Məhkəmə qərarları › İş №2(004)-2950/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2950/2024

14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2950/2024 14.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “zərərin əvəzinin ödənilməsi miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı şəhəri Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq sağlamlığımın pozulması nəticəsində vurulmuş zərərin əvəzi kimi Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən ödənilən aylıq 246 manat ödənc, yaşayış minimumu artımına mütənasib olaraq artırılaraq aylıq 270 manat müəyyən edilsin və xx.xx.2024-cü il tarixindən etibarən cavabdehdən tutulmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 04 noyabr 2004-cü il tarixində Yasamal rayon Məhkəməsi (hakim İ.İşmayılov, iş N«2328/2014) iddiaçı kimi Bakı şəhəri Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı zərərin əvəzinin ödənilməsinə dair iddia tələbinə baxaraq onun təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Bu qətnamədən apeliyasiya şikayəti verilmiş, 16 fevral 2005-ci il tarixində Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi şikayətə baxaraq onu təmin etmiş, iş üzrə Yasamal rayon Məhkəməsinin 04 noyabr 2004-cü il tarixli qətnaməsi ləğv olunmuş, iddiaçı Fərəcova (Rüstəmova) Səringül Baba qızma xx.xx.2004-cü il tarixindən başlayaraq əlillik nəticəsində itirilmiş orta aylıq əmək haqqı olan 162,095 manatın Yasamal rayon MKTB-i tərəfindən ödənilməsi barədə qətnamə qəbul etmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, ondan kassasiya şikayəti verilməmişdir. İddiaçı Ağdam rayonundan məcburi köçkündür. xx.xx.2000-ci ildən 04 noyabr 2003-cü il tarixinə qədər (yəni avtomaşınla vurulana qədər) Yasamal rayon MKTB-də süpürgəçi işləmişdir. 04 noyabr 2003-cü ildə saat 12-30 radələrində İnşaatçılar prospektində öz əmək funksiyanı yerinə yetirən zaman yəni, yolu süpürən zaman VAZ-2106 markalı avtomaşınla vurulmuş, ömürlük əmək qabiliyyətini tam itirərərək İİ qrup əlil olmuşdur. İş üzrə avtomaışının sürücüsü K.Mehdixanov Yasamal rayon Məhkəməsinin 02 fevral 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə məhkum olunmuşdur. Apellyasiya Məhkəməsinin bu qətnaməsinə uyğun olaraq 162.095 manat həmin dövrdə zərərin əvəzi kimi köhnə Azərbaycan manatı ilə ilə olan məbləğ olmuş, yeni Azərbaycan manatı ilə isə 32 manat 41 qəpik zərərin əvəzi olan vəsaiti almağa başlamışdır. Bundan sonra, yəni 2011-ci ildə yaşayış minimumun dəyişməsi ilə əlaqədar olaraq Yasamal rayon Məhkəməsinə müraciət etmiş, Yasamal rayon Məhkəməsinin 2(004)-3398/11 saylı (hakim A.Ə.Rzayev) qətnaməsinə əsasən 01 sentyabr 2010-cu ildən başlayaraq aylıq 85 manat zərərin əvəzi müəyyən edilmişdir. Bunda sonra yenidən 2013-cü ildə yaşayış minimumunun dəyişməsi ilə əlaqədar olaraq Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Yasamal rayon Məhkəməsinin 2(004)- 5483/13 saylı qətnaməsi ilə (hakim Ş. Məhərrəmova) aylıq zərərin miqdarı 116 manat müəyyən edilmişdir. Bundan sonra yaşayış minimunun dəyişməsi ilə bağlı yenidən Yasamal rayon Məhkəməsinə müraciət edilmiş, Yasamal rayon Məhkəməsinin 2(004)- 5594/2017 saylı 04 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən, bu 116 manat müəyyən edilmiş ödənc 155 manat müəyyən edilmiş və həmin ödəncin xx.xx.2017-ci il tarixindən cavabdeh Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ödənilməsi qət edilmişir. Bundan sonra yaşayış minimunun dəyişməsi ilə bağlı yenidən Yasamal rayon Məhkəməsinə müraciət edilmiş, Yasamal rayon Məhkəməsinin 2(004)-3526/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aylıq ödənc 173 manat, Yasamal rayon Məhkəməsinin (hakim F.Əyyubov) 2(004)-1882/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 180 manat, Yasamal rayon Məhkəməsinin (hakim G.Babazadə) 2(004)-4534/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 210 manat və Yasamal rayon Məhkəməsinin (hakim V.Hacıyev) 2(004)-2000/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 246 manat aylıq ödənc müəyyən edilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim V.Hacıyev) 2(004)-2000/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1882/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay 210 manat ödəncin miqdarı minimum əmək haqqının artımına mütənasib artırılaraq aylıq 246 manat müəyyən edilməsi, həmin ödənc xx.xx.2023-cü il tarixdən cavabdeh Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən tutularaq, iddaçı İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığma vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Həmin Məcəllənin 1118.3-cü maddəsinə əsasən bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artıla bilər. Həmin Məcəllənin 1124.1-ci maddəsinə əsasən dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir. Həmin Məcəllənin 1124.2-ci maddəsinə əsasən minimum əmək haqının artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı minimum əmək haqqının artımına mütənasib surətdə artırılır. Həmin Məcəllənin 1125.1-ci maddəsİnə əsasən zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu 270 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinin təzkib edilməsi ilə bağlı zəruri sənəd, sübut və ya materialları məhkəməyə təqdim etməmişdir. Məhkəmə sağlamlığa zərərin əmək münasibətlərinin icrası ilə bağlı vurulması xüsusatını nəzərə alır. Məhkəmə hesab edir ki, ödəncin artırılması üçün yeni hüquqi və faktiki əsas mövcuddur. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, İddiaçı əmək funksiyalarını həyata keçirərkən xəsarət aldığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2000/2023 saylı xx.xx.2023-cü il tarixli ilə məhkəmə tərəfindən ona aylıq 246 manat ödəncin cavabdeh təşkilatdan tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat məbləğində müəyyən edildiyindən hazırda yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun tələbləri baxımından iddiaçı ona təyin olunmuş ödəncin artırılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 246 manat ödəncin yaşayış minimumun artımına mütənasib olaraq artırılaraq aylıq 270 manat müəyyən edilməli və xx.xx.2024-cü il tarixdən cavabdeh Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “zərərin əvəzinin ödənilməsi miqdarının artırılması” tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2000/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aylıq 246 (iki yüz qırx altı) manat ödənc minimum əmək haqqının artımına mütənasib olaraq artırılaraq aylıq 270 (iki yüz yetmiş) manat müəyyən edilsin. Həmin ödənc xx.xx.2019-cu il tarixdən cavabdeh Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən tutularaq iddaçı İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar