Məhkəmə qərarları › İş №2(004)-3083/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3083/2022

04.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3083/2022 04.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olmuş övladları 12 may 2009-cu il təvəllüdlü X4 18 yaşına çatanadək hər ay onun xeyrinə 210 manat, müayinə-müalicə xərci üçün 40 manat, cəmi 250 manat alimentin kəsilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə arasındakı nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən cavabdehdən birgə nikahdan doğulmuş 12 may 2009-cu il təvəllüdlü X1 üçün 117 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştiak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qismən qəbul etdiyini, 200 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 2(006)-2566/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Bərdə Rayonu Güloğlular kənd İƏD üzrə icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydə alınmış nikahın pozulması, 12 may 2009-cu il təvəllüdlü X2 anası X3 yanında saxlanılması, Cavabdeh 29 fevral 2016-cı il tarixdən başlayaraq 12 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, tərəflərin birgə nikahından 12 may 2009-cu il təvəllüdlü X4 doğulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2566/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə 12 may 2009-cu il təvəllüdlü X2 anası X3 yanında saxlanılması, Cavabdeh 29 fevral 2016-cı il tarixdən başlayaraq 12 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Lakin hazırki aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də iddiaçı aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddianı qismən etiraf etmiş, 200 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin olunmalı, 12 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 12 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 200 ( iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. 12 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 12 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 200 ( iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar