Məhkəmə qərarları › İş №2(004)-30/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-30/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-30/2020 19.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi və vəkili Vəkil Kamran oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxxxxxx” ASC-nin x1 Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan «xxxxxxxx» ASC-nin x1 Fondu cavabdeh x4 qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 23.12.2015-ci il tarixli, 212 nömrəli кredit müqaviləsi üzrə banka ödənilməmiş 2.577.214,41 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 1.913.056,04 manat cərimə borcu, 1.894.666,67 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu, 24.12.2015-ci il tarixli, 214 nömrəli кredit müqaviləsi üzrə banka ödənilməmiş 18.056.776,49 manat əsas, 2.286.953,81 manat müqavilə müddəti üçün hüsablanmış faiz borcu, 2.681.500,34 manat cərimə borcu, 1.891.333,33 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 31.301.501,09 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun x2 tutularaq ləğv prosessində olan “xxxxxxxx” KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02 avqust 2019-cu il tarixli protokol qərarı ilə cavabdeh x5 ölümü ilə əlaqədar onun hüquqi varisi Cavabdeh ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxx” KB ASC ilə cavabdeh x5 arasında bağlanmış 23 dekabr 2015-ci il tarixli 212 nömrəli kredit müqaviləsinə əsasən tikinti fəaliyyətinin genişləndirilməsi məqsədi üçün İ.Atakişiyevə 24 ay müddətinə illik 5,5 faiz dərəcəsi ilə 24.000.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda “xxxxxxxx” KB ASC ilə x5 arasında bağlanmış 24 dekabr 2015-ci il tarixli 214 nömrəli digrə kredit müqaviləsinə əsasən tikinti fəaliyyətinin genişləndirilməsi məqsədi üçün İ.Atakişiyevə bank tərəfindən 24 ay müddətinə illik 5,5 faiz dərəcəsi ilə 21.263.000 manat məbləğində yenidən kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun banka kredit müqaviləsi üzrə borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faiz və cərimələr qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasınin 30930 saylı 20 iyun 2019-cu il tarixli və 28 fevral 2020-ci il tarixli 31572 rəyləri ilə razılaşmayaraq izahatında bildirmişdir ki, ekspert rəylərində ciddi uyğunsuzluqlar vardır. Ona görə də hesab edir ki, eksper rəyləri mötəbər sübut kimi qimətləndirilməməlidir. Belə ki, ekspert rəylərində cavabdeh x5 tərəfindən 07.09.2018-ci il tarixində edilmiş 23.453.698,40 manat ödənişin səhvən 24 dekabr 2015-ci il tarixli, 214 saylı kredit müqaviləsi üzrə aparıldığı qeyd edilmişdir. Halbuki həmin ödəniş cavabdehin digər, yəni 23 dekabr 2015-ci il tarixli, 212 saylı kredit müqaviləsi üzrə olan borcu üzrə ödənilmişdir. Bununla əlaqədar olaraq cavabdeh x5 tərəfindən LPO “xxxxxxxx” KB ASC-nin x1Fonduna məktublar ünvanlanmışdır. Həmin məktublara əsasən, tərəflər arasında bağlanmış 23.12.2015-ci il tarixli, 212 saylı kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən edilmiş 23.453.698,40 manat ödənişin 23.400.000 manat məbləğinin əsas borcdan, 53.698,40 manat məbləğinin isə faiz borcundan silinməsi xahiş edilmişdir. Ekspert rəyində olan bu yanlışlıq gələcəkdə məhkəmə qətnaməsinin icrası mərhələsində ciddi probləmlər yarada bilər. Ona görə də məhkəmə tərəfindən ekspert rəyində ciddi uyğunsuzluqların olduğunun diqqətə alınaraq ekspert rəylərinin mötəbər sübut sayılmamasını və yekun məhkəmə aktı qəbul edilərkən bankın əməliyyat sistemindən çıxarışı, cavabdeh x3 ərizəsini və yeni maliyyə arayışının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, Respublikada müəyyən olunmuş xüsusi karantin rejimi ilə əlaqədar banklara kreditlərə fazilərin hesablanmasının dayandırılmasının tövsiyə edilməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə əsassız olaraq həmin dövr üçün faizlərin və cərimənin hesablanması davam etdirilmişdir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2019-cu il tarixli 30930 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 23 dekabr 2015-ci il tarixli 212 saylı və 24 dekabr 2015-ci il tarixli 214 saylı kredit müqavilələri üzrə x3 banka olan borcu aşağıdakı kimi müəyyən olunur o cümlədən; 23 dekabr 2015-ci il tarixli 212 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 24.000.000.00 manat, faiz borcu üzrə 2,587.927.07 manat, 24 dekabr 2015-ci il tarixli 214 saylı kredit müqaviləsi üzrə 24 dekabr 2017-ci il tarixə (sualda qeyd olunan tarixə) əsas borc üzrə 21.263.000.00 manat, faiz borcu üzrə 2.338.930 manat, 07 sentyabr 2018-ci il tarixə (son ödəniş tarixinə) əsas borc üzrə 970.105,61 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2020-ci il tarixli 31572 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 23 dekabr 2015-ci il tarixli 212 saylı və 24 dekabr 2015-ci il tarixli 214 saylı kredit müqavilələri üzrə x3 banka olan borcu aşağıdakı kimi müəyyən olunur o cümlədən; 23 dekabr 2015-ci il tarixli 212 saylı kredit müqaviləsi üzrə 23 dekabr 2017-ci il tarixə (müqavilə bitdiyi tarixə) əsas borc üzrə 24.000.000.00 manat, faiz borcu üzrə 2,587.927.07 manat, 25 noyabr 2019-cu il tarixə (qərardad çıxarılan tarixə) əsas borc üzrə 24.000.000,00 manat, faiz borcu üzrə 5.125.260,40 manat, 24 dekabr 2015-ci il tarixli 214 saylı kredit müqaviləsi üzrə 24 dekabr 2017-ci il tarixə (müqavilə bitdiyi tarixə) əsas borc üzrə 21.263.000.00 manat, faiz borcu üzrə 2.338.930 manat, 25 noyabr 2019-cu il tarixə (qərardad çıxarılan tarixə) əsas borc üzrə 970.105,61 manat, faiz borcu üzrə 64.916,23 manat. 19 iyun 2020-ci il tarixli, **********232 saylı maliyyə arayışına əsasən, 23 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlərin məbləği 4.490.270,45 manat təşkil edir. 19 iyun 2020-ci il tarixli, **********233 saylı maliyyə arayışına əsasən, 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 08 iyun 2020-ci il tarixinə olan əsas borc 14.318.518,49 manat, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan fazi məbləği 1.805.721,44 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlərin məbləği 4.968.454,15 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə iddiaçının nümayəndəsinin ekspert rəylərinin mötəbər sübut kimi qəbul edilməməsi barədə mövqeyi ilə razılaşır. Belə ki, borclu x3 banka ünvanlanmış 10 sentyabr 2018-ci il tarixli və 14 sentyabr 2018-ci il tairxli ərizələrindən və bankın əməliyyat sistemindən çıxarışlardan görünür ki, borclunun ərizəsinə əsasən onun tərəfindən 23.453.698,40 manat məbləğində ödənişin 23 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə borclardan silinməsi xahiş edilsə də, ekspert tərəfindən həmin ödəniş 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə borca aid edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ekspert rəyləri mötəbər sübut kimi qəbul edilməməli, borclunun ərizələri, bankın əməliyyat sistemindən 23 dekabr 2015-ci il tarixdən 11 iyul 2019-cu il tarixədək olan dövr üçün çıxarış və hər iki müqavilə üzrə 19 iyun 2020-ci il tarixli maliyyə arayışları əsas götürülməlidir. Məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlarla borclu tərəfindən hər iki kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və bunun nəticəsində borcun yaranması təsdiq edildiyindən, iddiaçı haqlı olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Maliyyə arayışlarından görünür ki, bəzi tələblər üzrə məbləğlər sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə 16 iyul 2019-cu il tarixli ərizədə göstərilən tələblərin məbləğlərindən yüksəkdir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hazırki halda iddia tələblərindən kənara çıxılması nəzərdə tutulmadığından, bəzi tələblər iddia ərizəsində göstərilən məbləğdə təmin edilməlidir. Eyni zamanda maliyyə arayışlarından görünür ki, bəzi tələblər maliyyə arayışları ilə təsdiq olunmur. Odur ki, məhkəmə hesab edir ki, iddia iddia tələblərindən kənara çıxılmamaqla, maliyyə arayışları ilə təsdiq olunmuş məbləğdə təmin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, 23 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2.577.214,41 müqavilə müddəti üçün hesablanmış faiz borcu, 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 14.318.518,49 manat, 2.286.953,81 manat müqavilə müddəti üçün hüsablanmış faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1.805.721,44 manat, cəmi 20.988.408,15 manat məbləğində borc Cavabdeh tutularaq iddiaçı “xxxxxxxx “ ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 20,10 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iki ekspertizanın dəyəri olan cəmi 400 manat məbləğinin 268 manat məbləği cavabdehə, 132 manat məbləği isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 23 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2.577.214,41 ( iki milyon beş yüz yetmiş yeddi min iki yüz on dörd manat qırx bir qəpik) müqavilə müddəti üçün hesablanmış faiz borcu, 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 14.318.518,49 (on dörd milyon üç yüz on səkkiz min beş yüz on səkkiz manat qırx doqquz qəpik) manat, 2.286.953,81 (iki milyon iki yüz səksən altı min doqquz yüz əlli üç manat səksən bir qəpik) manat müqavilə müddəti üçün hüsablanmış faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1.805.721,44 (bir milyon səkkiz yüz beş min yeddi yüz iyirmi bir manat qırx dörd qəpik) manat, cəmi 20.988.408,15 (iyirmi milyon doqquz yüz səksən səkkiz min dörd yüz səkkiz manat on beş qəpik) manat məbləğində borc və 20,10 (iyirmi manat on qəpik) manat dövlət rüsumu iddiaçı "xxxxxxxx" ASC-nin xeyrinə tutulsun. 400 (bir yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 268 (iki yüz altmış səkkiz) manat hissəsi Cavabdeh, 132 (yüz otuz iki) manat hissəsi iddiaçı “xxxxxxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar