Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3003/2021 14.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil qızının, Cavabdehlər Cavabdeh1 və Dadaşov Nazı̇ m Ramı̇ z oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Dadaşov Nazı̇ m Ramı̇ z oğluna qarşı "pul tələbinə dair" iddia ərizəsi üzrə mülki Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Dadaşov Nazı̇ m Ramı̇ z oğluna qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, cavabdehlərdən müştərək qaydada 07.05.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL-*** dövlət nömrə nişanlı, Mitsubishi Pajero markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı və Toyota Prado markalı 99LL286 dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96000 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 96310 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişatında iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlərdən müştərək qaydada 07.05.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL-*** dövlət nömrə nişanlı, Mitsubishi Pajero markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı və Toyota Prado markalı 99LL286 dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96000 manat, iki il müddətinə ödənilməyən məbləğə illik beş faizlə hesablanmış 9600 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 105910 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 2013-cü ildən tanıyır. Uzun müddət tanışlıqları dostluğa çevrildiyinə görə, 2018-ci ilin yaz aylarında onun təklifi ilə birgə biznes fəaliyyətinə başlamağı qərara almışlar və avtomobil alqı-satqısı ilə məşğul olmaq razılığına gəlmişlər. Bunun üçün 27.000 manat ödəyərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində təşkil olunmuş hərracdan o 8 avtomobil və cavabdeh olan Cavabdeh1 da 25.100 manata 8 avtomobil almışdır. Hərracdan alınmış 99LL291 dövlət nişanlı Mitsubishi Pajero markalı, 99LL296 dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı, 99LL294 dövlət nömrə nişanlı Toyota Prado markalı, 99LL295 dövlət nömrə nişanlı Toyota Prado markalı, 99LL286 dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobillər və daha 3 üç avtomobil, X5, X5 Prado və Mitsubishi Pajero 14.12.2018-ci il tarixdə X2 adına qeydə alınaraq, həmin avtomobillərə dair adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeyd edildən 3 avtomobil birgə satılıb və onlarla bağlı mübahisə yoxdur. 05.05.2019-cu il tarixində Cavabdeh1 ona bildirmişdir ki, “alıcı var, sənə aid olan 5 avtomobili 80.000 manata almaq istəyir.” Ona bildirmilşdir ki, “o qiymətə satsaq gəlir əldə etmərik.” Ona görə də maşınların qiymətini bir qədər artırmışdır. Avtomobilləri satmaq üçün danışıq apardığı günün axşamı qardaşı vəfat etmiş, yas mərasiminə başı qarışdığı üçün alqı-satqıya gedə bilməmişdir. Cavabdeh1 2 gün sonra, yəni mayın 7-də səhər ona bildirmişdir ki, maşınları alan şəxs, yəni hazırda digər cavabdeh olan Cavabdeh2 maşınların pulunu verib, pul evdədir, təcili gedib Yol Polisində alqı-satqını rəsmiləşdirmək lazımdır. Aralarında etibar olduğundan ona inanmış və 07.05.2019-cu il tarixdə cavabdeh N. Dadaşov ilə aralarında **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobilə dair 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobilə dair 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata alqı-satqı müqavilələri bağlanmışdır. Alqı-satqı müqavilələrinə əsasən nəinki satılmış avtomobillərin müqavilələrdə nəzərdə rutulmuş dəyəri olan 96000 manat, hətta ilkin olaraq Ramazan tərəfindən vəd edilmiş 80000 manat pul cavabdehlər tərəfindən BDYPİ-də ona ödənilməmişdir. Həmin gün axşam Cavabdeh1 onu haqq-hesab etmək üçün evinə dəvət etmişdir. Qardaşı Babəklə birlikdə onun evinə getmiş, digər Cavabdeh2 da orada olmuşdur. Cavabdeh1 həmin şəxslərin yanında ona bildirmişdir ki, “mənə borcunuz var, maşınları borca görə səni aldadaraq Nazimin adına keçirmişəm, nə vaxt borcunuzu qaytarsanız maşınları qaytaracam.” Burada ona məlum olmuşdur ki, Cavabdeh1 avtomobilləri satmaq üçün ona alıcı tapması adı ilə aldadaraq avtomobilləri qohumu olan digər Cavabdeh2 adına keçirilməsinə nail olmuşdur. Dəfələrlə məsələni sülh yolu ilə həll etməyə çalışsa da, buna nail olmadığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərdən müəyyən edilir ki, cavabdehlər qabaqcadan əlbir olub, onu aldadaraq mülkiyyətində olan avtomobillərə dair alqı-satqı müqavilələrinin bağlanmasına nail olmuş, beləliklə də müqavilələrə görə hər hansı pul məbləğini ödəməməklə öhdəliyini yerinə yetirməmişdir. Göstərilən avtomobillərin alqısatqısına dair müqavilələr 07.05.2019-cu il tarixdə bağlansa da, həmin müqavilələr üzrə ödənilməli olan 96.000 manat pul vəsaiti cavabdehlər tərəfindən ödənilməmişdir. Müqavilənin bağlanma tarixindən, yəni müqvailələr üzrə ödənilməli olan 96.000 manat pul vəsaitinin cavabdehlər tərəfindən ödənilməli olan vaxtdan 2 ildən artıq müddət keçmişdir. Odur ki, iki ildən artıq bir müddət ərzində ödənilməli olan 96.000 manat ödənilmədiyindən və daha üstün mövqedən çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən cavabdehlər tərəfindən əlavə olaraq tələb olunan 96.000 manat pul vəsaitinə illik beş faiz də ödəmələrini tələb etmək hüququ vardır. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə cavabdehlərə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılması ilə əlaqədar vəkillik qurumu ilə bağlanmış müqavilə üzrə 08.04.2021-ci il tarixli, 16748 nömrəli bank qəbzi ilə həmin quruma 310 manat ödənilmişdir. Eyni zamanda 30 manat dövlət rüsumu ödənilərək bank qəbzi iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun tərəfindən heç vaxt aldadılmamışdır. Ümumiyyətlə iddia tələbində göstərilən avtomaşınlar formal olaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Belə ki, həmin avtomaşınlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” birliyindən onun və Cavabdeh2 pul vəsaitinə alınmışdır. Bu zaman İddiaçı tərəfindən hər hansı bir məbləğdə pul vəsaiti ödənilməmişdir. Həmin maşınların sonradan təmiri də onun tərəfindən verilmiş pul vəsaitləri hesabına həyata keçirilmişdir.Sonradan İddiaçı adına olan beş avtomabilləri alqı-satqı edərək Cavabdeh2 adına rəsmiləşdirildi.Həmin vaxt beş ədəd avtomabillərin dəyəri olan 96 000 manat İddiaçı vermədik.Çünki İddiaçı adına avtomabillər formal alınmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbində göstərilən avtomaşınların dəyəri alqı-satqı müqavilələrindən öncə onun tərəfindən ödənilmişdir. Avtomabillərin onun adına keçirilməsi ilə İddiaçı heç bir pul ödəməmişdir. O, Azərbaycan Respublikasında olmadığından maşınlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” birliyindən alındıqdan sonra formal olaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Odur ki, o, Azərbaycana qayıtdıqdan sonra onunla iddiaçı arasında alqı-satqı müqavilələri bağlanaraq avtomaşınlar onun adına keçirilmişdir. Bundan əlavə iddiaçı 2019-cu ilin iyul ayında Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin o zaman onun aldadılması və alqısatqı müqavilələri bağlanarkən maşınların dəyərinin ödənilməməsi barədə şikayət etməmişdir. Ümumiyyətlə iddiaçının bu iddiasının verilməsinin əsas səbəbi cavabdehlər tərəfindən iddiaçıya qarşı pul tələbinə dair iddiaya maneəçilik törətməkdir. Belə ki, hələ İddiaçı tərəfindən hazırki iddia məhkəməyə verilməmişdən əvvəl iddiaçı Cavabdeh1 cavabdehlər X1 və İddiaçı Sövdəyər oğluna qarşı hazırki iş üzrə mübahisələndirilən avtomobillərə görə yaranmış borc tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi icraata qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 14, 385.1, 386.1, 425, 427.3, 429.1.3., 442 və 447-ci maddələrini nəzərə alaraq, müəyyən etdi ki, 07.05.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı əsasən İddiaçı Cavabdeh2 **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata satmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli, 2(004)-7256/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 Razim oğluna və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi və avtomobillərin qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, məhkəmə araşdırılmasında Cavabdeh2 İddiaçı Sövdəyar oğludan alqı-satqı yolu ilə aldığı beş avtomabillərin müqavilələrdə göstərilən 96 000 manat pul ödəmədiyini bildirdiyindən Cavabdeh2 07.05.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL-*** dövlət nömrə nişanlı, Mitsubishi Pajero markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı və Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96000 manat, iki il müddətinə ödənilməyən məbləğə illik beş faizlə hesablanmış 9600 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 105910 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, cavabdeh Cavabdeh1 İddiaçı Sövdəyar oğlu ilə Cavabdeh2 arasında bağlanmış 07.05.2019-cu il tarixli alqı-satqı müqavilələri üzrə tərəf olmadığından, iddiaçı tərəfindən avtomobillərə görə ona pul verilməsi kifayət qədər əsaslandırılmadığından, iddia tələbi digər cavabdehə münasibətdə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Dadaşov Nazı̇ m Ramı̇ z oğlundan tutularaq, iddiaçıya ödənilməlidir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh Dadaşov Nazı̇ m Ramı̇ z oğlundan 07.05.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL-*** dövlət nömrə nişanlı, Mitsubishi Pajero markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı və Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96000 manat, iki il müddətinə ödənilməyən məbləğə illik beş faizlə hesablanmış 9600 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 105910 (bir yüz beş min doqquz yüz on) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı Muradov Rövşən Sövdəyar oğlunun xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3003/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3003/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver