12.2014-cü iil tarixli Plenum qərarına əsasən hesanlanmış 201.28 manat faiz borcu, ümumilikdə 1831,34 manat borc alınaraq İddiaçı ASC-yə ödənilməlidir. İddiaçı ASC tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 04.03.2014-cü il tarixli 103.LN.1609.040314.R.00010 nömrəli kredit müqaviləsinə əsasən 1177,09 (min yüz yetmiş yeddi manat doqquz qəpik) əsas, 431,66 (dörd yüz otuz bir manat altmış altı qəpik) manat faiz, 21.31 (iyirmi bir manat otuz bir qəpik) manat cərimə, Azərbaycan Respublikasının Konsititusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesanlanmış 201.28 manat (iki yüz bir manat iyirmi səkkiz qəpik) manat faiz borcu, ümumilikdə 1831,34 (min səkkiz yüz otuz bir manat otuz dörd qəpik) manat borc və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar