Məhkəmə qərarları › İş №2(004)-2969/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2969/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2969/2023 18.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədirliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli istehlak krediti müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli istehlak krediti müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli 02/2022 nömrəli Qərardadına əsasən, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Araşdırma zamanı iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdeh İddiaçı qarşı “pul tələbi, ipoteka predmetinin açıq hərracdan satılması və cavabdehin əşyaları ilə birlikdə ipoteka predmetindən çıxarılması” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3731/2022 nömrəli qərarına əsasən iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdeh İddiaçı qarşı “pul tələbi, ipoteka predmetinin açıq hərracdan satılması və cavabdehin əşyaları ilə birlikdə ipoteka predmetindən çıxarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-114/2022 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 2-ci Dəmiryol küçəsində yerləşən 6 nömrəli binanın 2 saylı mənzilin ilkin qiyməti 168.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilməmiş saxlanılmışdır. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında yaranmış mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3731/2022 nömrəli qərarı əsasında hazırda mübahisələndirilən xx.xx.2015-ci il tarixli istehlak krediti müqaviləsinin etibarlılıq şərtlərinə hüquqi qiymət verilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi rəhbər tutulmaqla hazırki tələb üzrə icraata xitam verilməlidir. Qeyd olunanlar nəzərə alınmaqla, MPM-in 261.0.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla mülki işə üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, MPM-in 114.1.4-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. MPM-in 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli istehlak krediti müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar