Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3115/2021 01.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi ilə bağlı yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “alğı-satqı müqaviləsi ilə bağlı yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı MMC-nin xeyrinə 10381,00 manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nə ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 14.10.2020-ci il tarixli, 335 saylı alğı-satqı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı əlavə olan Spesifikasiya aktında adları göstərilən malları "Satıcı” satmağı, "Alıcı" isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən üzərlərinə götürülmüş öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 10 381,00 (on min üç yüz səksən bir manat) AZN məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. 07.12.2020-ci il tarixdə müəssisədaxili audit yoxlaması keçirilmiş və yoxlama əsasında üzləşdirmə aktı tərtib edilmişdir. Hər iki tərəfin iştirakı ilə İikitərəfli qaydada imzalanmış üzləşdirmə akta əsasən, Cavabdeh, "İddiaçı" MMC-yə 10 381,00 AZN borcunun olduğunu təsdiq etmişdir. Müştəriyə borcun ödənilməsi məqsədilə bir neçə dəfə xəbərdarlıqlar edilsə də, qalıq borc bugünə kimi ödənilməmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Həmçinin, 03.03.2021-ci il tarixində iddiaçı tərəfindən Cavabdeh ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 izahatında iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə məhkəmə tərəfin izahatlarını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10381,00 manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Belə ki, alğı-satqı müqaviləsi üzrə iddiaçı öz öhdəliklərini layiqincə yerinə yetmiş, cavabdeh isə bunun qarşılığında öz öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarında olan 14.10.2020-ci il tarixli, 335 saylı alqı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, müqavilə bağlandıqdan sonra İddiaçı MMC “satıcı”, Cavabdeh isə “alıcı” adlanmışdır. Müqaviləyə əsasən, müqavilədə müəyyən edilmiş şərtlər əsasında, spesifikasiyada adları göstərilən malları alıcıya satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 14.10.2020-ci il tarixli, 335 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən edilir ki, satıcı çəkisi 30 kq, qiyməti 6 manat olan Giper Astar məhsulunu, çəkisi 30 kq, qiyməti 6,80 manat olan və çəkisi 25 kq, qiyməti 5,80 manat olan Giper üzlük məhsulunu, çəkisi 30 kq, qiyməti 3,60 manat olan Giper makina suvağı məhsulunu, çəkisi 30 kq, qiyməti 5,10 manat olan Giper birbaşa astar suvağı məhsulunu, çəkisi 30 kq, qiyməti 3,30 manat olan Kartonpiyer Ultra gips məhsulunu, çəkisi 30 kq, qiyməti 3 manat olan və çəkisi 15 kq, qiyməti 1,60 manat olan Giper inşaat gipsini, çəkisi 30 kq, qiyməti 10,30 manat, çəkisi 15 kq, qiyməti 5,30 manat və çəkisi 10 kq, 3,50 manat olan Giper Profipan məhsulunu, çəkisi 40 kq, qiyməti 5 manat və çəkisi 50 kq, qiyməti 5,90 manat olan Azbentonit Universal (M-400) məhsulunu, çəkisi 40 kq, qiyməti 4,50 manat olan və çəkisi 50 kq, qiyməti 5,10 manat olan Azbentonit Standart (M-300) məhsulunu, çəkisi 25 kq, qiyməti 6,70 manat olan Fiber Universal məhsulunu, çəkisi 25 kq, qiyməti 6,20 manat olan Fiber Standart məhsulunu, çəkisi 25 kq, qiyməti 10 manat olan Fiber White məhsulunu, çəkisi 25 kq, qiyməti 10 manat olan Fiber Meqa məhsulunu, çəkisi 25 kq, qiyməti 4,40 manat olan Fiber Penoblok məhsulunu, çəkisi 25 kq, qiyməti 5,30 manat olan Ekstra Prof məhsulunu, çəkisi 1 kq, qiyməti 1,30 manat, çəkisi 20 kq, qiyməti 20 manat, çəkisi 1 kq, qiyməti 1,10 manat, çəkisi 20 kq, qiyməti 15 manat, çəkisi 1 kq, qiyməti 0,90 qəpik və çəkisi 20 kq, qiyməti 12 manat olan Serdol aralıq doldurucularını, çəkisi 20 kq, qiyməti 6 manat olan Fiber Plaster məhsulunu, çəkisi 25 kq, qiyməti 14 olan manat olan Fiber dekorativ suvaq məhsulunu, çəkisi 25 kq, qiyməti 6 manat olan Dekostone dekorativ suvağı, çəkisi 25 kq, qiyməti 13 manat olan Professional ps-100 özüyayılan döşəməni alıcıya təhvil vermişdir. İş materiallarında olan 14.10.2020-ci il tarixli, 335 saylı alqı-satqı müqaviləsinə 2 saylı əlavəyə əsasən müəyyən edilir ki, satıcı çəkisi 40 kq, qiyməti 3,40 manat olan Professional hörgü qarşığı və şəkisi 40 kq, qiyməti 3,40 olan Professional suvaq qarşığını, İzobar 2, İzobar 4, İzobar 7 məhsullarını, çəkisi 20 kq, qiyməti 3,60 manat olan sönmüş əhəngi, çəkisi 18 kq, qiyməti 5,50 manat olan sönmüş əhəng (A class) məhsulunu, çəkisi 1 ton, qiyməti 70 manat olan kalsit tozunu, çəkisi 1 ton, qiyməti 85 manat olan kalsit tozu (A class) məhsulunu, həcmi 1 L, qiyməti 1,25 manat, həcmi 2 L, qiyməti 4,50 manat, həcmi 10 L, qiyməti 9,20 manat, həcmi 20 L, qiyməti 18 manat olan Flora binder məhsulunu, çəkisi 5 kq, qiyməti 7,20 manat, çəkisi 10 kq, qiyməti 13,50 manat, çəkisi 20 kq, qiyməti 26,10 manat olan Giper kontakt məhsulunu , çəkisi 3,5 kq, qiyməti 8,30 manat, çəkisi 10 kq, qiyməti 23 manat, çəkisi 18 kq, qiyməti 37 manat olan Flora akrilik astarı, çəkisi 5 kq, qiyməti 8,30 manat, çəkisi 10 kq, qiyməti 23 manat, çəkisi 25 kq, qiyməti 37 manat olan olan Fiber akrilik məcununu, çəkisi 3,5 kq, qiyməti 7,70 manat, çəkisi 10 kq, qiyməti 20 manat, çəkisi 25 kq, qiyməti 48 manat olan Flora fasad boyasını, çəkisi 3,5 kq, qiyməti 6,40 manat, çəkisi 10 kq, qiyməti 34 manat, çəkisi 25 kq, qiyməti 39 manat olan Flora plastik boyanı, çəkisi 3,5 kq, qiyməti 12,60 manat, çəkisi 10kq, qiyməti 34 manat olan Flora silikonlu fasad boyasını, çəkisi 3,5 kq, qiyməti 9,20 manat, çəkisi 10 kq, qiyməti 25 manat olan, çəkisi 25 kq, qiyməti 58 manat olan Flora plus boya məhsulunu, çəkisi 5 kq, qiyməti 5 manat, çəkisi 10 kq, qiyməti 12,80 manat, çəkisi 25 kq, qiyməti 30 manat olan Flora tavan boyasını, çəkisi 10 kq, qiyməti 32 manat, çəkisi 20 kq, qiyməti 64 manat olan Flora sutut boyanı alıcıya təhvil vermişdir. İş materiallarında olan 14.10.2020-ci il tarixli, 335 saylı alqı-satqı müqaviləsinə 3 saylı əlavəyə əsasən müəyyən edilir ki, həcmi 0,85 L, qiyməti 3.40 manat, həcmi 2.5 L, qiyməti 10,90 manat, həcmi 15 L, qiyməti 63,40 manat olan Flora antipas boya, həcmi 0,85 L, qiyməti 3,90 manat, həcmi 2,5 L, qiyməti 13,30 manat, həcmi 15 L, qiyməti 77,50 manat olan Flora mat boyanı, həcmi 0,85 L, qiyməti 4,50 manat, həcmi 3,75 L, qiyməti 17,60 manat, həcmi 15 L, qiyməti 84 manat olan Flora super mat boyanı, həcmi 0,85 L, qiyməti 5,20 manat, həcmi 2,5 L, qiyməti 14,40 manat, həcmi 15 L, qiyməti 90 manat olan Flora parlaq boyanı, həcmi 0,85 L, qiyməti 5,50 manat, həcmi 3,75 L, qiyməti 19,50 manat, həcmi 15 L, qiyməti 94 manat olan Flora lux parlaq boyanı, həcmi 0,85 L, qiyməti 5,20 manat, həcmi 2,5 L, qiyməti 14,40 manat, həcmi 15 L, qiyməti 90 manat olan Flora pol boyasını, həcmi 0,85 L, qiyməti 5,50 manat, həcmi 2,5 L, qiyməti 19,50 manat, həcmi 15 L, qiyməti 94 manat olan Flora lux pol boyasını, həcmi 0,85 L, qiyməti 3,80 manat, həcmi 3,75 L, qiyməti 12 manat, həcmi 15 L, qiyməti 63,50 manat olan Flora parket lakını, həcmi 1 L, qiyməti 1,65 və həcmi 4 L, qiyməti 5,50 manat olan Flora sintetik tineri alıcıya təhvil vermişdir. İş materiallarında olan 07 dekabr 2020-ci il tarixli üzləşdirmə aktına əsasən müəyyən edilir ki, hər iki tərəf yaranmış borcun 10381,00 manat məbləğində olduğunu təsdiq etmişdir. İş materiallarında olan 01 mart 2021-ci il tarixli, İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış məktuba əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan 17 oktyabr 2018-ci il tarixli, ********** nömrəli nizamnaməyə əsasən müəyyən edilir ki, İddiaçı MMC Vergilər Nazirliyi 2 saylı Ərazi Vergi Departamenti tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 07.06.2018-ci il tarixli, **********706900 nömrəli dövlət reyestrindən çıxarışa əsasən görünür ki, qurumun əvvəlki adı “X3” MMC olmuş, sonradan qurumun adı dəyişdirilmişdir. Qurumun hazırki adı İddiaçı MMC-dir. 19.11.2004-cü il tarixdə qeydiyyata alınmışdır. Dövlət qeydiyyat nömrəsi ********** qeyd olunmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 10381,00 manat əsas borc və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10381 (on min üç yüz səksən bir) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3115/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3115/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver