Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3147/2023 24.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X17 qarşı “mənzilin və mənzildə olan əşyaların qanunsuz satılması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X17 qarşı “mənzilin və mənzildə olan əşyaların qanunsuz satılması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olmuş Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilin (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) Cavabdeh tərəfindən qanunsuz olaraq X3 nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 382.000 manat və ödənilmiş 673 manat dövlət rüsumu olmaqla, cəmi 382.673 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh əməlində cinayətin əlamətləri olduğu üçün barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilini (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) 2002-ci ildə "xxxx" Mənzil Kooperativindən dəyərini ödəyərək almışdır. Həmin mənzilə dair onun adına Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2009-cu il tarixli 034202 saylı order verilmişdir. O, mənzili əsaslı və bahalı təmir etdirib bütün mebel avadanlıqları ilə təchiz edərək, oraya köçmüş və 2013-cü ilin dekabr ayınadək orada yaşamışdır. Sonra şəxsi işləri ilə bağlı zərurət yarandığından başqa yerə köçmüş və mənzil boş qalmışdır. Bunu bilən "xxxx" MTK İdarə Heyətinin sədri X24 mənzili baha qiymətə kirayəyə verməyi ona bir neçə dəfə təklif etmişdir. O, razılaşaraq mənzilin açarlarını Kooperativin sədri Emil Məhərrəmova vermişdir ki, kirayəyə versin. Emil Məhərrəmov həmin mənzili 2014-cü ilin fevral ayından kirayəyə vermiş və 2017-ci ilin sentyabr ayı da daxil olmaqla ona hər ay 800 manat kirayə haqqı ödəmişdir. X30 adlı şəxs 2017-ci ilin oktyabr ayında zəng edərək, ona məxsus mənzili aldığını və onunla görüşmək istədiyini bildirmişdir. Vüqar Cəfərov adlı şəxs onunla görüşmüş və xeyli söhbətdən sonra məlum olmuşdur ki, onun mənzilini Emil Məhərrəmov qanunsuz olaraq Vüqar Cəfərova satmışdır. Bundan sonra, o, mənzilinə getmiş və mənzildə tanımadığı Cavabdeh ailə üzvləri ilə birlikdə yaşadığının şahidi olmuşdur. Cavabdeh həmin mənzili koooperativin sədri Emil Məhərrəmovdan aldığını bildirmişdir. O, mənzilin və içindəki bütün mebel və avadanlıqların onun olduğunu, mənzilin Cavabdeh qanunsuz satıldığını və mənzilini boşaltmağı Cavabdeh tələb etmişdir. Lakin Cavabdeh onunla razılaşmamış və mənzildən çıxmamışdır. Sonradan R.Hacyev onunla razılaşaraq mənzili qısa müddətdə tərk edəcəklərini söyləsə də, vədinə əməl etməmişdir. Eyni zamanda bütün baş verənlərlə bağlı apardığı araşdırmalar nəticəsində ona məlum olmuşdur ki, X24 "xxxx" MTK-nın sədri vəzifəsində işləyərkən öz qulluq səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə bir neçə şəxslə cinayət əlaqəsinə girərək ona və digər payçı şəxslərə məxsus olan mənzilləri cinayət yolu ilə başqa-başqa adamlara satmışdır. Nəticədə isə Emil Məhərrəmov çoxsaylı şikayətlər əsasında əvvəlcə istintaqa cəlb edilmiş, sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə X24 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, ona məxsus Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzili "xxxx" MTK-nın xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı əsasında X12, xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı əsasında X25, xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı əsasında Cavabdeh satılmışdır. Hökmdə "xxxx" Mənzil Tikinti Kooperativinin ofisindən götürülmüş Bakı şəhəri İ.Qutqaşınlı küçəsində yerləşən 3 və 4 nömrəli binaların sakinlərinin siyahısı və onların adlarına tərtib edilmiş orderlər əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzili ona məxsusdur və həmin mənzil üzərində onun mülkiyyət hüququ mövcuddur. Hökmlə zərərçəkmiş şəxslərdən yuxarıda göstərilən X22 təqsirləndirilən şəxs X18 qarşı mülki iddiası qismən, yəni 170.030 manat məbləğində təmin edilmiş, qalan hissədə, yəni bank faizinə görə 49.199 manat və mənəvi ziyana görə 50.000 manat hissəsində isə baxılmamış saxlanılaraq həmin hissənin mülki mühakimə icraatı qaydasında vermək hüququ V.Cəfərova izah edilmişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə mənzili tərk etmədiklərinə görə o, Yasamal Rayon Məhkəməsində Cavabdeh və onunla birlikdə yaşayan X13, X19 və X7rşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair” iddia qaldırmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-710/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə ilə mənzil onun mülkiyyəti hesab edilmiş, həmin mənzilin cavabdehlərin qanunsuz istifadəsində olması, onların həmin mənzildən çıxarılaraq mənzilin onun istifadəsinə və sahibliyinə verilməli olması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4124/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-710/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verilmişdir. Cavabdeh qarşı mənzildən çıxarılma tələbinin təmin olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və cinayət işi üzrə hökm olmasına baxmayaraq, Cavabdeh mənzili xx.xx.2019-cu il tarixdə gizli olaraq öz adına ilkin olaraq özəlləşdirmş və sonra da mənzili boşaldaraq ona təhvil vermişdir. Bundan sonra dələduzluq edərək ona məxsus mənzili xx.xx.2019cu il tarixdə 3 saylı “Asan Xidmət” Mərkəzinin notariusunda alqı-satqı müqaviləsinə əsasən X4. Cavabdeh hər dəfə ondan xahiş etmişdir ki, vaxt versin, qısa müddət ərzində mənzildən çıxacaq. Lakin bu müddət ərzində Cavabdeh mənzili öz adına rəsmiləşdirməklə məşğul imiş, 2019-cu ilin avqustun axırında Rəvan özü könüllü şəkildə mənzili boşaldıb ona vermişdir. Sonradan məlum olur ki, Cavabdeh avqustun 31-də çıxarış alır və mənzil faktiki olaraq onda olduğu halda Nailə Namazovaya satmışdır. Təqribən iki ay keçəndən sonra, sonradan Nailə Namazova olduğunu bildiyi qadın yanında bir nəfər şəxslə gəlmişdir ki, bu mənzil onundur. Həmin vaxt mübahisə düşmüşdür, DİN 102 xidmətinə zəng etmişlər, polis bölməsinə gedib izahat vermişlər. Orada məlum olmuşdur ki, Nailə Namazova mənzili Cavabdeh almışdır. O, tələb etmişdir ki, bu məsələni aydınlaşdırmaq üçün Cavabdeh bölməyə gəlsin. Polis işçilərinin zənginə bir saata gəlirəm desə də, Cavabdeh gəlməmişdir. Bu hadisədən xeyli müddət keçsə də, o, öz mənzilində yaşamışdır. Bu müddət ərzində X39 Hacıyevin onu aldatması ilə əlaqədar heç bir yerə şikayət etməmişdir. Mənzil xx.xx.2019-cu il tarixdə Nailə Namazovanın adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Həmin cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs kimi tanınmışdır. Cavabdeh cinayət işi üzrə zərərçəkmiş kimi tanındığı üçün ona dəymiş 173.000 manat ziyanın qarşılığında "xxxx" MTK tərəfindən Cavabdeh ümumi sahəsi 137 kv.m olan iki mənzil verilmişdir. Göründüyü kimi, Cavabdeh onun mənzilini almaq üçün "xxxx" MTK-nın sədri Emil Məhərrəmova ödədiyi 173.000 manatın əvəzində "xxxx" MTK-da ümumi sahəsi 137.00 kv.m olan iki mənzil almış, həmçinin aldatma və etibardan sui-istifadə etməklə ona məxsus mənzili qanunsuz olaraq öz adına özəlləşdirmiş və daha sonra Nailə Namazovaya satmaqla, ona külli miqdarda zərər vurmaqla mənzilindən məhrum etmişdir. Çünki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-138/2021 saylı qətnaməsi ilə onun məxsus Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X1 dair "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin mənzilin X5 dair "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin mənzilin Cavabdeh satılmasına dair "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, həmin mənzil barəsində Cavabdeh ilə X26 arasında 3 saylı “Asan Xidmət” mərkəzində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barəsində X15 adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərərk, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6, 7 saylı mənzilin boşaldılaraq X17 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6791/2021 nömrəli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-138/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegyasının xx.xx.2022-ci il tarixli 2(102)- 958/2022 nömrəli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6791/2021 nömrəli qətnaməsi qismən - mənzilin "xxxx" Mənzil Kooperativi tərəfindən ilk iddia üzrə cavabdehlər X12, X27, Cavabdeh satılmasına dair iclas protokolları və maliyyə arayışlarının, eləcə də həmin mənzilə dair Cavabdeh adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmişdir. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Qətnamə ilk iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-3527/2022 nömrəli qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-138/2021 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X1 dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokulu və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X5 dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin Cavabdeh satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı etibarsız hesab edilmişdir. Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarış ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegyasının xx.xx.2022-ci il tarixli 2(102)- 5852/2022 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-3527/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzillə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-138/2021 nömrəli qətnaməsi 2023-cü ilin yanvar ayında icra edilmiş və o, ailə üzvləri ilə birlikdə mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilindən (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) çıxarılmış və mənzil alıcı X17 təhvil verilmişdir. Göründüyü kimi, Cavabdeh qanunsuz olaraq ona məxsus olan mənzili öz adına özəlləşdirərək X6, onu mülkiyyətindən məhrum etmiş və ona dələduzluq yolu ilə külli miqdarda maddi ziyan vurmuşdur. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində qanuni şəkildə əldə etdiyi mənzil onun qanuni sahibliyindən çıxmışdır. Ona məxsus olan Bakı şəhəri İ.Qutqaşınlı küçəsi 3 nömrəli 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, 124 kv.metr sahəsi olan 7 saylı mənzilin bazar qiyməti, bir kvadrat metri 2500 manat olmaqla, 322.500 manat təşkil edir. Bundan başqa Cavabdeh evdə olan mebel dəstlərini, televizor və digər əşyaları götürərək, ona daşınar əşyaları ilə bağlı 60.000 manat maddi zərər vurmuşdur. Cavabdeh özü də etiraf etmişdir ki, evdəki əşyalar ondadır və başqa yerə qoymuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə və “AZEMİS” vasitəsilə ********** nömrəli mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahatında bildirdi ki, X26 xx.xx.2019-cu il tarixdə dəyərini ödəməklə Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilini (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) Cavabdeh sıtın almışdır. xx.xx.2019cu il tarixli çıxarışa əsasən mənzil X15 mülkiyyətindədir. Tərəflər arasında uzun müddətli məhkəmə mübahisəsi olmuş və mənzil boşaldılaraq X17 təhvil verilmişdir. İddianın həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, proses iştirakçılarının izahatları, işdə olan rəsmi sənədlər və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edilir ki, X8 "xxxx" MTK İdarə Heyəti sədrinə ünvanladığı 12 sentyabr 2009-cu il tarixli ərizəsinə əsasən X14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1989-cu il tarixli, 177 saylı qərarının 14-cü bəndinə uyğun olaraq MTK-nın Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 m2 sahəsi olan 7 nömrəli mənzili və pay haqqını vətəndaş İddiaçı verdiyini göstərərək kooperativ üzvlüyündən azad olunmasını xahiş etmişdir. "xxxx" MTK tərəfindən verilmiş MK-01/05 nömrəli 19 sentyabr 2009-cu il tarixli maliyyə arayışına əsasən "xxxx" MTK-nın üzvü X16 Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 m2 sahəsi olan 7 nömrəli mənzilin dəyərini tam ödəmişdir və MTK-ya borcu olmamışdır. "xxxx" MTK üzvlərinin iclasının 18 nömrəli protokolundan 19 sentyabr 2009-cu il tarixli çıxarışa əsasən X14 ərizəsinə əsasən MTK üzvlüyündən azad edilmiş, ünvan 2 ünvanında 1-ci giriş, 3-cü mərtəbə, yaşayış sahəsi 80,9 m2 olan 4 otaqlı, 7 saylı mənzil və pay haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1989-cu il tarixli 177 saylı qərarının 14cü bəndinə uyğun olaraq vətəndaş X10 adından vətəndaş İddiaçı adına keçirilmiş və bir nəfər ailə üzvü ilə İddiaçı kooperativə üzv qəbul edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 034202 nömrəli 30 sentyabr 2009-cu il tarixli orderə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 nömrəli evdə yerləşən 4 otaqlı, 80,9 m2 sahəsi olan 7 nömrəli mənzildə yaşayış sahəsindən istifadə və sahibilk hüququ olmuşdur. ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13 yanvar 2020-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Q.Xəlilov küçəsi, 6-cı bina 7 nömrəli mənzil ilkin olaraq Cavabdeh adına "xxxx" Mənzil Kooperativinin MK-01/05 nömrəli xx.xx.2016-cı il tarixli maliyyə arayışı, "xxxx" Mənzil Kooperativinin BMK-22/19 nömrəli xx.xx.2019-cu il tarixli arayışı və "xxxx" Mənzil Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli 01 nömrəli protokolundan çıxarış əsasında xx.xx.2019-cu il tarixdə ilkin qeydiyyatdan keçmişdir. Sonradan 3 saylı “Asan Xidmət” mərkəzinin xx.xx.2019-cu il tarixli 4Ə-1712 reyestrli alqı-satqı müqaviləsinə əsasən X15 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-77/2019 nömrəli hökmünə əsasən "xxxx" X23 Heyətinin sədri vəzifəsində işləmiş X24 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, ona qəti olaraq 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, "xxxx" MK-nın İdarə Heyətinin sədri vəzifəsində işləmiş X24 Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi 6 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 3) 3-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 80,9 kv metr olan, 4 otaqlı, 7 saylı mənzilin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativi Təsərrüfatı İdarəsinin xx.xx.2009-cu il tarixli 034202 nömrəli orderi əsasında hazırkı mülki iş üzrə İddiaçı məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək, həmin mənzilin Ruhin Əsgərova məxsus olduğunu deyib, alıcıları aldadaraq əvvəlcə X12, sonra X27, üçüncü dəfə isə Cavabdeh satmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-710/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, X20, X28 və X7rşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 3, 7 nömrəli mənzilin boşaldılmaqla, İddiaçı istifadəsi və sahibliyinə verilməsi, həmin mənzilə cavabdehlər Cavabdeh, X20, X28 və X9 istifadə hüquqları itirilmiş hesab olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4124/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-710/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-710/2018 nömrəli qətnaməsi xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)- 15/2020 nömrəli qərarı ilə Cavabdehkassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küşəsi 6 nömrəli binada yerləşən ümumi sahəsi 124 m2 olan 7 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 12, M3, m. 3) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına 31 avqust 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Cavabdeh ilə X26 arasında bağlanmış 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küşəsi 6 nömrəli binada yerləşən ümumi sahəsi 124 m2 olan 7 nömrəli mənzil Cavabdeh tərəfindən 145.000 manata X2. ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küşəsi 6 nömrəli binada yerləşən ümumi sahəsi 124 m2 olan 7 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 12, M3, m. 3) tam mülkiyyət hüququ üzrə X15 adına 10 oktyabr 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-138/2021 saylı qətnaməsi ilə İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti cəlb olunmaqla cavabdehlər Cavabdeh, X26, Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzinin notariat kontoru, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, X21, X31, ”Bakı” Mənzil Kooperativinə qarşı “İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X1 dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X5 dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı i l tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin Cavabdeh satılmasına dair “Bakı" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzil barəsində Cavabdeh ilə X26 arasında 3 saylı “Asan Xidmət” mərkəzində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1712 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barəsində X15 adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi” tələbinə iddiası rədd edilmişdir. Cavabdeh X15 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Cavabdeh, Bakı Mənzil Kooperativi və DƏDRİX-in 1 saylı ərazi idarəsi cəlb olunmaqla İddiaçı qarşı “mənzilin təhvil verilməsi, orderin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası qəsmən təmin edilmişdir. Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi 6 nömrəli evin 7 saylı mənzilinin boşaldılaraq X17 təhvil verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6791/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-138/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegyasının xx.xx.2022-ci il tarixli 2(102)- 958/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6791/2021 nömrəli qətnaməsi qismən - mənzilin "xxxx" Mənzil Kooperativi tərəfindən ilk iddia üzrə cavabdehlər X12, X27, Cavabdeh satılmasına dair iclas protokolları və maliyyə arayışlarının, eləcə də həmin mənzilə dair Cavabdeh adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmişdir. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Qətnamə ilk iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-3527/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-138/2021 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X1 dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokulu və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin X5 dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin Cavabdeh satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı etibarsız hesab edilmişdir. Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarış ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegyasının xx.xx.2022-ci il tarixli 2(102)- 5852/2022 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-3527/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 saylı evin 7 saylı mənzilinin satılmasına dair "xxxx" Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzillə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-138/2021 nömrəli qətnaməsi 2023-cü ilin yanvar ayında icra edilmiş və İddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilindən (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) çıxarılmış və mənzil alıcı X17 təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, Cavabdeh bilə-bilə qəsdən qanunsuz olaraq İddiaçı məxsus olan mənzili aldatma və etibardan sui-istifadə etməklə gizli olaraq xx.xx.2019-cu il tarixdə öz adına özəlləşdirərək, ilkin qeydiyyatdan keçirtmiş, sonra isə həmin mənzili xx.xx.2019-cu il tarixdə X6, İddiaçı mülkiyyətində olan mənzildən məhrum etmiş, ona külli miqdarda maddi ziyan vurmaqla əmlakını qanunsuz olaraq özgəninkiləşdirməklə, pulunu ələ keçirmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində qanuni şəkildə əldə etdiyi mənzil İddiaçı qanuni sahibliyindən çıxmışdır. "xxxx" MTK xx.xx.2022-ci il tarixli 08 nömrəli məktubla 4 saylı Vəkil Bürosununun şifahi sorğusuna cavab verərək bildirmişdir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq işinin yekununa əsasən zərərçəkmiş kimi tanınan Cavabdeh 173.000 manat dəymiş ziyanın qarşılığında "xxxx" MTK tərəfindən ümumi sahəsi 137 kv.m olan mənzillə təmin edilmişdir. Qoşma Cavabdeh ərizəsi. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş kimi tanınan Cavabdeh "xxxx" MTK-nın sədrinə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xx.xx.2020-ci il tarixdə ərizə verərək bildirmişdir ki, ona dəymiş 173.000 manat ziyan "xxxx" MTK tərəfindən tam şəkildə ödənildi. Ziyanla bağlı "xxxx" MTK tərəfindən 137 kv.m sahəsi olan mənzillə təmin olundu. Gələcəkdə maddi və mənəvi ziyanla bağlı heç bir orqan qarşısında iddia və tələbi olmayacağına təminat verir. Sözlərini imzası ilə təsdiq edir. Cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs kimi tanınmışdır. Cavabdeh cinayət işi üzrə zərərçəkmiş kimi tanındığı üçün ona dəymiş 173.000 manat ziyanın qarşılığında "xxxx" MTK tərəfindən Cavabdeh ümumi sahəsi 137 kv.m olan mənzil verilmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı məxsus olan mənzili almaq üçün "xxxx" MTK-nın sədri Emil Məhərrəmova ödədiyi 173.000 manatın əvəzində "xxxx" MTK-dan ümumi sahəsi 137 kv.m olan mənzil almışdır, həmçinin aldatma və etibardan sui-istifadə etməklə İddiaçı məxsus mənzili qanunsuz olaraq öz adına özəlləşdirmiş və daha sonra Nailə Namazovaya satmaqla, İddiaçı külli miqdarda maddi zərər vurmaqla, onu mənzilindən məhrum etmişdir. İddiaçı məxsus olmuş Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilinin (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) dəyəri hazırda həmin ərazidə olan bazar qiymətlərinə uyğun olaraq 1 kv.m 2.500 manat olmaqla, 124 kv.m x 2.500 manat = 310.000 manat təşkil edir. Yəni, Cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıya məxsus mənzilin satılması nəticəsində İddiaçı dəymiş real maddi zərər 310.000 manat təşkil edir. İddiaçı məxsus mənzil onun iradə ifadəsi olmadan "xxxx" MTK-nın sədri tərəfindən cinayət yolu ilə digər şəxslərin adlarına keçirilmişdir, daha sonra isə Cavabdeh iddiaçıya məxsus mənzili bilə-bilə qanunsuz olaraq özəlləşdirilməklə Nailə Namazovaya satmış, İddiaçı külli miqdarda maddi zərər vurmaqla, onun hesabına əsassız olaraq varlanmışdır. İddiaçı mənzilinin qanunsuz olaraq əlindən çıxması nəticəsində ona dəymiş real maddi zərərin əvəzi kimi 310.000 manat pulun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. İddiaçı mənzilin əlindən çıxması nəticəsində 1 kv.m sahə üçün 2.500 manat hesablanmaqla sahəsi 124 kv.m olan təmirli mənzilin dəyərinin 322.500 manat təşkil etdiyini qeyd etsə də, məhkəmə 124 kv.m sahənin 1 kv.m üçün 2.500 manat olmaqla hesablama apararkən, bu məbləğin 310.000 manat olduğunu müəyyən etmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi daşınmaz əmlakın qanunsuz olaraq sahiblikdən çıxması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq 310.000 manat və ödənilmiş 673 manat dövlət rüsumunun iddia tələbinə mütənasib olan 600 manat hissəsi olmaqla, cəmi 310.600 manat pul tutularaq İddiaçı ödənilməlidir. Ödənilmiş 673 manat dövlət rüsumunun 73 manatı iddiaçıya aid edilməlidir. İddia tələbi daşınar əşyalara görə dəymiş 60.000 manat zərərin əvəzinin ödənilməsi hissəsində rədd edilməlidir. Çünki, İddiaçı Cavabdeh onun mənzilində olan mebel dəstlərini, televizor və digər əşyaları götürərək, ona daşınar əşyaları ilə bağlı 60.000 manat maddi zərər vurdubunu qeyd etsə də, əşyaların məhz Cavabdeh tərəfindən ələ keçirildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olmuş Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 3 nömrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 124 kv.metr sahəsi olan 7 saylı mənzilin (indiki Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6 mənzil 7 (yeni qaydalarla AZ1006, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 12 M3, m3)) Cavabdeh tərəfindən qanunsuz olaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 nəticəsində İddiaçı vurduğu maddi zərərin əvəzi olaraq 310.000 (üç yüz on min) manat və ödənilmiş 600 manat dövlət rüsumu olmaqla, cəmi 310.600 (üç yüz on min altı yüz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 673 manat dövlət rüsumunun 73 manatı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3147/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3147/2023
24.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver