Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3012/2021 09.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor «xxxx» ASC borclular Cavabdeh1 və Cavabdeh2 12.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə üzrə 3897,12 manat əsas, 599,88 manat faiz, 107,25 manat cərimə olmaqla, cəmi 4586,25 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasına dair əmr çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 12.02.2015-ci il tarixli 126.LN.2102.120215.00003 saylı kredit müqaviləsinə əsasən «xxxx» ASC tərəfindən Cavabdeh1 illik 26 faizlə 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. 28.07.2016-cı il tarixə Cavabdeh1 banka 12.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3897,12 manat əsas, 599,88 manat faiz, 107,25 manat cərimə olmaqla, cəmi 4586,25 manat borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən xx.xx.1969-cu il tarixdə Kəlbəcər rayonu, Seyidlər kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh1 və xx.xx.1972-ci il tarixdə Ermənistan, Vardenıs şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh2 müştərək qaydada Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 102 A ünvanında yerləşən «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3897,12 manat məbləğində əsas borc, 599,88 manat məbləğində faiz borcu, 107,25 manat cərimə borcu, habelə ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi olan 20 manat, cəmi 4606,25 manat (dörd min altı yüz altı manat, iyirmi beş qəpik) məbləğində pulun tutulması barədə 19.01.2017-ci il tarixli, 2(004)-1831/2017 nömrəli əmr çıxarılmışdır. Borclu Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.01.2017-ci il tarixli, 2(004)-1831/2017 nömrəli əmrinin ləğv edilməsi və işə ümumi iddia icraatı qaydasında baxılmasına dair 06.04.2021-ci il tarixdə etiraz ərizəsi vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2(004)-3012/2021 saylı qərardadı ilə kreditor «xxxx» ASC-nin xeyrinə borclular Cavabdeh1 və Cavabdeh2 12.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə üzrə 3897,12 manat əsas, 599.88 manat faiz, 107,25 manat cərimə olmaqla, cəmi 4586,25 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.01.2017-ci il tarixli, 2(004)-1831/2017 nömrəli məhkəmə əmri ləğv edilərək və iddia icraatına keçilməsi qərara alınmışdır. İddiaçı LPO «xxxx» ASC-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 4450,13 manat – bundan 3091,12 manat əsas, 492,63 manat faiz, 214,50 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 651,88 manat faiz borcu və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmunu ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, izahatında göstərirdi ki, Cavabdeh1 12.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bankdan 6000 manat kredit götürmüşdür. Cavabdeh onun etibarından sui istifadə edərək bundan əvvəl də bankdan kredit götürmüş, həmin krediti ödəmiş, lakin ikinci dəfə götürdüyü krediti ödəməkdən imtina etmiş və ödəmir. O, 12.02.2015-ci il tarixli kredi müqaviləsinə zamin öhdəliyi daşıdığından onun əmək haqqından 39 manat bankın hesabına pul tuturdular. Hal-hazırda məhkəmə əmri ləğv edildiyindən əmək haqqından tutulmalar dayandırılmışdır. Qeyd etmək istəyir ki, maddi vəziyyəti yaxşı deyil. Himayəsində xəstə və yaşlı ana-atası, iki məktəbli övladı vardır. Cavabdeh bankdan götürdüyü krediti və ondan tutulan məbləğləri qaytarmaq əvəzinə özünə rahat şəkildə obyektlər açmaqla məşğuldur. Zamin olaraq o, üzərinə düşən öhdəliyi yerinə yetirməyə hazırdır. Eyni zamanda, Cavabdeh1 əməllərinə hüquqi qiymət verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş «xxxx» Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış 12.02.2015-ci il tarixli 126.LN.2102.120215.00003 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalan Cavabdeh1 24 ay müddətində, illik 26%-lə ödəmək şərtilə istehlak yönümlü 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən, kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, borcalan bu Müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək olan dövr ərzində illik 360 faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Müqavilənin 2.-cı bəndinə əsasən, faizlər, o cümlədən artırılmış faizlər məhkəmənin müvafiq qətnaməsinin qəbul edilməsi tarixindən asılı olmayaraq, yuxarıda göstərilən dövr ərzində ödənilməlidir. Müqavilənin 8.1.5 (8)-ci bəndinə əsasən, borcalan verilmiş krediti, onun bir hissəsini və ya hesablanmış faizləri Müqavilədə nəzərdə tutulmuş vaxtda və ya 1 nömrəli Əlavədə göstərilən cədvəl üzrə 3 ay müddətində ödəməzsə, kreditor kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 12.02.2015-ci il tarixli 126.CL.120215. 00003/b nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 12.02.2015-ci il tarixli 126.LN.2102.120215.00003 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan LPO «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 29.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə «xxxx» Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 12.02.2015-ci il tarixli 126.LN.2102.120215.00003 saylı kredit müqaviləsinə əsasən cavabdehin Banka 3091,12 manat əsas borcu, müqavilənin bitmə müddətinə 492,63 manat faiz borcu, 214,50 manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 651,88 manat faiz borcu, cəmi borcu 4450,13 manat təşkil edir. İş materiallarında olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 06.12.2016-cı il tarixli bildiriş-pretenziyadan müəyyən olunur ki, cavabdehlərdən kredit və zaminlik müqavilələrinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdehlər xəbərdar edilmişlər. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətindən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 borcun ödənilməsi üçün tam öhdəlik daşıyır. Buna görə də, Cavabdeh1 və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunu iddiaçı LPO «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödəməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddiaçı tərəfindən hesablanan 214,50 manat cərimənin cavabdehlərin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Bu səbəbdən, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə 50 (əlli) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı LPO «xxxx» Açıq Səhmdar Cəmiyyəti-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər X6 oglundan və X3 müştərək qaydada iddiaçı “xxxx” X8 Cəmiyyətinin xeyrinə 3091,12 manat əsas borc, 492,63 manat faiz borcu, 50 manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 651,88 manat faiz borcu, cəmi 4285,63 (dörd min iki yüz səksən beş manat altmış üç qəpik) manat məbləğində borc vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı LPO «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilən 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3091,12 manat əsas borc, 492,63 manat faiz borcu və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 651,88 manat faiz borcu, 50 (əlli) manat cərimə, cəmi 4285,63 (dörd min iki yüz səksən beş manat altmış üç qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı LPO «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3012/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3012/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver