Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3087/2021 07.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə anadan olmuş 09.02.2013-cü il təvəllüdlü X2 üçün bir uşağa görə, sabit pul məbləğində 160 (yüz altmış) manat olan aliment məbləğinin 15 (on beş) manat artırılaraq, 175 (yüz yetmiş beş) manat alimentin sabit pul məbləğində tutulması, məhkəmə xərclərinə görə, 25,40 (iyirmi beş manat qırx qəpik) manat Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ilə rəsmi nikaha 09 noyabr 2010-cu tarixdə daxil olmuşlar. Birgə nikahdan 09 fevral 2013-cü il tarixdə Rauf adlı bir oğlu anadan olmuşdur. Cavabdeh ilə əvvəllər birgə yaşadığı dövr ərzində aralarında tez-tez müxtəlif mübahisələr olurmuş. Aradan bir müddət keçdikdən sonra, Cavabdeh xəstə uşağı onun üstünə ataraq evdən çıxıb getmişdir. Cavabdeh bu günə kimi dəqiq harda yaşaması ona məlum deyil. Cavabdeh uşağın saxlanması üçün hər hansı bir maddi cəhətdən köməklik etmədiyinə görə, 09.02.2013-cü il təvəllüdlü X2 üçün hər ay cavabdeh, Cavabdeh 120 (yüz iyirmi) manat alimentin sabit pul məbləğində tutulması, uşağa görə əlavə xərclərdə iştirakın təmin olunması üçün uşağın xəstəliyi ilə əlaqədar yığılmış 2875 (iki min səkkiz yüz yetmiş beş) manat, Psixoqamma MMC-yə ödədiyi may ayından hər ay 300 (üç yüz) manat olmaqla, ödədiyi dörd aya görə 1200 (bir min iki yüz) manat pulu, üç illik proqrama görə, gələcəkdə hər ay uşağın müalicəsi üçün 300 (üç yüz) manat pulun ödənilməsi və MMM-VH MMC-yə hüquqi xidmətə görə ödədiyi 250 (iki yüz əlli) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi tələbinə dair iddia tələbi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. 28 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsində mülki işə baxılmış, iddia tələbi qismən təmin olunmaqla, Cavabdeh 09.02.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat alimentin sabit pul məbləğində tutulması, Cavabdeh 09.02.2013-cü il təvəllüdlü X4 müayinə və müalicəsinə iddiaçı tərəfindən sərf edilmiş 2863 (iki min səkkiz yüz altmış üç) manat məbləğində pulun yarısı, 1431,50 (bir min dörd yüz otuz bir manat əlli qəpik) manat pul vəsaiti və nümayəndənin göstərdiyi yardıma görə ödənilmiş 100 (bir yüz) manat alınıb ona ödənilməsi, Cavabdeh iddiaçı birgə nikah dövrdə anadan olmuş 09.02.2013-cü il təvəllüdlü X4 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka cəlb olunmaqla ondan hər ay 70 (yetmiş) manat sabit pul məbləği ona ödənilməsi qət edilmişdir. Hal-hazırda azyaşlı uşağı onunla qalır və hesab edir ki, bu günkü bahalıqla əlaqədar olaraq, uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə bir uşağa görə sabit pul məbləğində 120 (yüz iyirmi) manat aliment çox az olduğundan alimentin artırılmasına dair məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən alimentin artırılması tələbinə olan iddia tələbi təmin edilərək, 120 (yüz iyirmi) manat olan alimentin məbləği 40 (qırx) mariat artırılaraq, bir uşağın saxlanması üçün hər ay 160 (yüz altmış) manat pul məbləğində aliment pulu tutulması barədə qətnamə qəbul edilmişdir. Hazırda mövcud bahalıqla əlaqədar olaraq, bir uşağın saxlanması üçün 160 (yüz altmış) manat pul məbləği uşağın yaşayış minimumundan az olduğundan, 15 (on beş) manat artırılaraq, bir uşağa görə 175 (yüz yetmiş beş) manat alimentin sabit pul məbləğində tutulması, məhkəmə xərclərinə görə çəkdiyim xərcə görə, 25.40 (iyirmi beş manat qırx qəpik) manat pulun Cavabdeh alınaraq mənə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Daha sonra 04.05.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə anadan olmuş 09.02.2013-cü il təvəllüdlü X2 üçün bir uşağa görə, sabit pul məbləğində 160 (yüz altmış) manat olan aliment məbləği, 15 (on beş) manat artırılaraq, 175 (yüz yetmiş beş) manat alimentin sabit pul məbləğində tutulması, uşağın xəstəliyi ilə əlaqədar xərclənmiş əlavə xərclərə görə, 2.425 (iki min dörd yüz iyirmi beş) manat pulun tutuması və məhkəmə xərclərinə görə 25,40 (iyirmi beş manat qırx qəpik) manat Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycanın İsveçdəki Səfirliyi (Stokholm şəhəri) tərəfindən verilmiş 29.08.2013-cu il tarixli AZ-İİİ seriyalı 011676 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 09.02.2013cü il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1571 nömrəli akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsənin 2(004)- 12122/2016 saylı, 28.10.2016-cı il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh 09.02.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat alimentin sabit pul məbləğində tutulması, Cavabdeh 09.02.2013-cü il təvəllüdlü X4 müayinə və müalicəsinə iddiaçı tərəfindən sərf edilmiş 2863 (iki min səkkiz yüz altmış üç) manat məbləğində pulun yarısı, 1431,50 (bir min dörd yüz otuz bir manat əlli qəpik) manat pul vəsaiti və nümayəndənin göstərdiyi yardıma görə ödənilmiş 100 (bir yüz) manat alınıb iddiaçıya ödənilməsi, Cavabdeh iddiaçı birgə nikah dövrdə anadan olmuş 09.02.2013-cü il təvəllüdlü X4 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka cəlb olunmaqla cavabdehdən hər ay 70 (yetmiş) manat sabit pul məbləği iddiaçıya ödənilməsi qət edilmişdir, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsənin 2(004)-1235/2019 saylı, 05.02.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi tələbinə dair iddia tələbi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsənin 2(004)-12122/2016 saylı, 28.10.2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş 120 (yüz iyirmi) manat olan alimentin miqdarı dəyişdirilərək, 05.02.2019-cu il tarixdən başlayaraq 09.02.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (yüz altmış) manat pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, 12.10.2018-ci il tarixdən 29.10.2020-ci il tarixədək 09.02.2013-cü il təvəllüdlü X5 X3 psixoloji xidmət göstərilmişdir və bu məqsədlə iddiaçı tərəfindən həmin mərkəzə və uşağın digər xərclərinə 2488,40 manat məbləğində pul ödəmişdir. İş materiallarına əlavə olunmuş 12 mart 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən notarius xidmətinə görə 25,40 manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə, alimentin sabit pul məbləğində tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaqlar üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşaqların mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 1 ildən artıq müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(004)-1235/2019 saylı qətnaməsi ilə 09 fevral 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh 09 fevral 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin əlavə xərclərin ödənilməsi ilə bağlı qeyd edir ki, məhkəmə baxışı zamanı işdə olan qəbzlərlə iddiaçı tərəfindən uşağın müalicəsi üçün 2425 manat pulun ödənildiyi müəyyən edilmişdir. Ona görə, 09 fevral 2013-cü il təvəllüdlü X4 “Uşaqautizmi. Kanner sindromu. F-84.0” – dianozu ilə xəstə olması, valideynlərin ailə və maddi vəziyyəti, həmçinin tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, uşağın xəstəliyi ilə əlaqədar cavabdehdən uşağın müalicəsinə çəkilmiş 2425 manat pulun yarısı, yəni 1212,50 manat alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, alimentin artırılması tələbi təmin edildiyindən Cavabdeh 25,40 (iyirmi beş manat qırx qəpik) manat məbləğində məhkəmə xərci İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(004)- 1235/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 09 fevral 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 09 fevral 2013-cü il təvəllüdlü X4 müayinə və müalicəsinə iddiaçı tərəfindən sərf edilmiş 2425 (iki min dörd yüz iyirmi beş) manat məbləğində pulun yarısı, yəni 1212,50 (bir min iki yüz on iki manat əlli qəpik) manat pul vəsaiti və məhkəmə xərci olaraq 25,40 (iyirmi beş manat qırx qəpik) manat alınıb İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3087/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3087/2021
07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver