Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2973/2021 23.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi Behbudov Kamran Akif oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz bağlanmış şaxta bacalarının bağlanması, kanalzasiya xəttindən mənzilə axan çirkab sızıntılarının aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz bağlanmış şaxta bacalarının bağlanması, kanalzasiya xəttindən mənzilə axan çirkab sızıntılarının aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus Bakı şəhəri Yasamal rayonu hərbi şəhərcik «Qızıl Şərq» küçəsi, 2 nömrəli evin 13 nömrəli mənzilində və Cavabdeh2 məxsus Bakı şəhəri Yasamal rayonu hərbi şəhərcik «Qızıl Şərq» küçəsi, 2 nömrəli evin 14 nömrəli mənzilində qanunsuz bağlanmış şaxta bacalarının açılması, cavabdehlərin üzərinə mənzillərinin kanalizasiya xəttindən onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu hərbi şəhərcik «Qızıl Şərq» küçəsi, 2 nömrəli evin 9 nömrəli mənzilinə axan çirkab sızıntılarının qarşısının alınması öhdəliyinin qoyulması və cavabdehlərdən vurduqları maddi zərərin əvəzi olaraq 3.000 manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu hərbi şəhərcik «Qızıl Şərq» küçəsi 2 nömrəli evin 9 nömrəli mənzili 10.03.1995-ci ildən onun mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu hərbi şəhərcik «Qızıl Şərq» küçəsi 2 nömrəli evin 13 nömrəli mənzili Cavabdeh1 və 14 nömrəli mənzili Cavabdeh2 məxsusdur. Təxminən 2 ildir ki, cavabdehlərin tikinti qaydalarını kobud şəkildə pozaraq binanın ümumi istifadəsində olan şaxtanın bacalarını öz mənzillərində qanunsuz hörüb bağlamaları və bununla onların mənzillərinin kanalizasiya xəttindən şaxtaya, oradan da iddiaçının mənzilinə axan çirkabın qarşısını almamaları və çirkab axıntısının qarşısını almağa imkan verməmələri nəticəsində nəticəsində, mətbəxin və hamam otağının tavanı tamamilə yarasız vəziyyətə düşmüş, divarların süvağı qopub tökülmüş, mətbəx mebeli və döşəmənin parketi sıradan çıxmışdır. Həmin vaxtdan bu günədək şaxtaya axan çirkab sızıntıların qarşısını almaq üçün cavabdehlərdən öz mənzillərinin kanalizasiya xəttlərini təmir etdirməyi və ya öz mənzillərindəki şaxta bacalarını açıb "xxxx" ASC-nin işçilərinə kanalizasiya xəttini təmir etməyə imkan yaratmalarını dəfələrlə tələb etsə də, tələblərinə məhəl qoyulmamışdır. Onun müraciətinə əsasən "xxxx" ASC-dən kanalizasiya xəttini təmir etmək üçün gəlmiş işçilərin tələbi üzrə cavabdehlər şaxta bacalarını açmaqdan imtina edərək, kanalizasiya xəttindən axan çirkabın qarşısını almağa imkan verməmişlər. Göstərilən hallar onun müraciəti əsasında 2 saylı MİS tərəfindən mənzilə keçirilmiş baxışın nəticəsinə dair tərtib edilmiş 22.02.2021-ci il tarixli aktla da təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi və vəkili Vəkiliddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, nümayəndəsinin və Cavabdeh2 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21-23, 385.1, 386.1, 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı iddia etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tikinti qaydalarını kobud şəkildə pozaraq binanın ümumi istifadəsində olan şaxtanın bacalarını öz mənzillərində qanunsuz hörüb bağlamaları və bununla onların mənzillərinin kanalizasiya xəttindən şaxtaya, oradan da iddiaçının mənzilinə axan çirkabın qarşısını almamaları və çirkab axıntısının qarşısını almağa imkan verməmələri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş qeydiyyat vəsiqəsinin surətindən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu hərbi şəhərcik «Qızıl Şərq» küçəsi 2 nömrəli evin 9 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş 2 saylı MİS tərəfindən tərəfindən verilmiş 11.03.2021ci il tarixli arayışlardan görünür ki, Bakı şəhəri Yasamal rayonu hərbi şəhərcik «Qızıl Şərq» küçəsi 2 nömrəli evin 13 nömrəli mənzili Cavabdeh1 və 14 nömrəli mənzili Cavabdeh2 məxsusdur. İş materiallarına əlavə olunmuş Bakı Qarnizonu MİH-nin 2 saylı MİS-in əməkdaşları tərəfindən tərtib olunmuş 22.02.2021-ci il tarixli aktdan görünür ki, Bakı Qarnizonu Mənzil- İstismar hissəsinin 2 №-li Mənzil İstismar sahəsinin işçiləri İddiaçı müraciəti əsasında onun mənzilinə keçirilmiş baxış zamanı müəyyən etmişdir ki, su sızıntısı nəticəsində mətbəxin və hamam otağının tavanı yararsız vəziyyətə düşmüş,divarların suvaqları tökülmüş,mətbəx mebeli və döşəmənin parketləri sıradan çıxmışdır. Bununla əlaqədar olaraq yuxarı qonşuların (mənzil 11 və 12) mənzillərinədə baxış keçirdik,həmin mənzillərdə də mətbəx və hamam otaqlarının tavanlarına ziyan dəymişdir. 11-ci mənzilin şaxta pəncərəsindən baxarkən su sızmasının daha yuxarı mərtəbədən axması aşkar görünür, lakin 3 cü mərtəbələrdə (mənzil 13 və 14) tikinti qaydalarına zidd olaraq şaxta pəncərələri hörüldüyü üçün su sızmasının dəqiq hansı mənzildən oimasını aşkar etmək mümkün olmadı. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin mənzillərin sahibləri şaxta pəncərələrini açmaqdan imtina edirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3041 saylı, 21.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 9 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehlərə məxsus 13 və 14 saylı mənzillərin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 9 saylı mənzilin dəhliz, sanitar qovşağı və mətbəx tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu hərbi şəhərcik «Qızıl Şərq» küçəsindəki 2 nömrəli evin 9 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 13 saylı mənzildən su axıdılığı və nəticədə 9 saylı mənzilin dəhliz, sanitar qovşağı və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Yasamal rayonu hərbi şəhərcik «Qızıl Şərq» küçəsindəki 2 nömrəli evin 9 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2872 manat məbləğində müyyən olunmuşdur. 13 saylı mənzilə baxış keçirilərkən, sözügedən mənzilin sanitar qovşağında yerləşən şaxta bacaları cavabdeh tərəfindən təmir olunaraq hörüldüyü və üzərinə metlaq vurulduğu müəyyən olunmuşdur. Ekspert tərəfindən qeyd olunur ki, 14 saylı mənzilin qapısı bağlı olduğundan həmin mənzilin sanitar-qovşağı tikilisinə baxış keçirilməsi mümkün olmamışdır. Lakin Bakı Qarnizonu MİH-nin 2 saylı MİS-in əməkdaşları tərəfindən tərtib olunmuş 22.02.2021-ci il tarixli aktda 13 və 14 npmrəli mənzillərdə şaxta bacalarının hörüldüyü qeyd olunmuşdur. Göründüyü kimi, Cavabdeh1 tərəfindən İddiaçı 2872 manat məbləğində maddi ziyan vurulduğu iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur. Mülki Məcəllənin tələblərinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan, qismən təmin edilməli, maddi ziyan olaraq, Cavabdeh1 2872 manat tutularaq, İddiaçı xeyrinə ödənilməli, cavabdehlərin üzərinə Bakı şəhəri Yasamal rayonu hərbi şəhərcik «Qızıl Şərq» küçəsi, 2 nömrəli evin Cavabdeh1 məxsus 13 nömrəli və Cavabdeh2 məxsus 14 nömrəli mənzillərində qanunsuz bağlanmış şaxta bacalarının açılması, həmin mənzillərin kanalizasiya xəttindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu hərbi şəhərcik «Qızıl Şərq» küçəsi, 2 nömrəli evin 9 nömrəli mənzilinə axan çirkab sızıntılarının qarşısının alınması öhdəliyi qoyulmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pul cavabdehdən tutularaq, Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 maddi ziyan olaraq, 2872 (iki min səkkiz yüz yetmiş iki) manat və 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada tutularaq, İddiaçı xeyrinə ödənilsin. Bakı şəhəri Yasamal rayonu hərbi şəhərcik «Qızıl Şərq» küçəsi, 2 nömrəli evin Cavabdeh1 məxsus 13 nömrəli və Cavabdeh2 məxsus 14 nömrəli mənzillərində qanunsuz bağlanmış şaxta bacalarının açılması, həmin mənzillərin kanalizasiya xəttindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu hərbi şəhərcik «Qızıl Şərq» küçəsi, 2 nömrəli evin 9 nömrəli mənzilinə axan çirkab sızıntılarının qarşısının alınması öhdəliyi cavabdehlərin üzərin qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2973/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2973/2021
23.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver