Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2958/2023 22.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi kimi 520 manat, əmək fəaliyyətinin davam etdirilməməsi səbəbindən məhrum olunumuş 450 manat vəsaitin, habelə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 1000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində Cavabdeh idarə etdiyi Kia Ceed markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 469.3-cü maddələrinin tələblərini pozaraq onun mülkiyyətində olan Mercedes Benz E270 CDİ markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza etmişdir. Qəza nəticəsində onun avtomobilinə 600-700 manat civarında zərər dəymişdir. Bununla bağlı cavabehin adına İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və qərar tərtib edilmişdir. Avtomobilə dəymiş zərərlə bağlı ona 1 saylı Xaçmaz Texniki Xidmət Stansiyası tərəfindən ziyan aktı verilmiş və aktda zərərin dəyəri 520 manat kimi qiymətləndirilmişdir. Əlavə olaraq çatdırır ki, o taksi fəaliyyəti ilə məşğuldur. Xaçmaz rayonundan Bakı şəhərinə sərnişinlərin daşınması prosedurunu həyata keçirir. Bununla bağlı fərqlənmə nişanı və digər zəruri sənədləri var. Cavabdehin törətdiyi qəza nəticəsində o iş fəaliyyətindən də məhrum edilir. Hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş zərərin əvəzi olaraq 520 manat məbləğində zərərin, 30 manat ödənilmiş dövlət rüsumunun və 450 manat məbləğində dəymiş əlavə zərərlərin (iş fəaliyyətindən məhrum edilməyi, öz maşınından deyil, taksi xidmətindən istifadə edərək Bakı şəhərinə gəlməyi və sair) əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, yol nəqliyyat hadisəsi zamanı avtomobilə ziyan dəymiş və cavabdeh tərəfindən ödənilməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbinin 240 manat hissəsini etiraf edir, həmçinin iddiaçıya olan borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz E270 CDİ markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydə alınmışdır. Avtomotoservis və Ticarət müəssisəsi Xaçmaz 1 saylı texniki xidmət stansiyasının 15 may 2023-cü il tarixli ziyan aktından görünür ki, İddiaçı məxsus Mercedes Benz E270 CDİ markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 520 manat təşkil edir. Bakı şəhər DYPİ-nin TP ******* nömrəli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində Cavabdeh AR-nın İXM-nin 327.1- və 469.3-cü maddələri ilə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2958/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli 9/6198 nömrəli ekspert rəyi 03 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli 9/6198 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan Avtomotoservis və Ticarət müəssisəsi Xaçmaz 1 saylı texniki xidmət stansiyasının 15 may 2023-cü il tarixli ziyan aktında qeyd edilən hissələr nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Mercedes Benz E270 CDİ markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 520 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 14 may 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Mercedes Benz E270 CDİ” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi “Kia Ceed” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı toqquşmuşdur. Hazırda İddiaçı ona məxsus “Mercedes Benz E270 CDİ” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ödənilməsini tələb edir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ona məxsus “Mercedes Benz E270 CDİ” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər Məhkəmə Ekpsertiza Mərkəzi tərəfindən 520 manat müəyyən edilmişdir, Odur ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Həmçinin iddia tələbinin əmək fəaliyyətinin davam etdirilməməsi səbəbindən məhrum olunumuş 450 manat vəsaitin ödənilməsini tələb etsə də, iddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Odur ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Bunlardan başqa dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitini tələb etsə də, iddia tələbi qismən təmin olunduğundan dövlət rüsumunun əvəzi olaraq 15 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumunun ödənilməsi hissəsində hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 60 manat məbləğində pul Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub qismən təmin edilməli, Cavabdeh 520 manat maddi ziyanın əvəzinin, dövlət rüsumu üçün ödənilmiş 15 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 520 (beş yüz iyirmi) manat maddi ziyanın əvəzinin və dövlət rüsumu üçün ödənilmiş 15 (on beş) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2958/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2958/2023
22.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver