Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3076/2024 17.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və əlavə pul" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: aliment) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və əlavə pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “alimentin artırılması və əlavə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1627/2023 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 220 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay 235 manat sabit pul məbləğində aliment, xx.xx.2008-ci il təvəllüdlü X3 müalicəsi məqsədilə hər ay 500 manat əlavə pulun və mediasiya xərcinin əvəzi olaraq 60 manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha girərək ailə qurmuşlar. Rəsmi nikahdan 18 iyul 2008-ci il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2011-ci il tarixli, 2(004)- 2210/2011 saylı qətnaməsi ilə aralarında 22 iyun 2007-ci ildə Quba rayon VVADQ şöbəsində qeydə alınmış rəsmi nikahları pozulmuş, rəsmi nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra ananın himayəsində saxlanması və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 76 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçının müraciətindən sonra Yasamal rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(004)-2210/2011 saylı qətnaməsinə əsasən X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınması qət edilmişdir. İddiaçının yenidən etdiyi müraciət əsasında Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-6760/2019 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-2637/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin alınması qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-6760/2019 saylı qətnaməsi ilə hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh alnaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Hesab edir ki, hazırkı dövrdə ərzaq mallarının qiymətlərinin artması və kommunal xərclərinin artması ilə əlaqədar 220 manat aliment pulu ilə uşağı saxlamaq qeyri-mümkündür. Övladı hazırda səhhətində nasazlıq olduğundan və ali məktəbə hazırlaşdığından, həmçinin repetitor hazırlığına getdiyi üçün bu əlavə xərclərlə bağlıdır. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirir ki, cavabdeh tərəfindən məhkəmə qərarı ilə təyin edilmiş aliment məbləği hazırda ödənilsə də, bu məbləğ minimum aliment məbləğindən aşağıdır. Həmçinin övladının boyu balaca olduğundan boyunun uzanmamasına görə müalicə edir ki, buna da kifayət qədər pul sərf edilir. İddianın təmin olunmasını xahiş edir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh oğunun nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, oğlunun artıq imkanı yoxdur.Oğlu ikinci dəfə ailə həyatı qurmuşdur və həmin evlilikdən də övladı var. Aylıq 235 manat məbləğində aliment ödənilməsinə razı olsa da, əlavə 500 manat hissədə iddianı qəbul etmir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, məhkəmə tərəfindən cavabdehə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilməsinə baxmayaraq, iddia ərizəsinə hər hansı etiraz və dəlillərini təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)- 2210/2011 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X3 ananın yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 76 manat sabit pul məbləğində aliment təyin edilməsi qət edilmişdir.
9. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2637/2017 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-2210/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması və xx.xx.2008ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 6760/2019 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)- 2637/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artılaraq Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1627/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-6760/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
12. Məhkəmə iş materialları araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
13. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
17. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən liment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur.
19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
20. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
22. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1627/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş 220 manat aliment məbləğinin hazırki halda uşağın mənafeyinə uyğun olmadığından və 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edildiyindən, iddia tələbi alıment məbləğinin artırılması hissəsində təmin edilməlidir.
23. Məhkəmə iddia tələbinin ikinci, yəni iddiaçı övladının müalicə xərcləri ilə bağlı olaraq onun müalicə aldığı müddətdə hər ay 500 manat əlavə pulun ödənilməsi barədə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
24. İlk növbədə qeyd edilməlidir ki, xəstənin dövlət və yaxud özəl xəstəxanada müalicə alması seçim qaydasında həyata keçirilir. Bu halda iddiaçının öz himayəsində olan övladını daha yüksək ödənişli məbləğlərlə müalicə edən xəstəxanada müalicə etdirməsi üçün seçim etməsi cavabdehin bunu ödəmək öhdəliyini yaratmır.
25. Digər tərəfdən məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında 235 manat alimentin və 500 manat əlavə aliment ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 500 manat məbləğində əlavə pulun tutulması mövcud iqtisadi şərtlər, cavabdehin işsiz olması xüsusatı nəzərə alınmaqla şəxsi mənafeyi, öhdəlikləri və məhkəmə qətnaməsinin icrası perspektivi əsas götürülərək məqsədə müvafiq deyildir.
26. Bundan əlavə, məhkəmə qeyd edir ki, uşaqların xərclərini qarşılamaq bir hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir.
27. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1627/2023 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. V. Nəticə:
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1627/2023 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Keçirilmiş mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ülkər Xəlil