Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-315/2022 13.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3047,34 manat əsas borc, 34,84 manat faiz borcu olmaqla, cəmi 3082,18 manat məbləğində borcun və 51,22 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07.07.2019 il tarixli, 100821-123615/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 3050.06 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər Cavabdeh2 arasında bağlanmış 07.07.2019 il tarixli, 100821-123615/10 nömrəli zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında borcalan tərəfindən 07 iyun 2019 il tarixli, 100821-123615/10 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə eyni dərəcədə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 21.09.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3047.34 manat məbləğində əsas borcu və 34.84 manat faiz borcu olmaqla, ümumilikdə 3082.18 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 442, 445.1, 448.2, 472.1 və 739-cu maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07.07.2019 il tarixli, 100821-123615/10 saylı güzəştli kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 3050.06 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 07.07.2019 il tarixli, 100821-123615/10 nömrəli zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında borcalan tərəfindən 07 iyun 2019 il tarixli, 100821-123615/10 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə eyni dərəcədə cavabdehlik daşıyır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin müvafiq kredit müqaviləsi üzrə 3047,34 manat əsas borc, 34,84 manat faiz borcu olmaqla, cəmi 3082,18 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə 07.07.2019 il tarixli, 100821-123615/10 saylı kredit müqaviləsi üzrə 3047,34 manat əsas borc, 34,84 manat faiz borcu olmaqla, cəmi 3082,18 manat məbləğində borc və 51,22 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07.07.2019 il tarixli, 100821-123615/10 saylı kredit müqaviləsi üzrə 3047,34 manat əsas borc, 34,84 manat faiz borcu olmaqla, cəmi 3082,18 (üç min səksən iki manat 18 qəpik) manat məbləğində borc və 51,22 (əlli bir manat 22 qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-315/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-315/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver