Məhkəmə qərarları › İş №2(004)-3026/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3026/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3026/2023 11.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh Abdulla oğluna qarşı "borc" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Abdulla oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abdulla oğlundan 14226 manat məbləğində əsas borc, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 829,85 manat və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 135,17 manat dövlət rüsumu olmaqla, cəmi 15191,02 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü il tarixdən fiziki şəxs fəaliyyəti ilə məşğul olmaqla, dövlət reyestrində (VÖEN **********) hesab nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək kəröÇ˝ sexi˝ işlədir. Cavabdeh 2014-cü il tarixdən iddiaçının rəhbərlik etdiyi kəröÇ˝ sexi˝nə qeyri-rəsmi şəkildə işçi kimi işə qəbul olmuşdur. Cavabdeh 2022-ci il tarixədək işlədiyi müddət ərzində özünə məxsus olan avtomobillə özünün tanıdığı və işlədiyi müvafiq mağazalara çörək daşımış və nəticədə 14226 manat borcu yaranmışdır. Daha sonra 2022-ci il tarixdə öz istəyi ilə işdən ayrılmışdır. Cavabdeh işdən ayrıldıqdan sonra xx.xx.2022-ci il tarixdə iddiaçı ilə aralarında razılaşaraq iddiaçıya olan borcunu, yəni 14226 manatı hər ay 500 manat ödəmək şərti ilə amşalızar˝ protokolu˝ tərtib olunmuş və hər kəs öz imzası ilə təsdiq etmişdir. İddiaçı qeyd edir ki, amşalızar˝ protokolu˝ xx.xx.2022-ci il tarixdə tərtib olunmasına baxmayaraq, cavabdeh öhdəliyini icra etməmişdir və ona dəfələrlə borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən məlumat verilsə də, o, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Daha sonra iddiaçı məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ünvanlayaraq qeyd etmişdir ki, Cavabdeh 14226 manat məbləğində əsas borcundan 450 manat məbləğində ödəniş etdiyindən o, iddia tələbinin həcminin azaldılaraq 13776 manat məbləğində əsas borc, müqavilə bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 829,85 və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 135,17 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir və borcunun olduğunu etiraf edir. Borcundan 450 manat ödəniş etmişdir. Birdəfəlik ödəniş etmək imkanı yoxdur, borcu hissə-hissə ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli “tərəflər arasında razılaşma protokolu”ndan görünür ki, İddiaçı Hacı oğlu yazıb bildirir ki, Bakı şəhəri Hökməli kəndində yaşayan Cavabdeh ona məxsus “çörək sexi”ndə çörək daşıma fəaliyyəti ilə məşğul olmuş və nəticədə daşıdığı çörəyin müqabilində onda 14226 manat borc məbləği yaranmışdır. X2 bu borcu razılaşma müqabilində hər ay ardıcıl surətdə 500 manat məbləğində ona qaytarılmasını təmin edəcək öhdəlik verir. İddiaçı öz növbəsində hər ay geri qaytarılan pulları öz imzası ilə təsdiq etmək barədə öhdəlik götürür. Ödəniləcək pulları mütəmadi olaraq hesablanacaq və yuxarıda göstərilən 14226 manat məbləğindən X1 xeyrinə silinəcəkdir. Bu razılaşma əsasında sonra Cavabdeh tərəfindən ödənilmiş pullar 14226 manat məbləğində olduqda, İddiaçı bu razılaşmanı ləğv etmək haqqında öhdəçilik götütür. Bu razılaşmanı tərəflər öz imzaları ilə təsdiq edirlər. Razılaşma pozulduğu halda İddiaçı razılaşmanın məcburi yerinə yetirilməsi haqqında Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququnu özündə saxlayır. Tərəflər razılamşanı öz imzaları iə təsdiq etmişdirlər. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Cavabdeh yaranmış 14226 manat məbləğində əsas borcdan 450 manat hissəsini İddiaçı ödəmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı ödənilmiş qəbzdən görünür ki, 135,17 manat məbləğində dövlət rüsumu İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13776 manat əsas borc, əsas məbləğin ödənilməsinin gecikdirilməsi vaxtı üçün illik 5%-lə hesablanmış 829,85 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 135,17 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 13776 (on üç min yeddi yüz yetmiş altı) manat əsas borc, əsas məbləğin ödənilməsinin gecikdirilməsi vaxtı üçün illik 5%-lə hesablanmış 829,85 (səkkiz yüz iyirmi doqquz manat səksən beş qəpik) manat pul və ödənilmiş 135,17 (bir yüz otuz beş manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar