Məhkəmə qərarları › İş №2(004)-2857/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2857/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2857/2022 23.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01493 nömrəli kredit müqaviləsinin, Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01493/ZM nömrəli zaminlik müqaviləsinin ləğv edilməsi, xx.xx.2022ci il tarixli, 01493 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 aid 4054.02 manat məbləğində əsas borcun, 5.63 manat hesablanmış adi faizlər üzrə borcun, 6.08 manat məbləğində vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla, cəmi 4065.73 manat məbləğində pul vəsaitinin, həmçinin 61.27 manat dövlət rüsumunun, ümumilikdə 4127.27 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi və Əmlak Məsələləri Dövlət Xidmətinə cavabdehlərin əmlaklarının məvcudluğu haqqında sorğu göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01493 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı BOKT MMC-dən 44 ay müddətinə qaytarmaq şərtiylə illik faiz dərəcəsi 1 faiz olmaqla 4147 manat məbləğində kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2022-ci il tarixli, 01493/ZM saylı Zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə cavabdehə verməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsinin 1.1 və 3.4.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozaraq öhdəliyini icra etməmiş və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafikinə əsasən ödəməli olduğu kredit üzrə ödənişləri yerinə yetirmir. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, kredit borcu və ona hesablanmış faizlər ödənilməmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01493 nömrəli kredit müqaviləsinin, Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01493/ZM nömrəli zaminlik müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli, 01493 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 aid 4054.02 manat məbləğində əsas borcun, 5.63 manat hesablanmış adi faizlər üzrə borcun, 6.08 manat məbləğində vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla, cəmi 4065.73 manat məbləğində pul vəsaitinin, həmçinin 61.27 manat dövlət rüsumunun, ümumilikdə 4127.27 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı BOKT MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbl edərək bildirdi ki, o, xx.xx.2022-ci il tarixli, 01493 saylı kredit müqaviləsinə əsasən İddiaçı BOKT MMC-dən 44 ay müddətinə qaytarmaq şərtiylə illik faiz dərəcəsi 1 faiz olmaqla 4147 manat məbləğində kredit almışdır. Digər Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsi üzrə zamin dayanmışdır. Bir müddət kreditini ödəsə də, lakin sonra maddi çətinliklər səbəbindən ödənişlərində axsamalar yaranmışdır. Hal-hazırda tələb edilən məbləği birdəfəyə ödəməyə imkanı çatmır. Müəyyən hissə-hissə ödənişlər edə bilər. Qətnamə qəbul edilərkən nəzərə alınmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01493 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 44 ay müddətinə illik 1 % olmaqla 4147 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 ilə bank arasında xx.xx.2022-ci il tarixli, 01493/ZM saylı Zaminlik müqaviləsi bağlanmışdır. İbrahimov X1» BOKT MMC ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01493 saylı kredit müqaviləsindən, Cavabdeh2 isə “Azmikroinvest BOKT MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 01493/ZM saylı Zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə bank qarşısında birgə məsuliyyət daşıyırlar, ona görə də onların bank qarşısında müştərək qaydada əsas borc üzrə 4054.02 manat, faiz borcu üzrə 5.63 manat, cərimə borcu üzrə 6.08 manat, ümumilikdə 4065.73 manat məbləğində borcları yaranmışdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01493 nömrəli kredit və Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01493/ZM nömrəli zaminlik müqavilələrinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01493 nömrəli kredit və Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01493/ZM nömrəli zaminlik müqavilələri ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4054 (dörd min əlli dörd) manat 02 (iki) qəpik, faiz borcu üzrə 5 (beş) manat 63 (altmış üç) qəpik, cərimə borcu üzrə 6 (altı) manat 08 (səkkiz) qəpik, cəmi 4065 (dörd min altmış beş) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 61 (altmış bir) manat 27 (iyirmi yeddi) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01493 nömrəli kredit və Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01493/ZM nömrəli zaminlik müqavilələri ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4054 (dörd min əlli dörd) manat 02 (iki) qəpik, faiz borcu üzrə 5 (beş) manat 63 (altmış üç) qəpik, cərimə borcu üzrə 6 (altı) manat 08 (səkkiz) qəpik, cəmi 4065 (dörd min altmış beş) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 61 (altmış bir) manat 27 (iyirmi yeddi) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar