Məhkəmə qərarları › İş №2(004)-3006/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3006/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3006/2024 18.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1400 manat məbləğində pul vəsaitinin , 400 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1800 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 3 il əvvəl "xxxx" MTK- da cavabdehə məxsus olan evi alarkən tanış olmuşlar. Cavabdehlə aralarında dostluq münasibətləri yaranmışdır. 2020-ci ilin noyabr ayında Cavabdeh ona pul lazım olduğunu bildirmiş və ondan bir günlük qaytarmaq şərtilə 2000 (iki min) manat borc pul istəmiş və o da həmin məbləği, yəni 2000 (iki min) manatı Cavabdeh vermişdir. Bir müddət keçdikdən sonra cavabdeh dükanının bağlandığını bildirmişdir. Cavabdehə pulu qaytarmasını bildirsə də, əvvəl atasının xəstə olduğunu, daha sonra isə anasının rəhmətə getdiyini bildirmişdir. Sonradan cavabdehə dəfələrlə ondan borc aldığı 2000 (iki min) manat məbləğində pulu qaytarmasını desə də, atasının da rəhmətə getdiyini, başının qarışıq olduğunu bildirib qaytarmamışdır. Daha sonra, 2023-cü il avqust ayında cavabdehin ona olan borcu ilə bağlı Yasamal rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh polis bölməsinə dəvət edilərək izahatında yuxarıda qeyd etdiklərini və ona borclu olduğunu təsdiqləmişdir və ona möhlət verilməsini istəmişdir. Xeyli müddətdən sonra ona olan 200 manat borcundan iki dəfə 300 manat olmaqla, cəmi 600 manat pul ödəmişdir. Lakin qalan 1400 manat borcunu bugünədək ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəfin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin 19-cu PŞ-nin xx.xx.2023-cü il tarixli Arayışında qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, M.Cəlal küçəsi 29, mənzil 45-də yaşayan İddiaçı Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət edərək 3 il əvvəl tanıdığı Afət adlı qadına 2000 manat pul borc verdiyini və geri ala bilməməsini bildirmişdir. Daxil olmuş şikayət ərizəsi əsasında xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh şəxsiyyətinin müəyyən olunmasına baxmayaraq faktla bağlı hal-hazırda yaşadığı yer müəyyən olunmadığı üçün izahatının alınması tərəfindən mümkün olmamışdır. Göstərilənlərə əsasən araşdırma zamanı toplanmış materialda heç bir cinayət tərkibi olmaması və vətəndaş İddiaçı müraciətində göstərilən xüsusatların mülki xarakterli olması nəzərə alınmaqla toplanmış material 19-cu PŞnin dəftərxanasında işə tikilməlidir. Mülki mübahisələrin həlli ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməsi vətəndaşa izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan 2000 manat pul almış, onun 600 manatını geri qaytarsa da, 1400 manatını bugunədək qaytarmamışdır. Qeyd edilən fakt iş materiallarında əlavə edilmiş flaskartda olan Cavabdeh whatsapp səs yazısı ilə öz təsdiqini tapır. Həmin səs yazısında Cavabdeh İddiaçı olan 1400 manat məbləğində borcunu qaytaracağını bildirmişdir. Həmçinin Cavabdeh İddiaçı borclu olduğu həmin 1400 manatı ona qaytardığını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Buradan da müəyyən olunur ki, Cavabdeh İddiaçı 1400 manat məbləğində pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin “400 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində əldən çıxmış faydanın nədn ibarət olduğu qeyd edilmişdir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Lakin iddiaçı əldən çıxmış fayda (hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər) tələbi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, tələbini bu hissədə ümumiyyətlə əsaslandırmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1400 (bir min dörd yüz) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar