Məhkəmə qərarları › İş №2(004)-3058/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3058/2022

27.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3058/2022 27.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hazırda himayəsində olan yetkinlik yaşına çatmayan 20 avqust 2012-ci il təvəllüdlü X14 və 06 mart 2015-ci il təvəllüdlü X1 üçün Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-183/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 200 (iki yüz) manat miqdarında alimentin İddiaçı ödənilməsi və cavabdehin gələcəkdə birgə nikahdan olan uşaqların xəstəliyi üçün çəkilmiş faktiki xərclərdə ½ hissədə münasibətdə xərclərin çəkilməsinə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə 20 avqust 2012-ci il təvəllüdlü X14 və 06 mart 2015-ci il təvəllüdlü X17 adında 2 (iki) uşaqları doğulmuşdur. Tərəflər bir müddət mehriban yaşasalar da sonradan aralarında narazılıqlar, mübahisələr başlamış və nəticədə xasiyyətləri üst-üstə düşməmiş, xaraktercə başqabaşqa adamlar olduqlarının fərqinə varmışlar. Bu səbəbdən də nikahları Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-183/2019 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan övladları 20 avqust 2012-ci il təvəllüdlü X14 və 06 mart 2015-ci il təvəllüdlü X9 iddiaçının yanında qalması və onların saxlanılması üçün cavabdehdən hər ay 154 (bir yüz əlli dörd) manat olmaqla cəmi 308 (üç yüz səkkiz) manat alimentin alınaraq iddiaçıya verilməsi müəyyən edilmişdir. İlk zamanlar iddiaçı tutulan aliment məbləği ilə çətinliklə də olsa uşaqları saxlaya bilmiş, indi isə onlar böyüdükcə həmin miqdarda olan alimentlə uşaqları saxlamaq və onların artan təlabatlarını ödəmək çox çətinləşmişdir. Eyni zamanda uşaqların hər ikisi hazırda xəstədir və müalicəyə ehtiyacları vardır. X3 valqus defformasiya, yastıpəncəlik və revmatizmdən, X17 isə artimiya, astiqmatizm, valqus defformasiya, yastıpəncəlik və revmatizmdən əziyyət çəkir. İddiaçı ana kimi uşaqlarının arzusunu həyata keçirə və onların sağlamlığına qovuşması üçün maddi cəhətdən yetərincə imkan çatdıra bilmir. Cavabdehin isə imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin və övladlarının xəstəliklərinin müalicəsi üçün əlavə xərclərdə iddiaçıyla bərabər cəlb olunsun. Ona görə də alimentin artırılması və cavabdehin əlavə xərclərdə iştiraka cəlb edilməsi üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Buna görə də hazırda iddiaçının himayəsində saxlanılan 20 avqust 2012-ci il təvəllüdlü X14 və 06 mart 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarı artırılaraq, hər ay hər uşaq üçün sabit pul məbləğində 200 (iki yüz manat) manat, cəmi 400 (dörd yüz) manat aliment tutulub iddiaçıya ödənilməlidir. Əlavə olaraq cavabdeh gələcəkdə övladlarının xəstəliyi üçün çəkilmiş xərclərdə ½ hissədə münasibətdə xərclərin çəkilməsinə cəlb edilməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh hazırda himayəsində olan yetkinlik yaşına çatmayan 20 avqust 2012-ci il təvəllüdlü X14 və 06 mart 2015-ci il təvəllüdlü X1 üçün Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-183/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 200 (iki yüz) manat olmaqla, cəmi 400 manat miqdarında alimentin tutulması, indiyədək çəkilmiş 2000 manat xərcin tam tutulması, mediasiya üçün çəkilmiş 50 manat rüsumun tutulması və cavabdehin gələcəkdə birgə nikahdan olan uşaqların xəstəliyi üçün çəkilmiş faktiki xərclərdə ½ hissədə münasibətdə xərclərin çəkilməsinə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, hal-hazırda "xxxx" MMC-də operatpr vəzifəsində çalışır və aylıq əmək haqqı 534.63 manat təşkil edir. Maddi vəziyyəti alimentin artırılması və əlavə xərcin ondan tutulmasına imkan vermir. Çəkilmiş xərclərin məbləği də iddiaçı tərəfindən yüksək hesablanmışdır. İddiaçı özü də çalışır və yüksək maaş alır. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların yüksək mənafelərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır. Belə ki iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 mart 2019-ci il tarixli 2(043)-183/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia təmin edilərək, Cavabdeh ilə X13 arasında 01 iyul 2011-ci ildə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində bağlanmış 401 saylı nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş 20 avqust 2012ci il təvəllüdlü X15 və 06 mart 2015-ci il təvəllüdlü X18 anaları X4 yanında saxlanılması, xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər birinə sabit pul məbləğində 154 (bir yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat alimentin tutularaq cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2015-ci il X10 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X5 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən İş yerinə dair xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh X8 Cəmiyyətində İstehsalat üzrə direktor müavini tabeliyində X12 Müdürlüyü (İSBM) X25 İstehsalat şöbəsi Təzyiqlə Emal və boyama zavodunda xammalın hazırlanması və yarımfabrikat hazır məhsulun buraxılması sahəsində operator işçi vəzifəsini icra edir. İşçinin aylıq əmək haqqı 534.63 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********** saylı Epikriz raportundan görünür ki, Cavabdeh sol gözündə az görmə müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaqların İcbarı Dispanzerizasiyasının Müayinə vərəqindən, 5 saylı Uşaq poliklinikasının TQS 112/2 saylı həkim müayinələrin nəticələrindən görünür ki, 06 mart 2015-ci il təvəllüdlü X11 astiqmatizm, aritmiya, revmatizm, yastıpəncəlik, valqus defformasiya müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaqların İcbarı Dispanzerizasiyasının Müayinə vərəqindən, 5 saylı Uşaq poliklinikasının TQS 112/2 saylı həkim müayinələrin nəticələrindən görünür ki, 20 avqust 2012-ci il təvəllüdlü X2, valqus defformasiya, yastıpəncəlik və revmatizm aşkar edilmişdir. İş materiallarında olan N.Tusi adına Klinika tərəfindən verilmiş qaimələrdən görünür ki, 2015-ci il təvəllüdlü X9 və 2012-ci il təvəllüdlü X7 müayinə və müalicəsinə çəkilən xərclər 78+30+35+35+30+35+30+50=323 (üç yüz iyirmi üç) manat ödəniş edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 mart 2019-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqların ananın yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (154 manat) isə hazırda uşaqların saxlanması üçün yetərli olmadığından, uşaqların yaşlarına uyğun olaraq tələbatları da artdığından iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarın 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə bugünədək çəkilmiş 2000 manat xərcin tutulması hissəsində iddia tələbini qismən əsaslı hesab edərək, iş materiallarında olan qəbzlərə əsasən 323 manat xərcin yarısı, yəni 161.5 (yüz altmış bir manat əllki qpik) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Belə ki, hər iki valideyn uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasında bərabər hüquq və vəzifələrə malikdir. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddiaçının gələcəkdə birgə nikahdan olan uşaqların xəstəliyi üçün çəkiləcək faktiki xərclərdə ½ hissədə münasibətdə xərclərin çəkilməsinə cəlb edilməsi barədə tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci və 81.2-ci maddələri ilə bağlı valideynlərin əlavə xərclərə cəlb edilməsi tərəflərin maddi vəziyyəti, eləcə də onların diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Hazırkı iş üzrə Cavabdeh zəruri vəsaitə malik olması iş materiallarında və məhkəmə araşdırmasında müəyyən edilmədiyindən, müvafiq iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2(043)-183/2019 saylı qətnaməsi ilə təyin edilmiş hər uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla cəmi 308 (üç yüz səkkiz) manat məbləğində alimentin miqdarının dəyişdirilməli, 20 avqust 2012-ci il təvəllüdlü X7 və 06 mart 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh 20 avqust 2012-ci il təvəllüdlü X7 və 06 mart 2015ci il təvəllüdlü X9 müayinə və müalicəsinə çəkilmiş əlavə xərcin- 323 manat pulun ½ hissəsi, yəni 161,5 (yüz altmış bir manat əlli qəpik) manat tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2(043)-183/2019 saylı qətnaməsi ilə təyin edilmiş hər uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla cəmi 308 (üç yüz səkkiz) manat məbləğində alimentin miqdarı dəyişdirilsin. 20 avqust 2012-ci il təvəllüdlü X7 və 06 mart 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 20 avqust 2012-ci il təvəllüdlü X7 və 06 mart 2015-ci il təvəllüdlü X9 müayinə və müalicəsinə çəkilmiş əlavə xərcin- 323 manat pulun ½ hissəsi, yəni 161,5 (yüz altmış bir manat əlli qəpik) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar