Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2996/2022 25.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nın əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3458 (üç min dörd yüz əlli səkkiz manat və Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğin və ödənilmiş 6 (altı) manat dövlət rüsumunun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olumuş və “X10” haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixlində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli 339-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə Oba – mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 4074 (dörd min yetmiş dörd) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 616 (altı yüz on altı) manat güzəşt edilmişdir, qalıq borc 3458 (üç min dord yüz əlli səkkiz) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış inventarizasiya yoxlaması barədə 03 fevral 2022-ci il tarixli arayışda qeyd olunur ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2020-ci il tarixində 1077.26 AZN, xx.xx.2020-ci il tarixində 2997.01 AZN və ümumi olaraq 4074.27 (dörd min yetmiş dörd manat iyirmi yeddi qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 616.39 (altı yüz on altı manat otuz doqquz qəpik) AZN hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh 03 fevral 2020-ci il tarixinə, İddiaçı MMC-ə olan ümumi borcu 3457.88 (üç min dörd yüz əlli yeddi manat səksən səkkiz qəpik) AZN təşkil edir. İş materiallarında olan İddiaçı MMC üzrə xx.xx.2018-ci il tarixli 395-K saylı əmrdən çıxarışa əsasən Cavabdeh Cəmiyyətin Satış Departmentinin Satış 2 Şöbəsinə xx.xx.2018ci il tarixindən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh Məmmədhənifə oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Nicat X1 Departamenti – Satış 2 Şöbəsində Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan “X11” MMC ilə işçi Nicat X6 arasında bağlanmış X10 haqqında müqaviləyə əsasən işçi Nicat X6 administrator vəzifəsi üzrə tam maddi məsul vəzifəyə qəbul olunur və işçiyə etibar olunur: 1. Maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: 1.1 Ona etibar edilmiş əmlakın,maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır. 1.2 İşəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. 1.3 Ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. 1.4 İnzibati hüquqpozamalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. İş materiallarında olan İddiaçı MMC üzrə xx.xx.2019-cu il tarixli 231-K saylı əmrdən Çıxarışa əsasən işçi Nicat X6 04 iyun 2019-cu il tarixdən baş satıcı vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC üzrə xx.xx.2020-ci il tarixli 043-K saylı əmrdən Çıxarışa əsasən işçi Nicat X6 07 yanvar 2020-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC üzrə xx.xx.2020-ci il tarixli 339-K saylı əmrdən çıxarışa əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Administratorunun əmək müqaviləsinə xx.xx.2020-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək vəzifələrinin kobud şəkildə pozulması) 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq (davamiyyətsiz) xitam verilmişdir. İş materiallarında olan 13 may 2020-ci il tarixli “X11” MMC tərəfindən verilmiş imtina aktına əsasən “X11” MMC-nin ünvan 1 ünvanında yerləşən “Yeni Yasamal 19” (1108) mağasında, həmin mağaza üzrə maddi məsul şəxs Nicat X2 iştirakı ilə 24 aprel 2020-ci il tarixli vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi məsul şəxs Nicat X6 inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-2997.01 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan “X11” MMC tərəfindən verilmiş imtina aktına əsasən “X11” MMC-nin ünvan 3 ünvanında yerləşən X12 19 mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Nicat X2 iştirakı ilə xx.xx.2020-ci il tarixli vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Nicat X6 inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sondaq heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-1077.24 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İnventarizasiya nəticələrinə dair yekun Akta əsasən Cavabdeh ilə bağlı xx.xx.2020-ci il tarixində 1077,24 AZN çatışmazlıq aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İnventarizasiya nəticələrinə dair yekun Akta əsasən Cavabdeh ilə bağlı xx.xx.2020-ci il tarixində 2997,01 AZN çatışmazlıq aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən:
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin a bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X10 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağladıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Nicat X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Nicat X6 İddiaçı MMC-də Satış Departamenti – Satış 2 Şöbəsində Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra Nicat X6 xx.xx.2020-ci il tarixli 043-K saylı əmrlə işçi Nicat X6 07 yanvar 2020-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan sənədlərdən də görünür ki, işçi Nicat X6 həm işə qəbul edilərkən, həm də administrator vəzifəsinə keçirilərkən onunla İddiaçı MMC arasında “X10 haqqında” müqavilə imzalanmış və işçi Nicat X6 həmin müqavilə ilə tam şəkildə tanış olduğunu və qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan işçi Nicat X6 iıə İddiaçı MMC arasında bağlanmış X10 haqqında müqaviləyə əsasən işçi Nicat X6 administrator vəzifəsi üzrə tam maddi məsul vəzifəyə qəbul olunmuşdur və həmin müqaviləyə əsasən vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış inventarizasiya yoxlaması barədə 03 fevral 2022-ci il tarixli arayışda qeyd olunur ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2020-ci il tarixində 1077.26 AZN, xx.xx.2020-ci il tarixində 2997.01 AZN və ümumi olaraq 4074.27 (dörd min yetmiş dörd manat iyirmi yeddi qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 616.39 (altı yüz on altı manat otuz doqquz qəpik) AZN hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh 03 fevral 2020-ci il tarixinə, İddiaçı MMC-ə olan ümumi borcu 3457.88 (üç min dörd yüz əlli yeddi manat səksən səkkiz qəpik) AZN təşkil edir. Lakin verilmiş bu arayışla iş materiallarında olan xx.xx.2020-ci il tarixli İnventarizasiya nəticələrinə dair yekun Aktı müqayisə etdikdə görünür ki, Cavabdeh ilə bağlı xx.xx.2020-ci il tarixində arayışda qeyd edildiyi kimi 1077.26 AZN yox 1077,24 AZN çatışmazlıq aşkar olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 3457,86 (üç min dörd yüz əlli yeddi manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti, mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 6 (altı) manat tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Habelə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 6 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın 50 manat məbləğində mübahisənin mediasiya vasitəsilə həll edilməsi məqsədilə ödənilmiş vəsaitin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3457,86 (üç min dörd yüz əlli yeddi manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti, mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 6 (altı) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Məmmədli