Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2979/2023 29.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ərizə ilə müraciət etmişdir. İddiaçı ilkin olaraq Cavabdeh1 qarşı iddia ərizəsinə əlavə edilmiş yazılı formada tərtib edilmiş borc müqaviləsinə əsasən cavabdeh N.T.Yaqubovadan 4550 (dörd min beş yüz əlli) manat borc pul, 200 (iki yüz) manat nümayəndə xərci və 68 (altmış səkkiz) manat dövlət rüsumunun tutulması barədə iddia qaldırmışdır. Məhkəmə hazırlıq mərhələsində araşdırmanın gedişatına uyğun olaraq iddiaçı tərəfindən sözügedən tələb Cavabdeh2 qarşı da irəli sürülmüşdür. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli yazılı formada tərtib edilmiş borc müqaviləsinə əsasən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı 4550 manat borcunun olmasını etiraf edir və həmin pulu hər ay 500 manat olmaqla 9 ay ərzində ödəməyi öhdəsinə götürür. Müqavilə Cavabdeh1, İddiaçı və Cavabdeh2 tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, Oruclu X1 Naibə Teymur qızına borcun ödənilməsi barədə xəbərdarlıq məktubu ünvanlamışdır. İş materiallarında olan 07 nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, "xxxx" MMC ilə İddiaçı arasında hüquqi xidmət göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 2.2-ci maddəsinə əsasən, İcraçı "xxxx" MMC Şifarişçi İddiaçı bütün məhkəmə instansiyalarında, bütün təhqiqat, istintaq, prokurorluq, icra orqanlarında hüquqi xidmət göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, xidmət haqqı 200 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 579909 nömrəli ödəniş qəbzinə əsasən müəyyən olunur ki, İddiaçı 200 (iki yüz) manat pulu "xxxx" MMC-nin hesabına ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 “Kia Sportage” markalı avtomobilini şifahi müqavilə əsasında etibarnamə formasında rəsmiləşdirməklə satmış və avtomobilin pulunun bir hissəsi X3 tərəfindən ödənilsə də, 4550 (dörd min beş yüz əlli) manat hissəsi ödənilməmiş qalmışdır. Lakin, bir müddət sonra həmin avtomobil Cavabdeh2 tərəfindən vicdanlı alıcı olan 3-cü şəxsə satılmışdır. Lakin, Cavabdeh2 avtomobilə dair sərəncam vermək hüququ olmadığından avtomobil üçüncü şəxsə İddiaçı tərəfindən sərəncam vermək hüququ olan etibarnamə ilə satılmaqla rəsmiləşdirilmişdir (hazırda tərəflər həmin münasibəti mübahisələndirmirlər). Lakin, ilkin alqı-satqı münasibətindən qalıq 4550 manat pulun İddiaçı ödənilməsi Cavabdeh2 tərəfindən təmin edilməmişdir. Bu səbəbdən, İddiaçı Cavabdeh2 Gəncə şəhərində qeydiyyatda olması (məhkəmə perspektivi baxımından) və rəsmi iş yerinin olmaması, digər cavabdeh, Cavabdeh2 arvadı Cavabdeh1 isə Bakı şəhəri Yasamal rayonu ərazisində qeydiyyatda olması (məhkəmə aidiyyatının Bakı şəhəri olması) və rəsmi iş yerinin olması nəzərə alınmaqla sonuncu ilə yuxarıda qeyd olunan borc müqaviləsini “rəsmiləşdirmişlər”. Tərəflər arasında hər hansı borc müqaviləsi münasibətləri olmamış, İddiaçı ilə Cavabdeh1 arasında isə ümumiyyətlə hər hansı hüquq münasibəti mövcud olmamışdır. Sözügedən müqavilə isə Cavabdeh1 əri olan digər Cavabdeh2 avtomobil alqı-satqısından ödənilməmiş qalmış hissəsinin borc müqaviləsi kimi “rəsmiləşdirmiş” müqavilədir. Göstərilən xüsusatlar mülki işin mübahisəsiz halıdır, iddiaçı və cavabdehlər tərəfindən etiraf edilmişdir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası MM-in 340.1-ci maddəsinin tələbləri əsasən, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli yazılı formada tərtib edilmiş borc müqaviləsi uydurma əqdir, etibarsız əqdir və hər hansı hüquqi nəticə yaratmır. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında sözügedən borc müqaviləsi bağlanmazdan əvvəl və ya bilavasitə müqavilə bağlanan vaxt hər hansı hüquq münasibəti (borc, alqı-satqı və s.) yaranmamış, mövcud olmamışdır. Göstərilənlər nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilməklə iddia tələbi Cavabdeh1 aid olan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissəsində aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-in 650-ci maddəsinə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Qeyd olunduğu kimi İddiaçı ilə Cavabdeh2 arasında “Kia Sportage” markalı avtomobilin alqı-satqısı baş tutmuşdur. Lakin, sözügedən altı-satqı müqavilə mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada notarial qaydada bağlanmamış, şifahi formada bağlanmaqla forma tələbi baxımından etibarlılıq şərtlərinə cavab verməmişdir. Məhz bu nöqteyi-nəzərdən əsassız varlanmanın yuxarıda qeyd olunan hər üç dispozitiv şərti yerinə yetirilir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri olsa da, həmin münasibət üzrə müqavilə forma şərtlərinə cavab verməyək etibarsızdır. Belə ki, tərəflər arasında etibarlı hüquq münasibəti yaranmamışdır. Etibarsız hüquq münasibəti nəticəsində 4550 manat pul məbləği Cavabdeh2 ödənilməmiş qalmışdır. Məhkəmə bildirir ki, iddia tələbi cavabdeh X3 tərəfindən qismən etiraf olunmuşdur. Sonuncu 4550 manat pulun 500 manat hissəsini ödədiyini bildirmiş, qalan 4050 manat hissəsinin ödənilməmiş qaldığını etiraf etmişdir. Lakin, 500 manat pulun ödənilməsini təsdiq edən sənəd, sübut və ya material cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, göstərilən xüsusat sübuta yetməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı alqı-satqı müqaviləsi etibarsız olsa da, MM-in 337.5-ci maddəsinin şərtlərinin tətbiq edilməsi məqsədə müvafiq hesab edilmir. Nəzərə almaq lazımdır ki, “Kia Sportage” markalı avtomobil məhz səlahiyyətli şəxs İddiaçı tərəfindən vicdanlı üçüncü şəxsə etibarnamə formasında rəsmiləşdirilməklə satılmışdır və həmin münasibət hazırki mübahisə predmeti deyildir, ümumiyyətlə iddiaçı və ya cavabdeh tərəfindən mübahisələndirilmir. Nəzərə almaq lazımdır ki, avtomobilin hazırda 3-cü şəxsin sahibliyində olması nəzərə alınmaqla hazırki mübahisənin tərəflərinə münasibətdə MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş əvvəlki vəziyyətin bərpa edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, iddiaçı tərəfindən ödənilmiş 68 (altmış səkkiz) manat dövlət rüsumu cavabdeh X2 aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi 200 (iki yüz) manat nümayəndə xərcinin tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. İlk öncə, müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-də işləyir və həmin müəssisə ilə faktiki əmək münasibətlərindədir. Bu xüsusat, iddiaçı tərəfindən məhkəmə iclasında şifahi şəkildə bildirilmişdir. Bundan əlavə, iddia ərizəsinin tərtibatına əsasən müəyyən edilir ki, ərizə iddiaçı tərəfindən tərtib edilərək imzalanmışdır. Həmçinin, bütün məhkəmə iclaslarında iddiaçı şəxsən özü iştirak etmişdir. Bu səbəbdən, iş materiallarına əsasən "xxxx" MMC-nin İddiaçı hər hansı hüquqi xidmət göstərməsi müəyyən edilmir. Bundan əlavə, həmin müqavilənin predmeti ümumi xarakterli olmaqla ümumi xidmətləri təklif edir, müqavilə ilə məhz hazırki mübahisə üzrə hüquqi xidmətin göstərilməsi xüsusatı müəyyən edilmir. Məhkəmə izah edir ki, mülki prosessual qanunvericiliyə əsasən, fiziki şəxsin nümayəndəsi yalnız vəkil və ya fiziki şəxsin yaxın qohumu çıxış edə bilər. "xxxx" MMC isə hüquqi şəxs olmaqla göstərilən kateqoriyaların heç birinə (vəkil və ya yaxın qohum) uyğun gəlmir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli yazılı formada tərtib edilmiş borc müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh2 4550 (dörd min beş yüz əlli) manat pul və ödənilmiş 68 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi 200 (iki yüz) manat nümayəndə xərcinin tutulması hissəsində və Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli yazılı formada tərtib edilmiş borc müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 4550 (dörd min beş yüz əlli) manat pul və ödənilmiş 68 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi 200 (iki yüz) manat nümayəndə xərcinin tutulması hissəsində və Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2979/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2979/2023
29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver