Məhkəmə qərarları › İş №2(004)-3124/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3124/2023

02.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3124/2023 02.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən və Cavabdeh2 vurulmuş maddi ziyana görə 18000 manat məbləğində pulun onlardan müştərək qaydada tutulmasına dair dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3 aprel 2022-ci il tarixdə, saat 16 radələrində ünvan 1 ünvanında Cavabdeh2 məxsus “Wolksvagen Passat B6” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın baş vermiş və yanğın nəticəsində alov yayılaraq X1 məxsus “Wolksvagen Passat B5” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı və İddiaçı məxsus “İnfinity FX 35” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərinə keçərək avtomobillərin yanaraq yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidmətinin 1-ci Ərazi Dövlət Yanğından Nəzarət İdarəsi tərəfindən yoxlama başlanılmış və araşdırmanın davam etdirilməsi üçün toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinə göndərilərək araşdırma aparılmışdır. 13 may 2022-ci il tarixdə material üzrə araşdırmanın davam etdirilməsi Qaradağ Rayon Polis İdarəsinə göndərilmiş və 17 iyun 2022-ci il tarixdən həmin idarə tərəfindən araşdırılmalar aparılmağa başlanmışdır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, 03 aprel 2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 1 ünvanında yaşadığı evdən çıxaraq özünə məxsus “Wolksvagen Passat B6” markalı, 99-kb- 746 dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşərək mühərriki işə salmış, mühərrikin səsindən nasazlıq olduğunu hiss etmişdir. Təxminən 3-4 dəqiqə sonra avtomobilin sağ arxa tərfindən alov çıxdığını gördükdə dərhal avtomobili tərk etmiş, bu zaman alov avtomobili bürümüşdür. Alov yayılaraq X1 məxsus “Wolksvagen Passat B6” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı və İddiaçı məxsus “İnfinity FX 35” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərinə keçmiş, nəticədə avtomobillər yanaraq yararsız vəziyyətə düşmüşdür. Ümumilikdə dəymiş maddi ziyan 38000 manatdır. İddiaçı və digər zərərçəkmiş şəxs hadisənin Cavabdeh2 avtomobilinin yanması nəticəsində onlara maddi ziyanın dəydiyini və şikayətçi olduqlarını bildirmişlər. 18 yanvar 2023-cü il tarixdə 05/01-125 nömrəli məktubla "xxxx" ASC-nin İdarə Heyətinin cavab məktubunda göstərilmişdir ki, “İcbari sığortalar haqqında” Qanunun 13.2-ci madddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına dəymiş və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Odur ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən hadisənin baş verməsində Cavabdeh2 Akif oğlunun təqsiri müəyyən edilmədiyindən baş vermiş yolnəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir və sığorta ödənişinin verilməsi qeyrimümkündür. Baş vermiş hadisə ilə bağlı iddiaçının avtomobilinin yararsız vəziyyətə düşməsi nəticəsində iddiaçıya vurulmuş maddi zərər 18000 manat təşkil etmişdir. Daha sonra cavabdeh "xxxx" ASC-nin nümayəndəsi İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, qeyd edilənlərlə iddianın tamamilə əsassız olduğu sübuta yetirilir və bu səbəbdən rədd edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli FHN-nin DYNX-nin 1-ci Ərazi DYN-i tərəfindən tərtib olunmuş “Yanğın haqqında akt”-dan aydın şəkildə görünür ki, yanğının baş verməsində heç bir təqsirli şəxs müəyyən olunmamışdır. Yanğının baş vermə səbəbi isə Cavabdeh2 məxsus “Volkswagen Passat B6” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq nasosu və elektrik naqillərində qısa qapanmanın baş verməsidir. Qeyd olunan faktları FHN-nin Əməliyyat- İstintaq İdarəsinin iddiaçının vəkili Vəkil xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli məktub və Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Muxtar Muxtarov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı da təsdiq edir. Göründüyü kimi, hadisə "xxxx" ASC tərəfindən mülki məsuliyyəti sığortalanan Cavabdeh2 heç bir təqsiri olmadan baş vermişdir. Buna görə də, bu hadisə sığorta hadisəsi hesab oluna bilməz və "xxxx" ASC tərəfindən hər hansı sığorta ödənişinin edilməsi qeyri-mümkündür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsinə dair iddia tələbinin cavabdeh "xxxx" ASC-yə münasibətdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddianı müdafiə edir. Tələbi sığorta hadisəsi ilə bağlıdır. Bu hadisə 03 aprel 2022-ci il tarixdə baş vermişdir. ünvan 1 ünvanında Cavabdeh2 məxsus “Wolksvagen Passat B5” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın baş vermiş və yanğın nəticəsində alov yayılaraq X1 məxsus və İddiaçı məxsus “İnfiniti FX 35” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərinə keçərək avtomobillərin yanaraq yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur. Sığorta şirkəti belə bir qərar qəbul edib ki, bu hadisə istismar nəticəsində olmadığına görə sığorta məbləği ödənilə bilməz. Lakin istismar dedikdə sığorta şirkətinin nəyi nəzərdə tutduğunu anlamadı. Onlar müxtəlif orqanlara müraciət etdi. "xxxx" ASC-dən belə bir cavab aldı ki, “sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına dəymiş və əmlakına vurulmuş zərərinin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Odur ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən hadisənin baş verməsində Cavabdeh2 Akif oğlunun təqsiri müəyyən edilmədiyindən baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir və sığorta ödənişinin verilməsi qeyri-mümkündür.” Bu avtomobilin istismarı nəticəsində dəyən ziyandır. Cavabdeh2 avtomobili işə salıb, bir neçə dəqiqə keçəndən sonra artıq bu hadisə baş verib. X3 Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin 30 dekabr 2022-ci il tarixli, xx/xx-08814 nömrəli məktubunda qeyd olunur ki, “baş vermiş yanğın hadisəsi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində deyil, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması səbəbindən baş verdiyi üçün 0525 saylı material 13 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumuna aidiyyatı üzrə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilmişdir.” Buradan da görünür ki, hadisə istismar nəticəsində baş verib. Qarşı tərəfin əsas arqumenti cinayət hadisəsinin olmamasıdır. Sığorta məbləği cinayət hadisəsinə görə verilmir. Hadisə baş verib və ona görə sığorta məbləğini istəyirlər. Sığorta şirkəti məbləği ödədikdən sonra yerdə qalan məbləği də Cavabdeh2 ödəməlidir. Çünki hadisə ona məxsus olan avtomobildə baş verib. Digər zərərçəkmiş şikayət verməsə də, onlar dəyən ziyanı tələb edir. Həmçinin sığorta şirkəti avtomobilə dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı hərəkətlər etməli idi. Lakin bu işlə bağlı heç nə edilməyib. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Hadisə baş vermişdir, bu işin mübahisəsiz halıdır. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsində araşdırılma aparılmışdır və daha sonra Qaradağ Rayon Polis İdarəsinə göndərilib. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda cinayət hadisəsi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunub. Eyni zamanda həmin hadisənin baş verməsində təqsirli şəxslər müəyyən olunmayıb və səbəb kimi elektrik naqillərində olan qısa qapanma göstərilmişdir. Nəqliyyatdan istifadə qaydalarının pozulması ilə bağlı hər hansı qeyd aparılmayıb. Nəqliyyatdan istismarın pozulması faktı burada öz əksini tapmayıb. Digər tərəfdən, adətən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul ediləndə cinayət tərkibinin olmamasına görə bu qərar qəbul olunur və inzibati məsuliyyətə cəlb olunması ilə bağlı aidiyyatı polis idarəsinə göndərilməsi ilə bağlı göstəriş verir. Lakin burada heç ona da qiymət verilməyib. Belə hesab edir ki, sığorta hadisəsi baş verməyib, sığorta hadisəsi olmadığına görə də sığorta ödənişi verilə bilməz. Yanğın olub, ilk olaraq Cavabdeh2 avtomobili yanıb. Cavabdeh2 onların müştərisidir. Hadisə ona görə sığorta hadisəsi deyil ki, Cavabdeh2 təqsiri üzündən baş verməyib. Burada istismar olmayıb. Sürücü avtomobili idarə etdiyi vaxt avtomobil istismar olunur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirib ki, iddianı qəbul etmir. 03 aprel saat 16:00 radələrində avtomobilə əyləşdi və avtomobili işə saldığında avtomobilin yanacaq hissəsində yanğın hadisəsi baş verdi. Yanğın arxadan yayılmağa başladı. Benzin olan yerdə yanğın baş verdikdə onu söndürmək mümkün olmur. 20 dəqiqə ərzində 3 avtomobil ziyan çəkmişdir. Avtomobildə yanğın balonu var idi. Avtomobil həyətdə durmuşdu. Avtomobilə daxil olduqdan 10 dəqiqəyə avtomobil işləmişdir. 10 dəqiqə sonra yerindən tərpənmək istəyəndə avtomobildə yüngün nasazlıq hiss eləmişdir. Biraz qaz verməklə avtomobil düzəldi, lakin arxa oturacağın altından alov çıxdı və yuxarı qalxdı. Qapını açarkən alov başının üstünə kimi gəldi. Avtomobilin həm alt hissəsindən, həm də içəri hissəsindən alov şiddətləndi. Avtomobil 2008-ci ilindir. İddiaçının avtomobilinin yarısına qədər yandı. 20 dəqiqə ərzində yanğınsöndürənlər gəldi. Həmin müddət ərzində 3 avtomobil yandı. Yanğın onun avtomobilindən başlayıb. Onun təqsiri yoxdur. İddiaçının evinə də getmişdir, evlərində heç kəs yox idi. Hazırda işləmir. İşi avtomobilə bağlı olduğu üçün işləyə bilmir. Qiymət çox olduğu üçün ödəməyə onun gücü çatmaz. Hal-hazırda hər hansısa məbləği ödəmək imkanı yoxdur. Qonşusuna da bildirmişdir ki, iş tapandan sonra razılığa gələ bilərlər. Aralarında konflikt də yarandı. Məhkəmə iş üzrə izahatları və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisində sığortalı “Wolksvagen Passat B6” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanması nəticəsində “Wolksvagen Passat B5” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı və “İnfiniti FX 35” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi ziyan dəymişdir. Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Muxtar Muxtarov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən nəqliyyat vasitəsində yanğın yanacaq nasosunda və elektrik naqillərində qısaqapanmanın yaranmasından baş vermişdir. İcbari sığortalar haqqında Qanunun 13.2-ci maddəsinə və AR MM-nin 1096-cı maddəsinə və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən hadisənin baş verməsində Cavabdeh2 Akif oğlunun təqsiri müəyyən edilmədiyi üçün baş vermiş yol nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir və tərəflərindən sığorta ödənişinin verilməsi qeyri-mümkündür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Yanğın haqqında Aktdan görünür ki, Cavabdeh2 məxsus “Wolksvagen Passat B6” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın nəqliyyat vasitəsində yanğın yanacaq nasosunda və elektrik naqillərində qısaqapanmanın yaranmasından baş vermişdir. İş materiallarında olan 255535 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “İnfiniti FX 35” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 14 sentyabr 2023-cü il tarixli, 69 və 70 nömrəli “İnfiniti FX 35” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin və xx.xx.2022-ci il tarixə bazar dəyərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyinə əsasən İddiaçı məxsus olan “İnfiniti FX 35” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 17100 manat, dəyən zərər isə təmir xərci ilə birlikdə 16585 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında veridkləri izahatlarla müəyyən edilmişdir ki, 3 aprel 2022-ci il tarixdə, saat 16 radələrində ünvan 1 ünvanında Cavabdeh2 məxsus “Wolksvagen Passat B6” markalı, **- KB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın baş vermiş və yanğın nəticəsində alov yayılaraq X1 məxsus “Wolksvagen Passat B5” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı və İddiaçı məxsus “İnfinity FX 35” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərinə keçərək avtomobillərin yanaraq yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur. 2022-ci il aprel tarixli Yanğın haqqında Aktdan görünür ki, Cavabdeh2 məxsus “Wolksvagen Passat B6” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın nəqliyyat vasitəsində yanğın yanacaq nasosunda və elektrik naqillərində qısaqapanmanın yaranmasından baş vermişdir. Hazırda İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən və Cavabdeh2 vurulmuş maddi ziyana görə 18000 manat məbləğində pulun onlardan müştərək qaydada tutulmasına dair dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi "xxxx" ASC-dən pulun tutulması hissəsində təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Yanğın haqqında akt”-dan aydın şəkildə görünür ki, yanğının baş verməsində heç bir təqsirli şəxs müəyyən olunmamışdır. Yanğının baş vermə səbəbi isə Cavabdeh2 məxsus “Volkswagen Passat B6” markalı, **- KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq nasosu və elektrik naqillərində qısa qapanmanın baş verməsidir. Qeyd olunan faktları Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Muxtar Muxtarov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı da təsdiq edir. Göründüyü kimi, hadisə "xxxx" ASC tərəfindən mülki məsuliyyəti sığortalanan Cavabdeh2 heç bir təqsiri olmadan baş vermişdir. Buna görə də, bu hadisə sığorta hadisəsi hesab oluna bilməz və "xxxx" ASC tərəfindən hər hansı sığorta ödənişinin edilməsi qeyri-mümkündür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Odur ki, iddia tələbi "xxxx" ASC-yə münasibətdə təmin edilməməlidir. Odur ki, məhkəmə iclasda tədqiq olunmuş sübutları və "xxxx" MMC-nin 14 sentyabr 2023-cü il tarixli, 69 və 70 nömrəli “İnfiniti FX 35” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin və xx.xx.2022-ci il tarixə bazar dəyərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyini rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 16585 (on altı min beş yüz səksən beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 16585 (on altı min beş yüz səksən beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar