Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2892/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 563,32 (beş yüz altmış üç manat otuz iki qəpik) manat əsas, 50,96 (əlli manat doxsan altı qəpik) manat faiz, 78,25 (yetmiş səkkiz manat iyirmi beş qəpik) manat dəbbə olmaqla, cəmi 692,53 (altı yüz doxsan iki manat əlli üç qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında bağlanmış 13 iyul 2020-ci il tarixli, 732-0***-******* saylı kredit müqaviləsinə əsasən illik 35% (otuz beş) olmaqla 18 (on səkkiz) ay müddətinə 695 (altı yüz doxsan beş) manat məbləğində cavabdehə kredit verilmişdir. 13 iyul 2020-ci il tarixli, 732-0***-******* saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmişdir. Bu barədə dəfərlərlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Cavabdeh arasında bağlanmış 13 iyul 2020-ci il tarixli, 732-0***-******* saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 563,32 (beş yüz altmış üç manat otuz iki qəpik) manat, faiz borcuna görə 50,96 (əlli manat doxsan altı qəpik) manat, dəbbə borcuna görə 78,25 (yetmiş səkkiz manat iyirmi beş qəpik) manat, cəmi 692,53 (altı yüz doxsan iki manat əlli üç qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 13 iyul 2020-ci il tarixli, 732-0***-******* nömrəli kredit müqaviləsi üzrə kredit borcuna görə 563,32 (beş yüz altmış üç manat otuz iki qəpik) manat, faiz borcuna görə 50,96 (əlli manat doxsan altı qəpik) manat, dəbbə borcuna görə 78,25 (yetmiş səkkiz manat iyirmi beş qəpik) manat olmaqla, cəmi 692,53 (altı yüz doxsan iki manat əlli üç qəpik) manat pul tutulmalıdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “xxxx” Bank olmayan kredit təşkilatı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 732-0***-******* saylı 13 iyul 2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, müvafiq müqaviləyə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə illik 35% ödəmək şərtilə 695 (altı yüz doxsan beş) manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.9.1; 2.9.2-ci bəndinə əsasən, borcalan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən müqavilə müddəti ərzində 1 saylı Əlavə üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1%-i qədər ilk gündən başlayaraq gündəlik cərimə hesablanır. İş materiallarına əlavə olunmuş Tələbetmə hüquqlarının ötürülməsi barədə 13 iyuk 2020-ci il tarixli bildirişdən görünür ki, tələbetmə hüquqlarının güzəşt edilməsinə dair 001 saylı 25 noyabr 2017-ci il tarixli müqaviləyə uyğun olaraq İddiaçı ASC kredit müqaviləsi üzrə kreditordur. İş materiallarına əlavə olunmuş 01.04.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-nə 563,32 (beş yüz altmış üç manat otuz iki qəpik) manat məbləğində əsas, 50,96 (əlli manat doxsan altı qəpik) manat faiz, 78,25 (yetmiş səkkiz manat iyirmi beş qəpik) manat dəbbə olmaqla, cəmi 692,53 (altı yüz doxsan iki manat əlli üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş 02.04.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, cavabdeh 13 iyul 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” Bank olmayan kredit təşkilatından illik 35 faizlə 18 ay müddətinə 695 manat kredit götürmüşdür. “xxxx” Bank olmayan kredit təşkilatı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 427 nömrəli 13.07.2020-ci il tarixli 732-0***-******* saylı müqaviləyə əsasən 25 noyabr 2017-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “xxxx” BOKT QSC arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmə hüququ İddiaçı ASC-nə ötürülmüşdür. Lakin borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 01.04.2021-ci ilədək Cavabdeh banka 13 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 563,32 (beş yüz altmış üç manat otuz iki qəpik) manat əsas, 50,96 (əlli manat doxsan altı qəpik) manat faiz, 78,25 (yetmiş səkkiz manat iyirmi beş qəpik) manat dəbbə olmaqla, cəmi 692,53 (altı yüz doxsan iki manat əlli üç qəpik) manat məbləğində borcu vardır. Bundan əlavə, İddiaçı ASC tərəfindən müvafiq iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 563,32 (beş yüz altmış üç manat otuz iki qəpik) manat əsas, 50,96 (əlli manat doxsan altı qəpik) manat faiz, 78,25 (yetmiş səkkiz manat iyirmi beş qəpik) manat dəbbə olmaqla, cəmi 692,53 (altı yüz doxsan iki manat əlli üç qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2892/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2892/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver