Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3013/2023 03.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 üçün tutulan aliment məbləğinin uşağın yetkinlik yaşına çatanadək artırılıb 220 manat sabit pul məbləğində tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Qax Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay Cavabdeh birgə nikahdan olan qızı xx.xx.2017-ci il təvəllüdlü X1 üçün 120 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin məbləğ uşağın ehtiyaclarını ödəmir. Daha sonra Cavabdeh İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd edtmişdir ki, o anadangəlmə karlığına görə 3-cü qrup əlildir və bu əlilliyinə görə də, ayda 120 manat pensiya alır, bundan başqa heç bir yerdə işləmir və heç bir qazancı yoxdur. Çünkü əlilliyi korluğuna görə olduğundan texniki təhlükəsizlik baxımından onu heç bir yerdə işə götürmüllər. Bu aldığı 120 manat pensiyasını da alimentə tuturlar və hazırda valideynlərinin pensiyası ilə dolanmaqla çox ağır maddi ehtiyac içindədir. Alimentin aldığı pensiyadan artıq tutulması faktiki olaraq alimentin ödənilməsini qeyri-mümkün edir. Bunları nəzərə alıb İddiaçı ona qarşı olan “alimentin artırılması” tələbinə dair iddiası əsassız olduğundan və onun maddi vəziyyətinə uyğun olmadığından iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Hal-hazırda 120 manat aliment alır. Bu isə uşağın saxlanılması üçün kifayət etmir. Halhazırda Bakı şəhərində qohumlarının yanında yaşayır. İş tapmaq üçün buraya gəlmişdir. Çünki Qaxda iş yoxdur. Burada müvəqqəti qeydiyyata da düşmüşdür. Cavabdeh pensiya alır. Həm də qeyri-rəsmi olaraq Gəncə şəhərində yerləşən şərab dükanında işləyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Təqdim etdiyi etiraz ərizəsində də cavabdehin işləmədiyini, onun əlilliyinin olmasını, lal, kar olması qeyd edilmişdir. Həmçinin onurğasında problem olduğuna görə həkimlər yalnız yüngül işlərdə işləyə biləcəyini tövsiyə ediblər. İddiaçının Qaxda həm evi, həm də iş yeri olub. Qax Rayon Məhkəməsində 120 manat aliment tutulması qət edilmiş və həmin qətnamə də Şəki Apellyasiya Məhkəməsində qüvvədə saxlanılmışdır. Hesab edir ki, uşağa baxmaq hər iki valideynin borcu olduğuna görə aliment artırılmamalıdır. Çünki cavabdeh yalnız pensiya alır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarında olan Qax Rayon Məhkəməsinin 2(024)-248/2022 saylı, xx.xx.2022ci tarixli qətnaməsinə əsasən iddiaçı X5 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Gəncə “ASAN Xidmət” X2 bağlanmış 1722 saylı nikahın pozulması, xx.xx.2017-ci il tarixdə doğulmuş X6 iddiaçı X3 himayəsində saxlanması, Cavabdeh xx.xx.2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında nikah Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-402/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Qax Rayon Məhkəməsinin 2(024)-248/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materialların da olan “Gəncə şəhər Birləşmiş Xəstəxnası” PHŞ Adilxanlı Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X8 anadangəlmə lal-karlıq, onurğanın osteoxondrozu, L5-S1 diskdə arxa mərkəzi fokal disksəviyyəli yırtıq (7 mm), ön epidural sahənin sıxılması ilə L4-L5 diskdə qabarma, L2 cisminin hemangioması, yeriş və hərəkət funksiyasının pozulması diaqnozu ilə xx.xx.2020-ci il tarixdən dispanserdə qeydiyyatdadır, müntəzəm müalicə qəbul edir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair Məlumatdan görünür ki, Cavabdeh anadangəlmə lal-karlıq olduğundan ona müddətsiz üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Yüngül işlərdə işləyə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Qax Rayon Məhkəməsinin 2(024)-248/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsinə əsasən iddiaçı X5 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Gəncə “ASAN Xidmət” X2 bağlanmış 1722 saylı nikahın pozulması, xx.xx.2017-ci il tarixdə doğulmuş X6 iddiaçı X3 himayəsində saxlanması, Cavabdeh xx.xx.2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-402/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Qax Rayon Məhkəməsinin 2(024)-248/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 üçün tutulan aliment məbləğinin uşağın yetkinlik yaşına çatanadək artırılıb 220 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı aliment miqdarının artırılmasını tələb etsə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Qanunvericiliyin göstərilən tələblərinə əsasən alimentin artırılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İddiaçı yalnız yaşayış minimumunun artırılmasına istinad edərək aliment məbləğinin artırılmasını tələb etməsi əsaslı hesab oluna bilməz. Belə ki, əvvəllər qəbul edilmiş məhkəmə qətnaməsindən sonra hər hansı maddi dəyişiklik olmamışdır, bununla da alimentin ödənilməsini çətinləşdirən hallar baş vermişdir. Digər tərəfdən cavabdeh anadan gəlmə karlığa görə 3-cü qrup əlildir və ayda 120 manat pensiya almaqla dolanır və başqa heç bir gəliri yoxdur. Əlilliyinin xarakterinə görə də o heç bir yerdə işləyə bilmir və heç bir idarə, təşkilat və müəssisə texniki təhlükəsizliyə görə onu işə qəbul etmir. Belə ki, Uşağın saxlanılması və maddi təminatının təmin edilməsi valideynlərin yalnız birinin üzərinə düşən məsuliyyət deyil, valideynlərin hər ikisinin bərabər vəzifəsidir. Ona görə də məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün zəruri olan maddi təminatının təmin edilməsinin həm də iddiaçının vəzifəsi olması, cavabdehin isə hazırda işsiz olmasını, tərəflərin maddi vəziyyətini, diqqətəlayiq olan digər maraqlarını, habelə aliment təyin olunduqdan sonra keçən müddət ərzində (xx.xx.2023-cü il) cavabdehin maddi vəziyyətində əhəmiyyətli dərəcədə dəyişikliyin olmamasını və yuxarıda qeyd olunan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3013/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3013/2023
03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver