Məhkəmə qərarları › İş №2(004)-3088/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3088/2022

08.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3088/2022 08.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 3966/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin dəyişdirilməsi, cavabdehdən onun xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin itutulması, cavabdehdən 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-5351/2018 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün 154 manat alimentin tutulması qət edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-3966/2020 saylı qətnaməsi ilə həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(008)-5351/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatandək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Övladı böyüdükcə onun ehtiyacları da artmaqda davam edir. Təkbaşına bu ehtiyacları təmin etməkdə çox çətinlik çəkir. Eyni zamanda cavabdehin maddi imkanı çox yaxşıdır, yəni onun uşağın minimum ehtiyaclarını qarşılamaqdan savayı layiqli həyat səviyyəsini daha yaxşı təmin etməyə gücü çatır. Odur ki, cavabdeh alimentin artırılması mənə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin həlli üçün mediasiya prosesində iştirak etməmişdir. Mediasiya prosesi zamanı 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, məhkəmədən onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 3966/2020 saylı qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı ‘'alimentin artırılması tələbinə dair” iddiası təmin olunaraq, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(008)-5351/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilmiş, cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir “İlkin mediasıya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/3- 00874 saylı arayış iddia ərizəsinə əlavə edilmişdir. ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya xərci iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği hazırda yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, uşağın saxlanılması hər iki valdeyinin vəzifəsi olduğundan, iddia tələbi təmin qismən edilməli, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment dəyişdirilməli, hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment dəyişdirilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq, İddiaçı ödənilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar