Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2970/2024 22.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16692 (on altı min altı yüz doxsan iki) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-53/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı bir gün təyin edilən cəzadan çıxılmış və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzası qəti olaraq 01 (bir) il 11 ay 29 gün müəyyən edilmişdir. Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və məəhkəmə iclas zalından dərhal həbs edilmişdir. Məhkəmənin hökmünə əsasən Cavabdeh özgənin əmlakını ələ keçirtmək məqsədilə İddiaçı etibarından sui-istifadə etməklə, onu veteran olduğu üçün torpaq sahəsi və mənzil alacağına yalandan vəd verərək aldadıb, bu məqsədlə 22 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində «20 Yanvar» metro stansiyasının yaxınlığında 1000 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, C.Hacıbəyli küçəsində «Nəsimi» bazarının yaxınlığında 1000 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev prospekti, OBA 16 ünvanından eManat terminalı vasitəsilə 18278 nömrəli qəbzlə 300 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 18472 nömrəli qəbzlə 342 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 19795 nömrəli qəbzlə 500 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 20819 nömrəli qəbzlə 1000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 2090 nömrəli qəbzlə 1000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 21022 nömrəli qəbzlə 1000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 21600 nömrəli qəbzlə 1000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 21599 saylı qəbzlə 1000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 2217 nömrəli qəbzlə 500 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 24081 nömrəli qəbzlə 500 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 27444 nömrəli qəbzlə 1000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 27445 nömrəli qəbzlə 500 manat, xx.xx.2022ci il tarixdə həmin ünvandan 27636 nömrəli qəbzlə 500 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 30565 nömrəli qəbzlə 350 manat, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən eManat terminalı vasitəsilə 24061 nömrəli qəbzlə 1000 manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 24062 nömrəli qəbzlə 500 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə Zeytunluq OBA Sumqayıt ünvanda yerləşən 00690 nömrəli MilliÖn ödəmə teriminalı vasitəsilə 1000 manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 1000 manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 500 manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 1000 manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 500 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev prospekti OBA 16 ünvandan eManat teriminalı vasitəsilə 37657 nömrəli qəbzlə 1000 manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 37661 nömrəli qəbzlə 300 manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 37659 nömrəli qəbzlə 200 manat, xx.xx.2023-cü il tprixdə Sumqayıt şəhəri, 26-cı məhəllə Zeytunluq OBA Sumqayıt ünvanında yerləşən 00690 nömrəli MilliÖn ödəmə terminalı vasitəsilə 1000 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev prospekti, OBA 16 ünvanından eManat teriminalı vasitəsilə 46257 nömrəli qəbzlə 550 manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 46629 nömrəli qəbzlə 650 manat məbləğində pulu istifadəsində olan son 21697689 olan bank kartına köçürtdürüb, ümumilikdə 21692 (iyirmi bir min altı yüz doxsan iki) manat pulu alaraq ələ keçirib İddiaçı vahid niyyətlə həmin məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Cavabdeh ibtidai istintaqda olduğu kimi işin məhkəmə baxışı zamanı da ona elan olunan ittihamda özünü təqsirli bilərək, törətdiyi cinayət əməlini etiraf etmişdir. Bildirmişdir ki, İddiaçı hissə-hissə aldığı cəmi 21692 manat puldan 5000 manatını qaytarmışdır. Hazırda İddiaçı 16692 manat borcu qalmışdır. Həqiqətən də Cavabdeh ona verdiyi puldan ona 5000 manat qaytarmışdır. O, cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınsa da, başa düşməyib ibtidai istintaq zamanı və həm də məhkəmə istintaqı zamanı onun pulunu dələduzluq yolu ilə ələ keçirmiş Cavabdeh qarşı cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdir. Ona görə də pulunu almaq üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. Cavabdeh cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində ona xeyli miqdarda zərər dəymişdir. İddia ərizəsinə əlavə etdiyi məhkəmənin hökmündə bütün sübutlar ardıcıl olaraq sadalanmışdır. Təqsirləndirilən şəxs cavabdeh təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hesab edir ki, onun iddiası təmin olunmalı, cavabdeh 16692 manat məbləğində pulunu qaytarıb verməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilməklə yanaşı, eyni zamanda cavabdehin cəza çəkdiyi 14 saylı Cəzaçəkmə Müəssisəsinə bildiriş və münasibət bildirilməsi üçün iddia ərizəsi göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə isdər iddia tələbi ilə bağlı yazılı mövqe, isdərsə də, məhkəmə iclasında şəxsən iştirakının təmin edilməsi ilə bağlı vəsatət göndərilməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-53/2024-cü il nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respubliasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh cəzasının ümumirejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalından dərhal həbs edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-53/2024-cü il nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respubliasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-245/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respubliası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 53/2024-cü il nömrəli, xx.xx.2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda həmin hökmləmüəyyən edilmişdir ki, X2 özgənin əmlakını ələ keçirtmək məqsədi ilə X1 etibarından sui-istifadə etməklə, ona veteran olduğu üçün torpaq sahəsi və mənzil alacağına yalandan vəd verərək aldadıb, bu məqsədlə 22 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində, 20 Yanvar metro stansiyasının yaxınlığında 1000 (min) manat, xx.xx.2023-cü i! tarixdə Bakı şəhəri, C.Hacıbəyli küçəsində Nəsimi bazarının yaxınlığında 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev prospekti, OBA 16 ünvanından eManat terminalı vasitəsi ilə 18278 nömrəli qəbzlə 300 (üç yüz) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 18472 nömrəli qəbzlə 342 (üç yüz qırx iki) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 19795 nömrəli qəbzlə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 20819 nömrəli qəbzlə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 2090 nömrəli qəbzlə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 21022 nömrəli qəbzlə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 21600 nömrəli qəbzlə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 21599 saylı qəbzlə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 2217 nömrəli qəbzlə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 24081 nömrəli qəbzlə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 27444 nömrəli qəbzlə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 27445 nömrəli qəbzlə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 27635 nömrəli qəbzlə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 27636 nömrəli qəbzlə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə həmin ünvandan 30565 nömrəli qəbzlə 350 (üç yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən eManat terminalı vasitəsi ilə 24061 nömrəli qəbzlə 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 24062 nömrəli qəbzlə 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, Zeytunluq OBA Sumqayıt ünvanında yerləşən 00690 nömrəli MilliÖn ödəmə terminalı vasitəsi ilə 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 1000 (min) manat, xx.xx.2023-ci il tarixdə həmin ünvandan 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə, Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev prospekti, OBA 16 ünvanından eManat terminalı vasitəsi ilə 37657 nömrəli qəbzlə 1000 (min) manat, xx.xx.2023-ci il tarixdə həmin ünvandan 37661 nömrəli qəbzlə 300 (üç yüz) manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 37659 nömrəli qəbzlə 200 (iki yüz) manat, xx.xx.2023-ci il tarixdə Sumqayıt şəhəri 26-cı məhəllə Zeytunluq OBA Sumqayıt ünvanında yerləşən 00690 nömrəli MilliÖn ödəmə terminalı vasitəsi ilə 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev prospekti, OBA 16 ünvanından eManat terminalı vasitəsi ilə 46257 nömrəli qəbzlə 550 (beş yüz əlli) manat, xx.xx.2023-cü il tarixdə həmin ünvandan 46629 nömrəli qəbzlə 650 (altı yüz əlli) manat pulu istifadəsində olan son 21697689 olan bank kartına köçürtdürüb, ümumilikdə 21692 (iyirmi bir min altı yüz doxsan iki) manat pulu alaraq ələ keçirib İddiaçı vahid niyyətlə həmin məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Aldığı 21692 manat puldan 5000 manatını geri qaytarmışdır. Hazırda Mirqalib adlı şəxsə 16692 manat məbləğində pul qaytarmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh bu hərəkətlərinə əsassız varlanmanı və hüquqdan suiistifadəni tənzimləyən mülki hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticədlər iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Mülki Məcəllənin 21.1-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16692 (on altı min altı yüz doxsan iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16692 (on altı min altı yüz doxsan iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2970/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2970/2024
22.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver