Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2895/2020 12.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimov Leyla Abbas qızının katibliyi, Cavabdeh1 nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 5.199,91 manat, faiz borcu üzrə 1.003,06 manat, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 644,21 manat, cərimə borcu üzrə 4.835,23 manat, cəmi 11.682,41 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC xx.xx.2020-ci il tarixdə “iddia tələbinin həcminin azaldılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 5.199,91 manat əsas, 1.003,06 manat müqavilə müddətində ödənilməmiş faiz, 168,45 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla ödənilməyən faiz borcu, 4.835,23 manat dəbbə pulu olmaqla ümumilikdə 11.206,60 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasını vaxtı və yeri barədə bildiriş göndərilmiş, həmçinin AZEMİS vasitəsilə +**********34 və +**********58 nömrəli mobil telefonlarına “SMS” bildirişi göndərilməklə xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Elvin Məmmədov xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh1 nümayəndəsi (atası) X2 iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və Cavabdeh1 müqavilə əsasında illik 22%-lə 36 ay müddətinə 7.500 manat kredit götürmüş, 300 manat komissiya tutulmaqla, nəğd şəkildə 7.200 manat pul almışdır. xx.xx.2015-ci il tarixdə 330 manat ödəniş etmişdir. İddia tələbi üzrə əsas borcu qəbul edir, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcunu və cərimə borcu hissəsini qəbul etmir. 2015-2020-ci ilə kimi borcun ödənilməsi ilə bağlı cavabdehə heç bir xəbərdarlıq edilməmişdir. Odur ki, ədalətli qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiaqismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 120xx.xx.2014-SM69 nömrəli təminatlı kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 illik 22%-lə 36 ay müddətinə 7.500 manat kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında təminatlı kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh1 müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2014-cü il tarixli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5.199,91 manat əsas borcu, müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixə hesablanmış 1.003,06 manat faiz borcu olmaqla, cəmi 6.212,97 manat borcu yaranmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2014-cü il tarixli təminatlı kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh1 tutulmalıdır. Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə başa çatdığına görə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tənasübsüz surətdə hesablanmış yüksək 4.835,23 manat cərimə azaldılaraq 100 manat cərimə müəyyən edilməlidir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 0611.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 5.199,91 manat əsas borc, 1.003,06 manat faiz borcu, 100 manat dəbbə pulu olmaqla, cəmi 6302,97 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6.332,97 manat pul Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi - Cavabdeh1 qarşı “hesablanmış 4.735,23 manat dəbbə pulunun və müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla ödənilməyən 168,45 manat faiz borcunun tutulması” hissəsində rədd edilməlidir. Çünki, cavabdehin borcun qaytarılmasını gecikdirməklə, ondan fayda götürməsi halı məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində tam rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 0611.2014-cü il tarixli 120-xx.xx.2014-SM69 nömrəli kredit müqaviləsi üzrə yaranmış 5.199,91 manat əsas borc, 1.003,06 manat faiz borcu, 100 manat dəbbə pulu olmaqla, cəmi 6302,97 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6.332,97 (altı min üç yüz otuz iki manat doxsan yeddi qəpik) manat pul Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi - Cavabdeh1 qarşı qalan hissədə rədd edilsin. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində tam rədd edilsin. Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 120xx.xx.2014-SM69 nömrəli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2895/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2895/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver