Məhkəmə qərarları › İş №2(004)-3106/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3106/2020

12.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3106/2020 12.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “mənzilin tamamilə boşaldılması və mənzilə hüquqların itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “mənzilin tamamilə boşaldılması və mənzilə hüquqların itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X12, Cavabdeh2, Cavabdeh3, X2, Ş.X13, Cavabdeh6, X3, X4, X1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasanal-2 küçəsi, ev 2, 11 saylı mənzildən çıxarılması, mənzilin tamamilə boşaldılması, mülkiyyətçi İddiaçı Aslan oğluna təhvil verilməsi və istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, hal-hazırda cavabdehlərin ona məxsus mənzildə yaşaması və qeydiyyatda qalması onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən cavabdehləri onun mülkiyyətində olan mənzilə dair hüquqları itirilmiş hesab edilməli, pasport qeydiyyatından çıxarılmalı və mənzil tamamilə boşaldılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, öz evi ola-ola evində yaşaya bilmir. O, 2009-cu ildə Cavabdeh8 yanında işləmişdir. 2009-cu ilin sentyabr ayının 25-də o, iddiaçıya müəyyən sənədləri imzalatdırıb, bankdan 50000 manat kredit götürmüşdür. Sonradan bilmişdir ki, onun adına çıxarışla ev vardır. İddiaçının məqsədi odur ki, evi tam boşaltdırsın və sataraq banka olan 69000 manat borcunu ödəsin. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, iddiaçı onun qardaşı Cavabdeh8 yanında işləmişdir. Həmin vaxt “xxxxxxxxxxx” ASC-nin müdiri olan Tofiq adlı şəxs onun qardaşının bacanağıdır. O, qardaşına sənədlərə imza atmaq üçün bir adam tapmağı xahiş etmiş, Emin də sənədlərə baxmadan imza atmış və formal müqavilə bağlanmışdır. Sonradan bankdan kredit götürərkən İddiaçı məlum olmuşdur ki, adında 50000 manat kredit vardır. Tofiq yüzlərlə belə adamları aldadaraq onların adına kredit götürmüşdür, bu məsələdə qardaşının da, İddiaçı də günahı yoxdur. Ev də atasının adınadır və həmin evdə onun bacısı yaşayır, onun yaşamağa başqa yeri yoxdur. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya verilmiş cavabdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 2 saylı evin 11 saylı mənzil ilkin olaraq X5 adına xx.xx.1999-cu il tarixdə ilkin hüquqi qeydiyyata alınmışdır. X5 vəfatından sonra xx.xx.1999-cu il tarixdə mənzil onun vərəsəsi X6 adına qeydə alınmışdır. xx.xx.2006-cı il tarixdə sözügedən mənzil üzərində X7 mülkiyyət hüquqları tanınmışdır. xx.xx.2008-ci il tarixdə bəhs edilən ünvan X6 mülkiyyətinə keçmişdir. xx.xx.2019-cu il tarixdə qeyd olunan əmlak İddiaçı adına qeydə alınmış və hazırda mülkiyyətindədir. İş materiallarında olan DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən də, cavabdehlərin qeyd olunan mübahisəli evdə qeydiyyatda olduğu müəyyən edilmişdir. Məhkəmə ilk olaraq iddia tələbinin cavabdehlərin iddiaçıya məxsus mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsi üzrə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 11 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçib və onun mülkiyyətində olsa da, hazırda həmin mənzil cavabdehlərin istifadəsindədir. Cavabdehlərin mübahisəli evdə qanunsuz yaşamaları iddiaçıların bir mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, cavabdehlərin müvafiq evdə yaşamaları üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, iddiaçı haqlı olaraq, cavabdehlərin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehlər mübahisəli evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli mənzili könüllü olaraq boşaltmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehlərin çıxarılmasını və mənzilin boşaldılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilməsi hissəsi üzrə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalması onun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi istifadə hüququnun itirilməsi hissəsində təmin edilməli, cavabdehlər X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Götərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək iddiaçı cavabdehlər X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildən çıxarılmalı, mənzil boşaldılaraq İddiaçı Aslan oğluna təhvil verilməli, cavabdehlər X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilsin. Cavabdehlər X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildən çıxarılsınlar, mənzil boşaldılaraq İddiaçı Aslan oğluna təhvil verilsin. Cavabdehlər X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar