Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2858/2024 21.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4000 manat məbləğində pul vəsatinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, əvvəlcədən tanıdığı qonşusu 2020-ci ilin may ayında işə getdiyi üçün qonşusu Cavabdeh zinət əşyalarını saxlamaq üçün ona vermişdir. 2021-ci ilin may ayında qızıllarını geri alarkən orada olan 27 gram qızıl boyunbağı ümumi dəyəri 4000 manat qızılın ona verdiyi əşyalar arasında olmadığını bilmişdi. Cavabdehlə şifahi razılaşmaya əsasən boyunbağının əvəzi olaraq ona 4000 manat pul ödəməsinə vəd versə də, bugünə qədər pulu ona verilməmiş, müxtəlif bəhanələrlə ondan yayınmaqdadırlar. Sonradan özün günahkarsan deməklə məsələyə son qoymağa çalışmışdır. Yaxın 7 ayda yaşadıqları evi sataraq getmiş və onun telefonunu açmırlar. Hadisə ilə bağlı DİN müvafiq qurumlarına müraciət etsə də, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bu səbəbdən də mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətindədir. Daha sonra Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi və İddiaçı ondan hədəqorxu ilə tələb etdiyi 800 manatın ondan alınaraq geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə uzun müddət qonşuluq münasibətləri olmuşdur. İddiaçı hər ayın 15 günü işi ilə bağlı evdən kənarda olur. Bu zaman ərzində isə ev boş qalır, evin təhlükəsizlik sistemi yoxdur və ən əsası İddiaçı oğlu ilə arası yaxşı olmadığından ondan həmişə ehtiyat etmişdir. Çıxış yolunu isə zinət əşyalarını qonşusu olaraq ona Cavabdeh əmanət etmək qərarına gəlmişdir. Qonşuluq münasibətləri xətrinə bu təklifi qəbul etmişdir. Bu hal bir neçə dəfə təkrar etmiş, sonuncu dəfə zinət əşyalarını geri qaytardığı vaxtdan təxminən 1-2 saat sonra İddiaçı ona zəng edərək zinət əşyalarının arasında qızıl boyunbağının olmadığını və onun tərəfindən mənimsədildiyini iddia etmişdir. Qızılın ilk başda özünə, daha sonra isə bacısına aid olduğunu bildirirərək, tez bir zamanda qızıllarının dəyərinin qaytarılmasını tələb edərək ona hədə-qorxu gəlmişdir. İddiaçı dəfələrlə onu və ailəsini təhdid etmiş, əgər pulu qaytarmasa qohumlarının yanında onu rüsvay edəcəyini, xəsarət yetirəcəyini bildirmişdir. Hər an başına hadisə gələ biləcəyindən və çıxılmaz vəziyyətdə qaldığından məsələnin yekunlaşması üçün nə desə edəcəyini bildirdi. O, bu fürsətdən istifadə edərək qızılların əvəzi olaraq ondan 800 manat pul tələb etmişdir. Maddi vəziyyətinin zəif olmasından pulu yalnız hissə-hissə verə biləcəyini qeyd edərək ilk başda 100 manat olmaqla, daha sonra 100, 200 və 200 manat olmaqla, cəmi 600 manatı cavabdehin kart hesabına köçürməklə qalan 200 manatı isə oğluna nağd qaydada vermişdir. Bu faktlar bank kartından çıxarışlarda və aralarında keçən “Vatsapp” yazışmalarında öz təsdiqini tapmaqdadır. Dediyi məbləği ödəməyinə baxmayaraq təhdidlər artmış nəinki, o, hətta bacısı da onu hədələməyə başlamış, verdiyi məbləğlə kifayətlənməyərək əvvəlcə 800 manat, daha sonra 1000 manat, ən sonda 4000 manat tələb etmişdir. Bundan da göründüyü kimi onların niyyəti, zinət əşyalarının əvəzinin tələb edilməsi deyil, onu tələyə salaraq pul qopartmaqdır. Özünün etmiş olduğu əməlləri o etmiş kimi qələmə verərək vəziyyəti örtbasdır etmək niyyəti ilə onu polisə vermiş, Nəsimi rayon Polis İdarəsi 10-cu polis bölməsində qızılı onun oğurladığını, pulları da götürərək evini satış qaçdığını, ona dəfələrlə zəng etməsinə baxmayaraq telefonlarına cavab vermədiyini iddia etmişdir. Lakin dediklərinin heç biri doğru deyildir. O qeyd etdiyi zinət əşyalarının nə onlara məxsus olmasını, nə də onun tərəfindən qızılın oğurlanmasını sübuta yetirə bilməmişdir. Əksinə onu ailəsi ilə təhdid edərək hədə-qorxu gələrək hüquqi cəhətdən savadsızlığından istifadə edərək ondan 800 manat pul tələb etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, cavabdehə əvvəllər də saxlamaq üçün qızıllar vermiş və sonra geri almışdır. Sonuncu dəfə 2020-ci ildə qutuda qızıllar vermiş, lakin qaytardıqda cavabdeh onun qızıl boyunbağısını və brilliant üzüyünü qaytarmamışdır. Bununla bağlı kifayət qədər sübutu var. Cavabdeh ona başının qohumunun toyuna qarışdığını və qızılları götürən zaman yerə səpələndiyini demişdir. Cavabdeh ona aylıq 100 manatdan olmaqla, ümumilikdə 600 manat pul vermişdir. 2020-ci ildən bu vaxta qədər qalan məbləğin də verilməsini gözləmişdir. 4000 manat bir 27 qramlıq boyunbağı və bir brilliant üzüyün ümumi dəyəridir. 600 manat ödəmiş, qalan məbləği ödəməmişdir. Odur ki, ilk iddianın təmin, qarşılıqlı iddianın əsassız olmaqla təmin edilməməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaya etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, ona qutunun içərisində qızıllar 2020-ci ildə verilmiş, verilən vaxt hansı qızıllar olması deyilməmiş, o da baxmamışdır. Sonra qızılları həmin qutuda qaytarmışdır. Daha sonra iddiaçı və bacısı dəfələrlə onu hədələyərək ondan 800 manat pul almışdır, lakin sonradan 4000 manat tələb etmişdir. Həmin vaxt ailəsi və özünün biabır olmamağını düşünərək hər ay ona ödənişlər etmişdir. Lakin onların hədələri bitməmişdir. Onu polislə verməklə qorxutmuşlar. O isə sonunda çarəsiz qalıb şikayət edə biləcəyini bildirmişdir. Onun tərəfindən hər hansı qızıl götürülməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, qutuda qızıllar verilərkən orada hansı qızıllar olduğu iddiaçı tərəfindən ona bildirilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, ilkin iddia tələbi rədd edilməli və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi RPİ 19-cu PŞ-nin rəisi polis polkovnik leytenantının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh ilə aralarında olan mübahisəli qızıl boyunbağı məsələsi ilə əlaqədar qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığı üçün “Vətəndaşların müraciətləri” haqqında Azərbaycan Respublikası Qanununa əsasən dəymiş ziyanın ödənilməsi məqsədilə qanunamüvafiq qaydada rayon məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Cavabdeh Nəsimi RPİ 19-cu PŞ-də İddiaçı şikayəti əsasında vermiş olduğu izahatında göstərmişdir ki, keçmiş qonşusu İddiaçı gəlininə etibar etmədiyi üçün 2020-ci may ayında qızıl-zinət əşyalarını saxlamaq üçün ona vermiş, təxminən 1 il sonra qızıllarını geri almışdır. Bu zaman bildirmişdir ki, 27 qram qızıl əksikdir. Ondan 800 manat pul tələb etmişdir. Daha sonra 4000 manat tələb etməklə onu hədələmişdir. Şikayətdə yazılanların hamısı yalandır. Ona qızıl qaytaran zaman hər hansı qızılı mənimsəmişdir. Məhkəmə baxışında iddiaçı tərəfindən təqdim edilmiş CD diskə baxış keçirən zaman tərəflərin aralarında danışıqlarının aparıldığı, bu danışıqdan Cavabdeh məlumatının olmadığı və hər hansı etirafın edilmədiyi, yəni həmin qızılların içərisində boyunbağı və brilliant üzüyün olması, qızılların onun tərəfindən götürüldüyünə dair etiraf müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən verilən iddia tələbi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. İddiaçı tərəfindən sözügedən qızılların mövcudluğu, həmin qızılların cavabdehə verilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmədi. Belə ki, ən azından iş materiallarında hər hansı təhvil-təslim aktı mövcud deyildir. Cavabdeh tərəf də qutuda qızılların verildiyini bildirsə də, hər iki tərəf izahatında qızılların verilərkən qutuda hansı qızıllar olduğunun aydınlaşdırılmadığı bildirilmişdir. Belə olan halda, məhkəmə cavabdehin 600 manat məbləğində pul ödəməsini iddianın etirafı kimi qiymətləndirmir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı pul tələbinə dair öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.http://www.eqanun.az/alpidata/code/data/0/c_c_8.htm Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə - hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, ilk iddia əsassız olduğundan rədd edildiyindən, iddiaçı tərəfindən cavabdehin ona 800 manat deyil, 600 manat məbləğində pul ödəməsini etiraf etdiyindən, cavabdeh iddiaçıya 800 manat ödəməsinə dair sübut təqdim etmədiyindən, iddiaçı 600 manat məbləğində əsassız varlanmışdır və həmin hissədə qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[761] Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;[762]1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı 4000 manat pul tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 600 (altı yüz) manat məbləğində pul tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2858/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2858/2024
21.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver