Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2967/2025 18.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “Cavabdeh QSC ilə bağlanmış xx.xx.2012-ci il tarixli və xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə bank tərəfindən hesablanmış 9821.70 ABŞ dolları əlavə borcun silinməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “Cavabdeh QSC ilə bağlanmış xx.xx.2012-ci il tarixli və xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə bank tərəfindən hesablanmış 9821.70 ABŞ dolları əlavə borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Müəyyən olunur ki, sözügedən iddia tələbi üzrə kredit müqavilələrindən iraəli gələn müqavilə münasibətləri əsasında Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-149/2019 nömrəli qətnaməsi qəbul edilmiş, həmin qətnamə əsasında hazırki mübahisə predmeti olan kredit müqavilələri üzrə öhdəlik münasibətlərinə yekun hüquqi qiymət verilmişdir. Həmin qətnamə əsasında icra sənədinin icrası ilə bağlı icra orqanının müvafiq hərəkətlərindən (borcun hesablanması və s.) icra orqanın yerləşdiyi yerin məhkəməsinə ərizə ilə (8 indeksi) şikayət verilə bilər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)2112/2025 nömrəli qərardadı ilə iddiaçının eyni tələb üzrə eyni məzmunlu iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə əsasən geri qaytarılmışdır. Qərardaddan şikayət verilməmiş və qanuni qüvvəyə minmişdir. Həmin qərardadda ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılması qeyd edilmiş və qərardad icra edilməsi üçün səlahiyyətli orqana göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən, iddia ərizəsinin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən, ərizənin qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “Cavabdeh QSC ilə bağlanmış xx.xx.2012-ci il tarixli və xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə bank tərəfindən hesablanmış 9821.70 ABŞ dolları əlavə borcun silinməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2967/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2967/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver