Məhkəmə qərarları › İş №2(004)-290/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-290/2023

19.01.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-290/2023 19.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi» tələbinə dair mülki iş üzrə ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il tarixində Qusar rayonunda anadan olmuş və hal-hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal ray., M.Xiyabani küç, ev 14 “A”, m 45-də nəvələrim xx.xx.2007-ci il təvəllüdlü X21, xx.xx.2010-cu il təvəllüdlü X22 və xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlikdə yaşayır. Bildirmişdir ki, xx.xx.1984-cü il təvəllüdlü oğlu X13 2006-cı ildə X9 ilə ailə qurmuş, birgə nikahlarından hazırda himayəsində olan övladları (nəvələri) xx.xx.2007-ci il təvəllüdlü X21, xx.xx.2010-cu il təvəllüdlü X22 və xx.xx.2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. Onlardan xx.xx.2007-ci il təvəllüdlü X21, xx.xx.2010-cu il təvəllüdlü X22 Azərbaycan Respublikasında Bakı şəhərində anadan olmuş, xx.xx.2017-ci il təvəllüdlü X8 isə İraq Respublikasında anadan olmuşdur. Oğlu, gəlni və iki övladı 2015-ci ildə naməlum səbəbdən heç kəsə xəbər etmədən Azərbaycan Respublikasını tərk etmiş əvvəl Türkiyyə Respublikasına ordan da qaçaq yolla İraq Respublikasına keçmişdir. Beləki, o, oğlu ölkəni tərk edəndən sonra müxtəlif dövlət orqanları və səfirlikləri ilə əlaqə saxlayan zaman ona bildirilmişdir ki, oğlu artıq 2015-ci il tarixində Türkiyyə sərhədini keçərək İraq daxil olmuşdur. Bunu biləndən sonra onu hər vasitə ilə axtarmağa başlamış və hətta İraq Respublikasına belə getmiş, lakin axtarışı nəticə vermədi. Bir müddət keçdikdən sonra ona xəbər gəldi ki, övladının uşaqları tapılıb və Azərbaycan Respublikasına gətiriblər. Bundan sonra rəsmi olaraq həmin övladları (nəvələrini) onun himayəsinə verdilər. Hətta o, sonuncu uşaq olan xx.xx.2017-ci il təvəllüdlü X3 doğum haqqında şəhadətnamənidə Maraqlı şəxsndə almış və doğum yeridə İraq Respublikası qeyd edilmişdir. Daha sonra nəvələrindən və kənar şəxlərin məlumatından xəbərdar oldu ki, xx.xx.1984-cü il təvəllüdlü oğlu X13 xx.xx.2017-ci il tarixində İraq Respublikasında avtomobil qəzasında vəfat etmiş, yoldaşı olan X4 isə hansısa sığınacağa aparmışlar. Lakin oğlunun dəqiq vəfat etməsi barədə hər hansı hüquqi sənəd üzrə məlumatı yoxdur. Əlavə olaraq bildirmişdir ki, nəvələri onun himayəsində olan dövrdən ona sosial yardım verirdilər ki, hazırda atalarının ölmüş elan olunmasını və ya itkin düşümüş elan edilməsini müəyyən edən sənəd olmadığından valideynini itirmiş şəxs kimi verilən sosial müavinəti kəsmişlər. Bütün bu sənbəbdən də o, xx.xx.1984-cü il təvəllüdlü oğlu X5 xx.xx.2017-ci il tarixindən İraq Respublikasında itkin düşmüş elan edilməsi və daha sonra ölmüş elan edilərək ona ölüm haqqında şəhadətnamə almaq isdəyir. Bütün bu səbəbdən də maraqlı şəxs olan Maraqlı şəxsnə ərizə ilə müraciət etdi, lakin maraqlı şəxs ərizəni təmin etməyərək, bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Yuxarıda qeyd edilənlərə əsasən o, xx.xx.1984-cü il təvəllüdlü oğlu X5 xx.xx.2017-ci il tarixindən İraq Respublikasında itkin düşmüş elan edilməsi barədə ərizəsini qeydiyyatda olduğu ərazi üzrə Yasamal rayon Məhkəməsinə müraciət etməli oldu. AR-sı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənləri əsasən xx.xx.1984-cü il təvəllüdlü oğlu X5 xx.xx.2017-ci il tarixindən xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, oğlu X13 2015-ci il tarixdən xəbərsiz çıxıb getmiş, onun məlumatı olandan sonra oğlunu bir neçə il axtarmış, onun Türkiyyə Respublikasına, oradan isə İraq Respublikasına keçdiyini bilmiş, daha sonra İraq Respublikasında müharibə başlayandan sonra oğlunun olduğu şəhər bombalanmış, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Respublikasının İraq Respublikasında yerləşən səfirliyi vasitəsi ilə nəvələri tapılmışdır. O, üç nəvəsini Bakı şəhərinə gətirmiş, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 79 saylı, 16 mart 2020-ci il tarixli sərəncamı ilə nəvələrinə qəyyum təyin olunmuşdur. Nəvələrinin dediyinə görə, axırıncı dəfə atalarını 2017-ci il tarixdə görmüşlər. 2017-ci ilin avqust ayında atalarının olduğu maşın bombalanaraq ataları vəfat etmişdir, lakin bunu təsdiq edən heç bir sübutları yoxdur (uşaqların dediklərinə görə elədi). Analarının harada olmasından da məlumatları yoxdur, uşaqları qaçqın şəhərciyindən tapıb gətirmişlər. Hal-hazırda o, nəvələrinə maddi cəhətdən baxa bilmir, buna görə də, oğlunun xəbərsiz itkin düşmüş hesab edilməsinə dair sənəd ona lazımdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vərərək əlavə olaraq bildirmişdir ki, X13 2015-ci il tarixdə İraq Respublikasına gedərək orada itkin düşmüşdür. Onlar ehtimal edir ki, axırıncı dəfə o, 2017-ci il tarixdə sağ olmuş, çünki üçüncü uşağı X10 18 fevral 2017-ci il tarixdə İraq Respublikasında anadan olmuşdur. Bundan sonra X5 ölməsi barədə onlarda məlumat yoxdur. Göstərilənlərə əsasən, X5 xx.xx.2017-ci il tarixindən xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan SSSR Qusar rayonu K. Kənd Soveti tərəfindən verilmiş X-ЖГ seriyalı, 265541 nömrəli, 15 mart 1984-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 28 fevral 1984-cü il tarixdə Qusar rayonunda anadan olmuşdur. Ata qrafasında X1, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı, 135601 nömrəli, 18 mart 2020-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X23 27 iyun 2007ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X13, ana qrafasında X11 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İV seriyalı, 413963 nömrəli, 19 mart 2020-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X24 25 avqust 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X13, ana qrafasında X11 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İV seriyalı, 437229 nömrəli, 14 oktyabr 2020-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X10 18 fevral 2017-ci il tarixdə İraq Respublikasında anadan olmuşdur. Ata qrafasında X13, ana qrafasında X11 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 79 saylı, 16 mart 2020-ci il tarixli sərəncamına əsasən Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına Bakı şəhəri, Yasamal rayonu, M.X.yabanı küçəsi 14 A nömrəli evin 45-ci mənzilində qeydiyyatda olan X6 müraciət edərək nəvələri 27.06 2007-ci il təvəllüdlü X23na. xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X7 qəyyum təyin edilməsinə icazə verilməsini xahiş etmişdir. Təqdim olunan sənədlər toplusundan göründüyü kimi ərizəçinin qızı X2 X13 ilə birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X23, xx.xx.2010-cu il təvəllüdlü X24 və 18.02 2017-ci il təvəllüdlü X10 anadan olmuşlar. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daxil olmuş 11 mart 2020-ci il tarixli 2-290/20 nömrəli məktuba əsasən 2020-ci ilin fevral-maıl aylarında İraq Respublikasından Azərbaycan Respublikasına azyaşlıların repatriasiyası prosesi həyata keçirilmişdir, repatriasiya edilmiş uşaqların qəyyum ailələrə verilməsi məqsədi ilə xx.xx.2007-ci il təvəllüdlü X23na, xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X7 nənələri Ərizəçi mülkiyyətlərinə hüququ olmadan qəyyum təyin edilmişdir. İş materiallarında olan AZE seriyalı, 01933321 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı Natiq Abdullayevin 17 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Ərizəçi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx/xx- 2606/15 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İş materiallarında olan Bakı Şəhəri Maraqlı şəxs 05/Q-2107/69 saylı, 23 avqust 2022-ci il tarixli arayışına əsasən 28 fevral 1984-cü ildə Qusar rayonunda anadan olmuş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 091-84309-1222 saylı, 07 dekabr 2022-ci il tarixli məktuba əsasən xx.xx.1984-cü il təvəllüdlü X13 barəsində Yasamal Rayon Polis İdarəsində axtarış işi və təqsirləndirici məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin **********2 saylı, 08 dekabr 2022-ci il tarixli məktubuna əsasən X5 adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir.Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 314.1-ci maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə görə əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.2-ci maddəsinə görə itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Beləliklə, məhkəmədə araşdırılmış sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, X13 2015-ci il tarixdə Bakı şəhərində yaşadığı evi tərk etmiş, ailəsi ilə birlikdə İraq Respublikasına getmiş, onun 18 fevral 2017-ci il tarixdə İraq Respublikasında X10 anadan olmuş, bundan sonra onun barəsində hər hansı bir məlumat və xəbər olmamış, onun uşaqlarının dediyinə görə atalarının 18 avqust 2017-ci il tarixdə vəfat etməsi güman edilir, lakin bu barədə hər hansı bir sübutlar müəyyən olunmamışdır. İtkin düşmüş şəxsin uşaqları 27 iyun 2007-ci il təvəllüdlü X23, 25 avqust 2010-cu il təvəllüdlü X24 və 18 fevral 2017-ci il təvəllüdlü X10 Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Respublikasının İraq Respublikasında yerləşən səfirliyi vasitəsi ilə Azərbaycan Respublikasına gətirilərək nənələri Ərizəçi təhvil verilmişlər. Ərizəçi maddi imkanı yaxşı olmadığı üçün onun oğlu X5 itkin düşmüş hesab edilməsi barədə sənəd ərizəçiyə qəyyum olaraq valideyni itirmiş şəxs kimi verilən sosial müavinatın (maddi təzminatın) alınması üçün lazımdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X13 barəsində 18 avqust 2017-ci il tarixdən (son uşağının doğulduğu tarix) heç bir məlumat olmadığından, eləcə də onun axtarışı ilə bağlı görülmüş işlər nəticə verməyərək onun özünün tapılması və ya olduğu yerin müəyyənləşdirilməsi mümkün olmadığından, X5 xəbərsiz itkin düşmüş hesab edilməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 40.2-ci maddəsinə əsasən 01 yanvar 2018-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 312-316, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 28 fevral 1984-cü il tarixdə Qusar rayonunda anadan olmuş X13 01 yanvar 2018-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar