Məhkəmə qərarları › İş №2(004)-298/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-298/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-298/2021 28.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı X2 X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı X2 X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasından müştərək qaydada İddiaçı X2 Təşkilatının xeyrinə xx.xx.2015-ci il tarixli, 253/15/PB/YF saylı kredit müaviləsinə əsasən 1533,08 ABŞ dolları əsas borc, 1087,17 ABŞ dolları faiz borcu, 1323,16 ABŞ dolları dəbbə, cəmi 3943,41 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə əvvəlki “İddiaçıbank” ASC (indiki İddiaçı BOKT ASC) arasında xx xxxxxx 2015-ci il tarixli, 253/15/PB/YF saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 24 ay müddətinə, 26 faizlə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra kreditin ödənilməsində problem yarandığı üçün kreditin müddəti uzadılmış və kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli, 01 nömrəli Əlavə müqavilə imzalanmışdır. Həmin əlavə müqaviləyə əsasən kreditin faizi illik 24 faiz, müddəti isə xx.xx.2020-ci ilə kimi uzadılmış məbləğ isə 4770 ABŞ dolları olmuşdur. Kreditin təminatı kimi tərəflər arasında xx.xx.2015-ci il tarixli 253/15/PB/YF-G saylı Girov müqaviləsi imzalanmış və xx.xx.2016-cı il tarixində ona 1 saylı əlavə imzalanaraq kredit müqaviləsi üzrə müəyyən edilmiş dəyişikliklər nəzərə alınmışdır. Göstərilən Girov müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 firması ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli, 3526 saylı müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yol stansiyasının cənubunda, Lökbatan- Xocahəsən yolunun cənub-şərq hissəsində, Cavabdeh2 ticarət mərkəzində yerləşən, zona 3, sıra17, korpus 11,17 saylı, sahəsi 30 kv.m ibarət və 14 saylı sahəsi 30 kv.m olan qeyri-yaşayış sahələrinə olan hüquqlarını kreditor qarşısında girov qoymuşdur. Həmçinin cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi məqsədi ilə tərəflər arasında, “İddiaçıbank” ASC (indiki İddiaçı BOKT ASC) ilə Cavabdeh2 firması arasında xx.xx.2010-cu il tarixli Faktorinq müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT-a 1533.08 ABŞ dolları əsas borc, 1087.17 ABŞ dolları hesablanmış faiz, 1323.16 ABŞ dolları hesablanmış dəbbə, cəmi 3943.41 ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada cavabdehə bildiriş verilmişdir. Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə girov predmeti olan əmlaka olan hüququnun İddiaçı BOKT ASC-ə keçirilməsi, kredit borcunun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, o iddia tələbini qismən qəbul edərək, ondan 1092 ABŞ dollarının ondan tutularaq iddiaçıya ödəniləsinə etiraz etmədiyini bildirdi. Digər Cavabdeh2 firmasının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdeh2 firmasının nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 253/15/PB/YF saylı kredit müqaviləsinə əsasən bank 24 ay müddətinə, 26 faizlə 5000 ABŞ dolları məbləğində borc pul borc alana verməyi, borc alan isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 253/15/PB/YF saylı kredit müqaviləsinə 01 nömrəli Əlavə müqaviləsinə əsasən kreditin faizi illik 24 faiz, müddəti isə xx.xx.2020-ci ilə kimi uzadılmış məbləğ isə 4770 ABŞ dolları olmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 253/15/PB/YF-G saylı Girov müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixli, 253/15/PB/YF saylı kredit müqaviləsinin təminatı kimi tərəflər arasında imzalanmış və xx.xx.2016-cı il tarixində ona 1 saylı əlavə imzalanaraq kredit müqaviləsi üzrə müəyyən edilmiş dəyişikliklər nəzərə alınmışdır. Girov müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 firması ilə aralarında bağlanmış xx.xx.2007ci il tarixli, 3526 saylı müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yol stansiyasının cənubunda, Lökbatan- Xocahəsən yolunun cənub-şərq hissəsində, Cavabdeh2 ticarət mərkəzində yerləşən, zona 3, sıra17, korpus 11,17 saylı, sahəsi 30 kv.m ibarət və 14 saylı sahəsi 30 kv.m olan qeyri-yaşayış sahələrinə olan hüquqlarını iddiaçı qarşısında girov qoymuşdur. İş materiallarında olan “İddiaçıbank” ASC (indiki İddiaçı BOKT ASC) ilə Cavabdeh2 firması arasında bağlanmış xx.xx.2010-cu il tarixli Faktorinq müqaviləsinin 1 bəndinə əsasən “Müqavilənin predmeti”nə əsasən Müştərinin - Cavabdeh2 firmasının ayrı-ayrı fərdi sahibkarlara mal dövrüyəsinin artırılması üçün müvafiq məbləği faktorun (bank) borcluya kredit verməsi, bununla əlaqədar faktorun borclu ilə bağladığı ayrıca kredit müqaviləsinə müvafiq olaraq həmin məbləğin tələb və icrasını təmin etməkdən ibarətdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 9/4202 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 253/15/PB/YF saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinin restrukrizasiyasına dair xx.xx.2016-ci il tarixdə bağlanmış 01№-li əlavə və dəyişiklikdə qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 iddiaçı “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyətinə müqavilə müddətinin sonuna yəni, xx.xx.2020-ci il tarixinə olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: xx.xx.2020-ci il tarixə əsas borc üzrə 1512,1 ABŞ dolları, faiz borcu üzrə 318,55 ABŞ dolları, cəmi 1830,656 ABŞ dolları. İş materiallarında olan cavabdehlərə ünvanlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən, cavabdehlər kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ödəməli olduğu krediti vaxtında və lazımı qaydada ödəməməsi ilə bağlı bildiriş göndərilmiş, əks təqdirdə kreditin, kredit faizlərinin, cərimənin və məhkəmə xərclərinin tutulmasına dair iddia tələbi ilə bank tərəfindən məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 253/15/PB/YF saylı kredit müqaviləsinə əsasən bank 24 ay müddətinə, 26 faizlə 5000 ABŞ dolları məbləğində borc pul borc alana verməyi, borc alan isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 253/15/PB/YF saylı kredit müqaviləsinə 01 nömrəli Əlavə müqaviləsinə əsasən kreditin faizi illik 24 faiz, müddəti isə xx.xx.2020-ci ilə kimi uzadılmış məbləğ isə 4770 ABŞ dolları olmuşdur. Cavabdeh müvafiq müqavilə ilə üzərinə düşən öhdəliyi pozmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 9/4202 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 iddiaçı “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyətinə müqavilə müddətinin sonuna yəni, xx.xx.2020-ci il tarixinə olan borcu xx.xx.2020-ci il tarixə əsas borc üzrə 1512,10 ABŞ dolları, faiz borcu üzrə 318,55 ABŞ dolları, cəmi 1830,65 ABŞ dolları müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin təmin edilməli, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 253/15/PB/YF saylı kredit müqaviləsi üzrə 1512,10 ABŞ dolları əsas borc, 318,55 ABŞ dolları faiz borcu və 50 (əlli) ABŞ dolları cərimə, cəmi 1880,65 ABŞ dolları borc tutularaq, İddiaçı X2 X1 Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2020-ci il tarixli cərimə pulunun 1323,16 ABŞ dolları məbləğində deyil, 50 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Bundan əlavə iddia tələbi borcun Cavabdeh2 firmasından tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 655.1.-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən faktorinq müqaviləsinin mahiyyəti müştərinin öhdəliyin icrasını təmin etmək məqsədi ilə borcluya olan pul tələbinin faktora güzəşt edə bilməsi barədə razılaşmadır. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində, İddiaçı BOKT ASC faktorinq müqaviləsinə əsasən digər cavabdeh olan Cavabdeh2 firmasından (müştəri) öhdəliyin icra edilməsini tələb etməkdə haqlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 firmasından borcun tutulması hissəsində əsassız olduğu üçün həmin hissədə təmin edilməməlidir. Qeyd olunanlardan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 100 manat Cavabdeh1 aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 253/15/PB/YF saylı kredit müqaviləsi üzrə 1512,10 (bir min beş yüz on iki ABŞ dolları on sent) ABŞ dolları əsas borc, 318,55 (bir min səksən yeddi ABŞ dolları on yeddi sent) ABŞ dolları faiz borcu və 50 (əlli) ABŞ dolları cərimə, cəmi 1880,65 (bir min səkkiz yüz səksən ABŞ dolları altmış beş sent) ABŞ dolları borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı X2 X1 Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar