Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3/2024 09.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh2 və Cavabdeh1 1895 (bir min səkkiz yüz doxsan beş) manat məbləğində əsas borc, 2252 (iki min iki yüz əlli iki) manat məbləğində faiz borcu, ümumilikdə 4147 (dörd min bir yüz qırx yeddi) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulub kreditor "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 2(004)- 12457/2017 saylı məhkəmə əmri ilə (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) xx.xx.1992-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh2 və (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) xx.xx.1988-ci il ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh1 1895 (bir min səkkiz yüz doxsan beş) manat məbləğində əsas borc, 2252 (iki min iki yüz əlli iki) manat məbləğində faiz borcu, ümumilikdə 4147 (dörd min bir yüz qırx yeddi) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Bundan sonra borclu Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 2(004)-12457/2017 saylı məhkəmə əmrinə etiraz ərizəsi verərək, əmrin ləğv edilməsini və mülki işin ümumi iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4169/2023 saylı qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 2(004)-12457/2017 saylı məhkəmə əmri ləğv edilmiş və işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Daha sonra iddiaçı LPO "xxxx" ASC xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cəmi 4108,54 (dörd min bir yüz səkkiz manat, 54 qəpik) manat - bundan 1197,84 (bir min bir yüz doxsan yeddi manat, 84 qəpik) manat əsas, 945,07 (doqquz yüz qırx beş manat, 07 qəpik) manat faiz, 1559,33 (bir min beş yüz əlli doqquz manat, 33 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 406,30 (dörd yüz altı manat, 30 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 61,09 (altmış bir manat 09 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X9 izahatında bildirdi ki, bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 784PFFK saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 2400 (iki min dörd yüz) manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün xx.xx.2014-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onların bank qarşısında borcu yaranmışdır. 13 sentyabr 2023-cü il tarixli **********109 saylı maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 784PFFK saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış tələb - əsas borc üzrə 1197,84 (bir min bir yüz doxsan yeddi manat, 84 qəpik) manat, faiz borcu üzrə 945,07 (doqquz yüz qırx beş manat, 07 qəpik) manat, cərimə borcu üzrə 1559,33 (bir min beş yüz əlli doqquz manat, 33 qəpik) manat və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 406.30 (dörd yüz altı manat, 30 qəpik) manat faiz borcu təşkil edir. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən etiraf edərək bildirdi ki, atası X1 hepatet-c qara ciyər serrozu, ürək işemiyası, beyin insuliti, yüksək dərəcəli hiportenik diaqnozları ilə uzun müddətdən bəri müalicələr almış, bacısı X2 ruhiəsəb xəstəsidir. 19 saylı poliklinikada 2 saylı ruhi-əsəb disponserində qeydiyyatdadır. Atası və bacısının müalicəsi üçün "xxxx" ASC-dən 2400 manat kreditlə pul götürmüşdür. O, Atabank-dan kredit götürəndə bacısı Cavabdeh1 onun üçün zamin durmuşdur. Onun da, başqa banka ödəniş etdiyi üçün, onun banka olan borcunun onun hesabından tutulmamasını istəyir. Atabanka 1042,00 manat ödəniş etmişdir. Əvvəl işlədiyi üçün kreditini vaxtı-vaxtında ödəyirdi. Sonra işləmədiyi üçün, ailə vəziyyəti və maddi durumları çətin olduğu üçün banka olan borcunu ödəyə bilmədi. Hətta atası və bacısının müalicəsini vaxtı-vaxtında olunmadıqları üçün vəziyyətləri günü-gündən ağırlaşırdı. Heç bir yerdən kömək və dəstək edən yox idi. Uzun sürən xəstəlikdən sonra atası rəhmətə getdi. 2019-cu ildə X6 cari hesabına 696,75 köçürülüb. Bank onun hesabına Kompensasiya-nı köçürdübköçürtmədiyindən dəqiq məlumatı yoxdur. Məhkəmə hazırığından öncə dəftərxanaya, ərizə, banka ödəniş sənədi, X3 cari hesab sənədini təqdim etmişdir. Hazırlıq günü isə atasının ölüm şəhadətnaməsi və bacısının xəstəlik sənədlərini təqdim etmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən ona hesablanan bank faizinin və cərimə borcun silinməsi, əsas borcu isə hissə-hissə ödənilməsi üçün aşağı faiz ilə ödəməyinə kömək edilməsi, bank təşkilatından ona verilmiş kreditin əsas hissəsinin ödənilməsinə vaxt verilməsi, faizin silinməsi və cərimə tətbiq edilmədən ödənişə imkan yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını, dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, xx.xx.2014-cü il tarixli, 784PFFK saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 24 faiz dərəcəsi olmaqla 2400 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün xx.xx.2014-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə bank qarşısında məsuliyyət daşıyaraq borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iddia tələbinin cavabdehlərdən iddiaçının xeyrinə 1197,84 manat əsas borcun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, ekspert rəyinə əsasən cavabdehlərin əsas borc üzrə 1207,21 manat borcu olması müəyyən edilsə də, həmin hissədə iddia tələbi irəli sürülmüş tələb həcmində təmin edilməli və cavabdehlərdən iddiaçının xeyrinə əsasən borc üzrə 1197,84 manat məbləğində pul vəsatiti tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin cavabdehlərdən 945,07 manat məbləğində faiz borcun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiqi edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7288 nömrəli rəyinə əsasən, Cavabdeh2 784PFFK saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə (kredit müqaviləsinin qüvvədə olma tarixinə) "xxxx" ASC-yə faiz borcu üzrə 877,37 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 1559,33 manat dəbbə pulu (cərimə) cavabdehlərin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 110 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə iddia tələbinin cavabdehlərdən iddiaçının xeyrinə kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 406,30 manat faiz borcunun tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda ləğv prossesində olduğu halda, onun kredit vermək (əldən çıxmış faydanı yenidən tədavülə buraxaraq ondan gəlir əldə etmək) imkanının olmadığı halda, əldən çıxmış faydanın nədən ibarət olmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1197,84 (bir min bir yüz doxsan yeddi manat, 84 qəpik) manat əsas, 877,37 (səkkiz yüz yetmiş yeddi manat, 07 qəpik) manat faiz, 110 (yüz on) manat cərimə borcu olmaqla, ümumilikdə 2185,21 (iki min yüz səksən beş manat 21 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 82 (səksən iki) manat məbləğində dövlət rüsumunun 41 (qırx bir) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməli, qalan 41 (qırx bir) manatı isə iddiaçıya aid edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 150 (yüz əlli) manat ekspertiza xərcinin 75 (yetmiş beş) manatı iddiaçı LPO "xxxx" ASC-dən, 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1197,84 (bir min bir yüz doxsan yeddi manat, 84 qəpik) manat əsas, 877,37 (səkkiz yüz yetmiş yeddi manat, 07 qəpik) manat faiz, 110 (yüz on) manat cərimə borcu olmaqla, ümumilikdə 2185,21 (iki min yüz səksən beş manat 21 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 82 (səksən iki) manat məbləğində dövlət rüsumunun 41 (qırx bir) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilsin, qalan 41 (qırx bir) manatı isə iddiaçıya aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 150 (yüz əlli) manat ekspertiza xərcinin 75 (yetmiş beş) manatı iddiaçı LPO "xxxx" ASC-dən, 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3/2024
09.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver