Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-313/2024 07.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilindən illərlə su axıntısı nəticəsində ona dəymiş maddi zərərə görə 5000 manat, həmçinin tərəfindən ödənilmiş bütün məhkəmə xərclərinin ödənilməsi barədə və su axıntısına səbəb olan nasazlığın aradan qaldırılmasının cavabdehə tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilindən su axıntısı nəticəsində dəymiş maddi zərərə görə 5000 manat, həmçinin məhkəməyə ödənilmiş 71 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır və həmin mənzilin mülkiyyətçisidir. Təqribən 2020-ci ilin sonlarından etibarən üst qonşusu - Cavabdeh məxsus ünvan 2 ünvanından mütəmadi axan su sızıntısı nəticəsində onun mənzili yararsız vəziyyətə düşmüşdür. Belə ki, Cavabdeh sözügedən mənzili satın alan gündən (2020-ci ilin sonu) etibarən mütəmadi olaraq - ayda bir neçə dəfə olmaqla kirayəşinlər yaşayan mənzildən su axması nəticəsində onun mənzilinin yenilənmiş təmirinə ciddi zərər dəymişdir. Mənzilin yararsız vəziyyətə düşməsi barədə 22 saylı MKİS-ə müraciət etmişdir. 22 saylı MKİS-in sahə nəzarətçisi, mühəndisi və çilingər-santexniki tərəfindən mənzilə baxış keçirilmiş, mənzilin həqiqətən də yararsız vəziyyətə düşməsi barədə akt tərtib edilmişdir. Mənzilin tavanı, divarları, döşəməsi islanaraq çürümüş, qaralmış, kif göbələyi əmələ gəlmiş, eyni zamanda elektrik sistemi, naqillər sıradan çıxmışdır. Hal-hazırda mənzilin əsaslı təmir olunmasına ehtiyac yaranmışdır. Mənzilin təmiri üçün təxmini ilkin hesablamalara görə 5000 manat pul vəsaiti tələb olunur. Cavabdehə bu barədə dəfələrlə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini ekspert rəyində nəzərdə tutulmuş məbləğdə qəbul etdiklərini, iddiaçıya dəymiş maddi ziyanın ödənilməsinə cavabdehin etiraz etmədiyini, iddia tələbini digər hissələrdə qəbul etmədiklərini bildirmişdir. Beləliklə məhkəmə tərəflərin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 22 saylı Mənzil Kommunal İstismar sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, ünvan 3 ünvanına vizual baxış keçirərkən məlum olmuşdur ki, həqiqətən də Cavabdeh məxsus 12 saylı mənzildən su axması nəticəsində 9 saylı mənzilin dəhlizinin, hamamxanasının tavanına, mətbəxinin, yataq otağının divar və tavanına ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 26 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/9396 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 78 ünvanında yerləşən 9 saylı mənzildə su sızma əticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1169 manar məbləğində müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı 70 manat məbləğində dövlət rüsumunu məhkəmənin hesabına köçürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 78 ünvanında yerləşən 9 saylı mənzilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 78 ünvanında yerləşən 12 saylı mənzildən 2020-ci ilin sonlarından başlayaraq bir neçə dəfə su axıdılmış, nəticədə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 78 ünvanında yerləşən 9 saylı mənzilə zərər dəymişdir. Hazırda İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilindən su axıntısı nəticəsində dəymiş maddi zərərə görə 5000 manat, həmçinin məhkəməyə ödənilmiş 71 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan mənzilə su Cavabdeh mənzilindən axmış, baş vermiş hadisəyə görə cavabdehin təqsirli olduğu və baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus mənzilə maddi zərər vurulması iş materiallarına əlavə edilmiş sənədlər ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində mənzilə vurulmuş zərərə görə Cavabdeh mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, dəymiş zərərin məbləği Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 26 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/9396 nömrəli ekspert rəyindəki məbləğ əsas götürülməklə müəyyən edilməli və Cavabdeh vurulmuş maddi zərərə görə 1169 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 70 manatın 16,37 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə, yəni 53,63 (əlli üç manat altmış üç qəpik) manat (70-16,37=53,63) iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 1169 (bir min yüz altmış doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 16,37 (on altı manat otuz yeddi qəpik) manat pul alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 53,63 (əlli üç manat altmış üç qəpik) manat (70-16,37=53,63) iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 1169 (bir min yüz altmış doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 16,37 (on altı manat otuz yeddi qəpik) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 53,63 (əlli üç manat altmış üç qəpik) manat (70-16,37=53,63) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-313/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-313/2024
07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver