Məhkəmə qərarları › İş №2(004)-2935/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2935/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2935/2020 10.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştiraklarıı ilə, İddaçı İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 116,73 manat faktura borcunun silinməsi, vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 050 2185044, 050 ******* və 051 ******* mobil nömrələr xeyli vaxtdır onun istifadəsindədir. Üçü də aktivdir və faktura ödənişlidir. Birinci iki nömrə bir telefon aparatındadır. xx.xx.2020-ci il tarixdə, saat 13.56-da ********** nömrəsinə 116.73 manat faktura borcunun olması və xx.xx.2020-ci il tarixədək ödənilməli olması barədə şirkətdən elektron bildiriş mesajı gəlmişdir. Məbləğin çoxluğu onda şübhə doğurmuşdur. Ona görə ki, son 5-6 ildə onun bir mobil nömrədən aylıq danışıq haqqı heç vaxt 45-50 manatdan artıq olmayıb. İkincisi xx.xx.2020-ci il tarixdə, saat 09:18-də həmin nömrənin faktura borcunun 11,87 manat olması və xx.xx.2020-ci il tarixinədək ödənilməsi barədə elektron mesaj daxil olmuşdur. Bu qısa 21 gün müddətində o, bu qədər heç kimlə danışmamışdır. Danışıqları da əsasən vatsap vasitəsi ilə olub ki, həmin nömrədə ponun aylıq 5 manat məbləğində 1 gb internet paketi olub. Eyni zamanda onun həmin telefon aparatındakı ikinci ********** mobil nömrəsi də aktiv olub və ona da həmin müddət üçün 44.47 manat danışıq borcu qeydə alınıb, hansı ki, etiraz etmir. Digər telefon aparatında olan 051 *** ** ** nömrədə 30 manatlıq 50 gb limitsitsiz internet paketi olub ki, 050 *** ** ** nömrəsi ilə əlaqələndirib bu nömrədən danışıqlarını vatsapla həyata keçirmişdir. Həmin internet paketindən istifadə etdiyi müddətlərdə ********** nömrəsindəki interneti özü bağlamışdır ki, avtomatik qoşulması olmasın və bir daha açmamışdır. Bunu Azercellin Bakı şəhərində Stastika Komitəsi binasının yanındakı müştəri xidmətləri nöqtəsindəki 46 saylı kabinədə xx.xx.2020-ci il tarixdə, saat 11.15 radələridə oturub onu qəbul edib nömrənin yaddaşını araşdıran operator da görmüşdür ki, həmin nömrənin mobil interneti bağlı vəziyyətdədir. xx.xx.2020-ci il tarixdə, saat 7:05-də axşam üstü 050 ******* nömrəsinə limiti keçməyi barədə mesaj gəlmişdir. Bundan sonra o, həmin nömrənin danışıq borcu üçün 30 manat pul ödəsə də Azərcell tərəfindən rabitə aktiv edilməmiş, həmin nömrədəki 1 gb internet paketinin fəaliyyəti də deaktiv edilmiş və xx.xx.2020-ci il tarixdə 116.73 manat məbləğində borcunun olması barədə məlum mesaj gəldiyindən xx.xx.2020-ci il tarixdə müştəri xidmətlərinə müraciət etmişdir.Yuxarıda qeyd etdiyim tarixdə kabinədə oturan operator qız ona bildirmişdir ki guya o, 050 ******* nömrəsindəki mobil interneti açıq saxlamış, istifadə etdiyi telefon aparatı da "ağıllı" aparat hesab edildiyindən avtomatik özü internetə qoşulub və borc yaranıb. 2018-ci ilin mart ayında da oxşar hadisə də olduğundan və onun 050 *** ** ** nömrəsinə 32.59 manat artıq pul borcu yükləndiyindən o ərizə ilə cavabdehin göstərdiyi ünvandakı müştəri xidmətləri şöbəsinə müraciət etmişdir. O, vergi ödəyicisi fiziki şəxs olduğundan həmin vaxtı ********** nömrəsini yalnız asan imza, elektron qaimə məqsədləri üşün qeydiyyatdan keşirmiş və aylıq məbləği 3.5-5.00 manatdan artıq olmurdu. Azercell isə 32.59 manat borc hesablamışdı. Onda ona bu "ağıllı" telefon məsələsi bəhanə edildi. Məbləğ az olduğu üçün, həm də vaxtını və əsəblərini qoruyaraq məhkəməyə müraciət etməmişdir O vaxtdan da o, bu məsələni daim nəzarətdə saxlayıb evdə və iş yerində olarkən mobil interneti bağlayır ki, artıq pul yüklənməsi bəhanəsi olmasın. Digər tərəfdən də limiti keçməyi barədə yuxarıda göstərdiyi tarixdə xəbərdarlıq mesajını alandan sonra Azercelltərəfindən .də 050 ******* nömrəsindəki mobil internet bağlanmışdı. Belə olan halda Azercellin özünün müdaxiləsi olmasaydı bağlı nömrə özü avtomatik necə işə düşüb borc yaza bilərdi !? Ona görə də o, cavabdehə 2 dəfə göstərdiyi ünvandakı müştəri xidmətləri şöbəsinə, sonra isə elektron qaydada müraciət edərək xahiş etmişdir ki, 050 ******* nömrəsinə 116,73 manat artıq pul yüklənməsi faktı ilə bağlı obyektiv araşdırılmaqla ona məlumat verilsin. Lakin bütün müraciətlərinə “nömrənizdə internet paketi bitdikdən sonra xüsusi keçid səhifəsi açılaraq internetə qoşulma gedib.o səbəbdən də 1 MB 0.05 AZN taarifi ilə hesablanıb böyük məbləğdə borc yaranıb. “Başqa bir çətinlik mövcud deyil” cavabı verilmiş, bu borcun necə və hansı qaydada yaranması ilə bağlı hər hansı əsaslandırılmış cavab verilməmişdir. Ona bildirilmişdir ki, borcu ödədikdən sonra bu barədə məlumat əldə edə bilərsiniz. Belə ki, öz nömrəsi ilə bağlı səhv məlumat əldə edə bilmir, onun informasiya əldə etmək, məlumat əldə etmək azadlığı kimi konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Ona hesablanmış borc məbləği tamamilə əsassız hesablanmışdır. Bu şəbədən də onu hər dəfə get-gələ salırlar, onun timsalında bir çox vətəndaşları bu şəkildə aldadıb incidirlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənə həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Belə ki, bu orqanın mədəni formada, üzünə baxa-baxa cibgirlik etmələri dözülməz olub artıq. O, yaşlı adamdır və bundan sui-istifadə edib aldatmaları ona mənəvi sarsıntılar, iztitablar verib, onun stress keçirməyinə səbəb olub. Bütün bunlara görə öz pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçnın tələbinin əsasını təşkil edən hallar barədə dəlilləri əsassızdır. L ********* nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında "Cavabdeh" MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir ki, bu halda borcun silinməsi tələbi də əsassızdır. "Azercell" ilə abunəçi arasında xx.xx.2007-ci il tarixdə abunə müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə ********* nömrəsi abunəçinin istifadəsinə verilmişdir. ********* nömrəsində mövcud olan "Bizimkilər" tarif paketinə əsasən 3 AZN məbləğində aylıq abunə haqqı müqabilində xidmətlərdən istifadə imkanı təqdim edilir. "Bizimkilər" tarif paketi çərçivəsində internetdən 1 MB istifadə üçün 40 qəpik xidmət haqqı ("Azercell"-in rəsmi internet saytından müvafiq tarifə dair məlumatların çap versiyası əlavə edilir) tətbiq edilir. "Azercell" tərəfindən təqdim edilən xidmətlər çərçivəsində abunəçilər Mobil İnternet xidmətindən istifadə edərkən tariflərə uyğun olaraq (rominq xidməti çərçivəsində internetdən istifadə tariflərə uyğun olaraq), ölkə daxilində isə X5 (MİP) aktiv olduqda həmin paketə uyğun olaraq, heç bir X5 aktiv olmadığı halda hər 1 MB üçün 0,40 manat) xidmət haqqı hesablanır. ********* nömrəsinin xx.xx.2020-ci il tarixli fakturalasma aid izahlı fakturada əks olunan bütün zənglər və mobü internet xidmətindən istifadə məhz həmin nömrədən həyata keçirilmişdir. Araşdırmalar zamanı, telekommunikasiya xidmətləri, o cümlədən Mobil İnternet xidmətləri ilə Bağlı "Cavabdeh" MMC-nin mobil rabitə şəbəkəsində hər hansı çətinlik aşkar edilməmişdir. ********* nömrəsində xx.xx.2020-ci il tarixi saat 15:21:22-dən xx.xx.2020-ci il tarixi saat 20:46:37-dək mütəmadi olaraq Mobil İnternet xidmətindən istifadə edilmiş (ümumilikdə 2491 MB) və tarifə (1 Mb=0.05 qəpik) müvafiq olaraq da haqq (124.55 manat) hesablanaraq xx.xx.2020-ci il tarixli fakturada öz əksini tapmışdır. "Azercell" tərəfindən təqdim edilən xidmətlər çərçivəsində abunəçilər Mobil İnternet xidmətindən istifadə edərkən tariflərə uyğun olaraq (MİP aktiv olduqda həmin paketə uyğun olaraq, heç bir MİP aktiv olmadığı halda hər 1 MB üçün - 0,40 manat, ƏDV daxil) xidmət haqqı hesablanır. MİPlərin isə müxtəlif növləri (Aylıq, günlük, saat paketləri, həftəsonu və s.) və həcmləri (60MB, 500MB, 1GB, 5GB, 10GB və Limitsiz) vardır. Müvafiq olaraq da, abunəçilər istənilən həcmli internet paketinə abunəlik aktiv edə və yaxud konkret müddətdə istifadə üçün İnternet paketi əldə edə və yaxud heç bir paket əldə etmədən internetdən tariflərə uyğun istifadə edə bilər. ********* nömrəsində 1Gb həcmində X5 olmuş, xx xxxxx 2020-ci il tarixində saat 5.26-da "Siz artiq 1Gb internet paketindən 972 MB istifadə etmisiniz" sms xəbərdarlığı və xx xxxxx 2020-ci il tarixində saat 09.03-də həmin X5ninbaşa çatmasına dair sms xəbərdarlığı abunəçiyə göndərilmiş və çatdırılmışdır (smsiıı mətni iddiaçmm məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavə edilmişdir). SMS-in mətnindən göründüyü kimi, abunəçi aylıq MİP trafikini bitirdikdən sonra, ona təklif edilir ki, intemet.azercel.com xüsusi keçid səhifəsinə (LandingPage-ə) keçid alsın və özünə uyğun internet paketini seçsin. Xüsusi keçid səhifəsində abunəçiyə seçim imkanı verilir, paketi yenilə, daha yüksək paketi al və ya paketsiz 1 Mb - 5 qəpik seç. Abunəçi həmin xüsusi keçid səhifəsində 1 Mb - 0.05 AZN tarifini aktivləşdirmişdir. Bu barədə X4 Bölümü ilə yazışmasmda da məlumat verilir. Abunəçinin iddia ərizəsinə əlavə etdiyi maillərdə ona izah edilir ki, nömrənizdə internet paketi bitdikdən sonra, xüsusi keçid səhifəsi açılaraq, internetə qoşulma getmiş, o səbəbdən 1MB 0.05 AZN tarifi ilə hesablanmışdır. Göstərilənləri nəzərə ********* nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, internet xidmətlərində və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında "Cavabdeh" MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. Abunəçilər nömrələrinin balanslarına kifayət qədər şəffaf formada, müxtəlif xidmətlər vasitəsi ilə nəzarət etmək imkanına malikdirlər. Abunəçilərin nömrənin cari vəziyyəti (o cümlədən mövcud kredit limitinin həcmi) barədə məlumatı 650 (həmçinin online müştəri xidmətləri; Mobil İnternet Xidməti çərçivəsində isə balans barədə məlumat 2525 qısa nömrəsinə BALANS sözünü yazıb göndərməklə - xidmət haqqı 0,01 manat) xidməti vasitəsi ilə əldə etməsi mümkündür. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən fakturalı xətt sistemində Abunəçi və "AZERCELL" arasında hesablaşmalar "AZERCELL" tərəfindən hər faktura dövrünün sonunda verilən hesab-faktura əsasında həyata keçirilir. Beləliklə də, abunəçi istifadə etdiyi tarif paketinin şərtlərini əlverişsiz hesab edirsə, müvafiq paketə abunəlikdən imtina edə, digər həcmli və ya şərtləri olan paket əldə edə və ya fakturalı/fakturasız (SimSim) xətt sisteminə keçid edə və oradakı digər tarif paketlərindən istifadə edə bilər. Abunəçilər "Cavabdeh" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu 34.2.4-cü maddəsinə əsasən operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlı-vaxtında ödəmək abunəçilərin vəzifələrinə daxildir. Hesab-faktura hər faktura dövrünün sonunda kəsilərək, Abunəçinin istəyi ilə təqdim oluna göndərilə bilər. Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu 34.2.4-cü maddəsinə əsasən operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlı-vaxtında ödəmək abunəçilərin vəzifələrinə daxildir. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 8.1.-ci maddəsinə əsasən "Fakturalı Xətt sistemində: Hesab-fakturada əks olunan borc məbləği və ya kredit limitin aşma halı olarsa, həmin borc istifadə qaydalarında göstərilən müddətdə (o cümlədən son ödəmə tarixinədək) ödənilməzsə, "AZERCELL" Abunəçinin istifadəsində olan nömrənin rabitə xəttini birtərəfli bağlaya bilər. Nömrədən istifadəyə qoyulan məhdudiyyət, borc və gecikmə faizi və ya müvafiq kredit limit üzrə tələb olunan avans məbləği "AZERCELL"-ə ödənildikdən sonra nömrənin rabitə xətti tam olaraq (ikitərəfli) açılmaqla aradan qaldırılır". Abunəçi sərbəst şəkildə xidmətdən istifadə həddi barədə özü cavabdehin təqdim etdiyi xidmətlər vasitəsi ilə, həmçinin istifadə etdiyi ağıllı mobil telefonun (smartphone) funksiyaları vasitəsi ilə məlumat əldə edə bildiyi və balans hesabatlarını cavabdehdən müstəqil şəkildə idarə etmək imkanına malikdir. Əlavə olaraq bildiririk ki, abunəçilər sərbəst şəkildə xidmətdən istifadə həddi və tarixçəsi barədə istifadə etdikləri ağıllı mobil telefonun (smartphone) funksiyaları vasitəsi ilə məlumat əldə edə və balans hesabatlarım müstəqil şəkildə idarə edə (Nümunə üçün, SAMSUNG mobil cihazının (Android OS) menyusu vasitəsi ilə Mobil İnternet xidmətindən istifadənin sazlanması imkanlarına dair Arayış əlavə edilir) bilərlər. Mobil İnternet xidmətindən istifadəni cihazın menyusu vasitəsi ilə müvafiq sazlamaru həyata keçirməklə dayandırmaq və ya aktiv etmək mümkündür. Göründüyü kimi "Cavabdeh" MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə vermiş, rabitə xəttini açaraq ona xidmət göstərmiş, xidmət sonlandırılmış və bu xidmətin müqabilində xidmət haqqı hesablanmışdır. Xidmət haqqının ödənilməsi iddiaçının öhdəliyidir və bu öhdəlik onun tərəfindən icra edilməlidir. Mənəvi zərərin vurulmasına gəldikdə isə, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarının 8-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu halda, baş vermiş hadisədə Azercellin nəinki heç bir təqsiri yoxdur, əksinə, iddiaçının borcunun yaranmasının əsas səbəbi onun tərəfindən vaxtında təhlükəsizlik tədbirlərinin görülməməsindədir. Həmin qərarda həm də qeyd edilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarmı müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydmlaşdırmağa borcludur. İddiaçı öz ərizəsində bu məqamları aydınlaşdırmamış, sarsıntı və ya iztirab keçirilməsinin heç bir sübutu təqdim edilməmişdir. Bütün bunları nəzərə alaraq o məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "Azercell" ilə abunəçi arasında bağlanmış xx.xx.2016-cı il tarixli abunə müqaviləsindən görünür ki, ********** nömrəsi abunəçinin istifadəsinə verilmişdir. İş materiallarında olan Cavabdeh nümayəndəsi tərəfindən təqdim edilmiş Arayışdan görünür ki, ********* nömrəsində 1Gb həcmində X5 olmuş və xx xxxxx 2020-ci il tarixində saat 09.03-də həmin X5nin başa çatmasına dair sms xəbərdarlığı abunəçiyə göndərilmiş və çatdırılmışdır. SMS-in mətnindən göründüyü kimi, abunəçi aylıq MİP trafikini bitirdikdən sonra, ona təklif edilir ki, internet.azercell.com səhifəsinə (LandingPage-ə) keçid alsın və özünə uyğun internet paketini seçsin. Xüsusi keçid səhifəsində abunəçiyə seçim imkanı verilir, paketi yenilə, daha yüksək paketi al və paketsiz 1 Mb - 5 qəpik seç. 07 aprel saat 15:21-də Abunəçi internet.azercell.com səhifəsinə keçid edərək 1Mb=5 qəpik seçimini etmiş həmin xüsusi keçid səhifəsində 1 Mb - 0.05 AZN tarifini aktivləşdirmişdir. Saat 15:21-də abunəçiyə aşağıdakı məzmunlu sms göndərilmişdir: "internet istifadəsini davam etmək üçün 1MB=0.05AZN tarifi aktivləşdi". xx xxxxx 2020-ci il saat 14:13-də Abunəçiyə 1 Mb - 0.05 AZN tarifinin ləğv olunmasına dair sms göndərilmiş və çatdırılmışdır: "1MB=0.05AZN tarifi nömrenizde ləğv olundu". xx xxxxx 2020-ci il saat 14:14-də Abunəçiyə 1Gb X5nin yenilənməsinə dair sms göndərilmiş və çatdırılmışdır: "Hörmetli Abuneci, 1GB internet paketine abunəliyiniz avtomatik olaraq yeniləndir.” Beləliklə ********* nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, internet xidmətlərində və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında "Cavabdeh" MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. Tərəflərin izahatlarından və tədim edilən sübutlardan da göründüyü kimi, cavabdeh tərəfindən xidmətlərin göstərilməsi zamanı hər hansı səhvə yol verilməmiş, iddiaçı xidmətləri könüllü şəkildə öz iradəsinə uyğun olaraq seçərək onlardan istifadə etmişdir. Kredit limiti tətbiq edərək nömrədən istifadə imkanını məhdudlaşdırmaqla cavabdeh iddiaçını daha böyük məbləğdə xidmət haqqından qorumuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbləri əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasənmülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aiddir. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin , dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Eyni Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.2.4.-cü maddəsinə əsasən abunəçilər operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlı-vaxtında ödəmək kimi vəzifələri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəməyə təqdim edilmiş yazılı sübutlardan müəyyən edilir ki, tərəflər abunə müqaviləsi bağlamışlar. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, Tərəflər razılaşırlar ki, “Azercell” Abunəçiyə bu Müqavilənin müddəaların uyğun olaraq, nömrəni istifadəyə verir, rabitə xəttini açır və xidmət göstərir. Abunəçi də öz növbəsində istifadəsində olan (adına rəsmiləşdirilən) nömrədən “Azercell”in göstərdiyi xidmətlərin müqabilində bu Müqaviləyə uyğun olaraq, xidmət haqqı və digər ödənişləri həyata keçirir. Həmin Müqavilənin 4.1-ci maddəsinə əsasən Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Həmin Müqavilənin 5.1.-ci maddəsinə əsasən Abunəçinin istifadəsində olan nömrədə hesablanmış xidmət haqları öz əksini hesab-fakturada tapır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının tələbinin yaranmış borcun silinməsi hissəsi təmin edilmədiyindən müvafiq olaraq tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində də təmin olunmamalıdır. AzərbaycanRespublikasıMPM-in 14.2-cimaddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki ProsessualMəcəlləsinin77.1-cimaddəsinəəsasənhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar