Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2936/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 18.04.2018-ci il tarixli, 100.LN.1604.180418.00001 saylı kredit müqaviləsi üzrə 10400 ABŞ dolları əsas borc, 2744 ABŞ dolları faiz borcu, 1948 ABŞ dolları cərimə olmaqla, cəmi 15092 ABŞ dolları məbləğində borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.04.2018-ci il tarixli, 100.LN. 1604.180418.00001 saylı kredit müqaviləsinə əsasən, cavabdehə istehlak mallarının alınması üçün 36 ay müddətinə, illik 18% ödənilmək şərtilə 10400 ABŞ dolları məbləğində kredit ayrılmışdır. 14.11.2018-ci il tarixli 1 saylı əlavə razılaşmaya əsasən kreditorla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə ödənişlər 2 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş 19.11.2018-ci il, sonuncu ödəniş isə 19.04.2021-ci il tarixdən gec olmayaraq həyata keçirilir. Kredit müqaviləsinin 5.1 -ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin 18.04.2018-ci il tarixli, 100.LN.1604.180418.00001 saylı kredit müqaviləsi üzrə 13.10.2020ci il tarixinə banka ödənilməmiş 10400 ABŞ dolları əsas borc, 2744 ABŞ dolları faiz borcu, 1948 ABŞ dolları cərimə olmaqla, cəmi 15092 ABŞ dolları borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2, 472, 739-cu maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, borc verən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 18.04.2018-ci il tarixli, 100.LN. 1604.180418.00001 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana istehlak mallarının alınması üçün 36 ay müddətinə, illik 18% ödənilmək şərtilə 10400 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda iş materiallarına əlavə edilmiş 23.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müvafiq kredit müqaviləsi üzrə 13.10.2020-ci il tarixinə banka ödənilməmiş 10400 ABŞ dolları əsas borc, 2744 ABŞ dolları faiz borcu, 1948 ABŞ dolları cərimə olmaqla, cəmi 15092 ABŞ dolları məbləğində borcu qalmışdır. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 18.04.2018-ci il tarixli, 100.LN. 1604.180418.00001 saylı kredit müqaviləsinə əsasən 10400 ABŞ dolları əsas borc, 2744 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 13344 ABŞ dolları məbləğində əldən çıxmış fayda və 30,40 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. İddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. 18.04.2018-ci il tarixli, 100.LN. 1604.180418.00001 saylı kredit müqaviləsi üzrə 10400 ABŞ dolları əsas borc, 2744 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 13344 (on üç min üç yüz qırx dörd) ABŞ dolları məbləğində borc (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun) və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi cərimənin qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2936/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2936/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver