Məhkəmə qərarları › İş №2(004)-3152/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3152/2023

15.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3152/2023 15.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalının nümayəndəsi Nümayəndə3, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına və "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdehlər X19 və "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına və "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri Vəliyev Kərim Teymur oğlunun X16 xx.xx.2023-cü il tarixdə cərrahi əməliyyat nəticəsində ölməsinə görə cavabdeh X19 ödənilmiş 40000 manat, lobarotoriya və müayinə xərcləri daxil ümumilikdə 50.000 manat pulun; Vəliyev Kərim Teymur oğlunun dəfninə xərclənmiş (3,7,40 günləri və məzar daşı) ümumilkidə 20.000 manat pulun; yetkinlik yaşına çatmamış övladarının 18 yaşı tamam olanadək, Fatimə üçün 12000 manat, Fidan üçün 24000 manat və Coşqun üçün 36.000 manat olmaqla, cəmi 72.000 manat pulun; Vəliyev Kərim Teymur oğlunun qoca və xəstə olan anası X18 görə hər ay 1000 manat hesablanmaqla 5000 manat pulun; Vəliyev Kərim Teymur oğlunun hər ay ailənin dolanışığı üçün qazandığı 2000 manatın 11 il müddətinə hesablanmaqla 264 000 manat maddi zərərə görə kompensasiya məbləği olmaqla, ümumilikdə 341.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Xocavənd rayonundan məlum hadisələr nəticəsində məcburi köçkün düşərək ailəsi ilə birgə əvvəlcə Ağcabədi rayonuna, sonra isə Bakı şəhəri Nizami rayonuna və sonda Sumqayıt şəhərinə köçərək məskunlaşmışdır. xx.xx.2006-cı ildə Xocavənd rayonundan məcburi köçkün vətəndaş Vəliyev Kərim Teymur oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahları Bakı şəhəri Nizami rayon VVADQ şöbəsində xx.xx.2006-cı ildə qeydə alımışdır. Birgə nikhdan xx.xx.2005-ci ildə Fatimə, xx.xx.2007-ci ildə Fidan və xx.xx.2008-ci ildə Coşqun adlı övladları doğulmuşdur. X40 avtomobil təmiri ustası olduğuna və iş sahəsi zərərli olduğuna görə 2018-ci ildə qaraciyər serrozu xəstəliyinə tutulmuşdur. O, 5 il müalicə almış, lakin heç bir nəticəsi olmamış və sağlamlıq vəziyyəti getdikcə pisləşmişdir. Ona görə xx.xx.2022-ci ildə Kapital Bank ASC-in Qubadlı Filialından 1800 manat kredit götürüb müalicəsinə xərcləmişdir. Həmin tarixdə cavabdeh “Paşa Həyat Sığorta “ASC ilə Həyat sığortası haqqında müqavilə bağlamışdır. Onun həyatda qalması üçün müalicəsinə külli miqdarda vəsait xərcləsələr də, müalicənin nəticəsi olmamışdır. Cavabdeh X16 cərrah-həkim Mircəlal Kazımının qəbulunda olmuş, onun qaraciyər köçrülməsinin (transplantasiya) vacib olduğunu bildirmişdir. Buna görə məhz Medilant Hospitalında loborator müayinələrdən keçməsinin vacib olduğunu bilidirmişdir. Bununla belə müalicə həkimləri əməliyyatın qəti əleyhinə olmuş və bunun böyük risq olduğunu bildirmişlər. Həmin cərrah eyni zamanda ərinin bacısı X9 müayinədən keçdikdən və laborator nəticələri əldə etdikdən sonra qaraciyər köçürlməsi əməliyyatı edəcəyini bildirmişdir. Beləliklə xx.xx.2023-ci il tarixdə 15000, 15000 və 10000 olmaqla cəmi 40000 manat pulu cavabdeh X17 hesabına keçirmişlər. X16 xx.xx.2023-cü il tarixdə hər ikisi (bacı-qardaş) əməliyyat edilmiş, cərrah həkim Şahid və hospitalın işçiləri əlavə qan lazım oluğunu bildirib, təmin edilməsini onlardan tələb etmişdir. Məcbur olub sosial şəbəkə üzərindən xeyli vətəndaşdan qan alıb- vermişlər. Lakin, iki sutka sonra, yəni xx.xx.2023-cü ildə həkim əri Vəliyev Kərim Teymur oğlunun rəhmətə getdiyini, Sevda Vəliyevanın vəziyyətinin isə ağır olduğunu bildirmişdir. Ərinin meyitini X12 götürüb Sumqayıt şəhərində dəfn etdikdən sonra cərrah-həkim Şahid qəbuluna gedərək, onlardan 40000 manat pul aldığını, etdiyi cərrahi əməliyyatın səhv edildiyini bildirərək, ödədikləri pulun geri qaytarımasını tələb etmişlər. Həkim və ondan sonra özünü baş həkim kimi təqdim edən şəxs 40000 manat pulun 2 günə xərcləndiyini bildirmiş və onları dinləməkdən imtina etmişdir. Sevda Vəliyeva 8 gün sonra ağır vəziyyətdə X12 evə yazılmışdır. İş üzrə ikinci cavabdeh "xxxx" ASC-in əməkdaşı (mob:***-***-**-** və 051-205-46- 94) onun mobil telefon nömrəsinə zənglər edib, kreditin və kreditə hesablanmış fazilərin dərhal ödənilməsini tələb etməyə başlamışdır. Bu azmış kimi, rəhmətə getmiş ərinin adına olan Kapital Bankın kart hesabından (məhkəmə qərarı olmadan) 150 manat pulu çıxarmış və kartdakı 350 manatı blok etmişdir. Bununla əlaqədar Kapital Bank ASC-in İdarə Heyyətinin sədrinə və "xxxx"ASC-in sədrinə xx.xx.2023-cü il tarixdə ərizə göndərmişdir. (ərizə və poçt qəbzi əlavə edilir). İş üzrə birinci cavabdeh səhv və keyfiyyətsiz cərrahi əməliyyat nəticəsində onun ərini öldürmüş, ona və ailə üzvlərinə maddi ziyan vurmuşdur. Cavabdeh onun ərini cərrahi əməliyyat etməyə görə 40000 manat vəsait almış, 10.000 manatdan çox laborator və müayinələrə pul xərcləmişlər. Cavabdeh hər üç uşağın yetkinlik yaşına çatanadək zərərin əvəzi olaraq ödənişlər etməlidir. Cavabdeh ona və ölənin əmək qabiliyyəti olmayan anasına zərərin əvəzini ödəməlidir. Əri K.Vəliyev hər ay orta hesabla 2000 manat pul qazanıb, aliəni dolandırırdı. Başqa yandan, Azərbaycan Respublikasında hazırda icbari Tibbi Sığorta sistemi tətbiq edilir. Halbuki, cərrahi əməliyyatlar və müalicə dövlət hesabına həyata keçirilir. Bununla belə, qanunsuz olaraq ondan yuxarıda göstərdiyi qaydada külli miqdarda pul alınmışdır. Bundan başqa, əri "xxxx" ASC ilə müqavilə bağladığı və müqavilənin qüvvədə olduğu halda, ondan 1800 manat pul tələb edilir. O, əri K.Vəliyevin müsəlman dini qaydalarına uyğun olaraq üç mərasiminə 4000 manat, yeddi mərasiminə 6000 manat, qırx mərasiminə 5000 min manat və məzar daşına 5000 manat xərc çəkmişdir. Göründüyü kimi iddia tələbi qanuni və əsaslıdır. Ona görə də təmin edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X20 cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına və "xxxx" ASC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X12 və "xxxx" ASC-dən müştərək qaydada 341.000 manat pulun tutularaq İddiaçı verilməsini; cavabdeh X12 səhv (yalnış) cərrahi əməliyyatı nəticəsində sağlamlığına vurulmuş 100000 manat maddi ziyanın tutularaq ona ödənilməsi; cavabdeh "xxxx" ASC-dən 59000 manat sağlamlığına vurulmuş maddi ziyanın və həyat sığorta haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X20 iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü ildə X30 cərrahi əməliyyat nəticəsində ölmüşür. O, qardaşına qaraciyər köçürülməsində donoru olmuşdur. İddiaçı onun məhrum qardaşı Vəliyev Kərim Teymur oğlunun arvadıdır. X30 işi zərərli olduğuna görə 2018-ci ildə qaraciyər serrozu xəstəliyinə tutulmuşdur. O, xeyli müalicə almış və bunun üçün xeyli vəsait xərcləmişdir. Lakin, heç bir nəticəsi olmamış, sağlamlıq vəziyyəti getdikcə pisləşmişdir. Ona görə xx.xx.2022-ci ildə Kapital Bank ASC-in Qubadlı Filialından 1800 manat kredit götürüb müalicəsinə, dərmanlarına xərcləmişdir. Həmin tarixdə cavabdeh “Paşa Həyat Sığorta “ASC ilə həyat sığortası haqqında müqavilə bağlamışdır. Qardaşı, cavabdeh X16 cərrah-həkim Şahidnın qəbulunda olmuş, həkim qaraciyər köçrülməsinin (transplantasiya) vacib olduğunu bildirmiş və bu barədə öz imzası ilə arayış vermişdir. Əməliyyatdan bir neçə gün əvvəl cərrah həkim məhz Mediland Hospitalında loborator müayinələrdən keçilməsinin vacib olduğunu bilidirmişdir. Bununla belə cərrahi əməliyyatdan əvvəl qəbulunda olduqları həkimlərin istisnasız olaraq hamısı cərrahi əməliyyatın qəti əleyhinə idilər və onlar qaraciyərə gələn və gedən qan damarları tıxanıqlı olduğundan cərrahi əməliyyatın Kərim Vəliyevin həyatı üçün böyük risq olğunu bildirirdilər. Həkim-cərrah Şahid cərrahi əməliyyatı keçirmək məqsədi ilə onu qəbul etmiş, sonradan isə cərrahi əməliyyata cəlb etmişdir. Çünki qaydalara görə qardaşına yaxın qohumun qara ciyəri köçrülə bilərdi. Həkimin deməsinə görə onunla mərhum qardaşının qan qrupu və digər parametrlər uyğun idi. Həkimin deməsinə görə donor şəxsin bacısı ola bilər, ancaq yaş həddi 56-nı keçməməlidir və s. Ona görə də, həkim onu müayinədən keçdikdən və laborator nəticələri əldə etdikdən sonra qara ciyər köçürülməsi əməliyyatı edəcəyini bildirmiş, 56 yaşının ötməsi təhlükəsi ilə bağlı onu və qardaşını tələsdirməyə başlamışlar. Belə ki, telefonla danışanda ona bildirirdi ki, 56 yaş tamam olanadək cərrahi əməliyyat edilməsə, qardaşı öləcək. Beləliklə, xx.xx.2023-cü il tarixdə onlar məcbur qalaraq üç dəfəyə, 15000+15000+10.000=40.000 manat nəğd pulu cavabdeh X17 hesabına keçirmişlər. (pul qəbzləri işə əlavə edilib). X16 xx.xx.2023-cü il tarixdə hər ikisi (bacı-qardaş) əməliyyat edilmiş, o, yalnız əməliyyatdan iki sutka sonra reanimasiya şöbəsində bilmişdir ki, qardaşı Kərim cərrahi əməliyyat zamanı ölmüşdür. Cərrah həkim Şahid və hospitalın işçiləri əlavə qan lazım oluğunu bildirib, təmin edilməsini onların bayırda gözləyən yaxınlarından tələb etmişlər. Qohum-qardaş məcbur olub sosial şəbəkə üzərindən xeyli vətəndaşdan qan alıb vermişlər. Bununla belə əməliyyatdan öncə verdikləri labarator analizlərin cavabını gözləmədən onları əməliyyat etmişlər. O, cərrahi əməliyyat zamanı bir neçə dəfə ölümdən dönmüşdür. Müalicə həkimi Kamran Beydullayev onun cərrahi əməliyyatında və sonradan reanimasiya şöbəsində müalicəsini etmişdir. Qardaşının meyitini X12 götürüb Sumqayıt şəhərində dəfn edikdən bir neçə həftə sonra cərrah həkim Şahid qəbuluna gəlib onlardan 40.000 manat nəğd pul aldığını, cərrahi əməliyyatın səhv olduğunu bildirib ödədikləri pulun bir hissəsinin geri qaytarımasını xahiş etmişlər. Həkim və sonra özünü X23 baş həkim kimi təqdim edən şəxs 40.000 manatın 2 günə xərcləndiyini bildirmiş və onları dinləməkdən imtina etmişdir. Onu cərrahi əməliyyatdan 8 gün sonra ağır vəziyyətdə X12 evə yazmışlar. X2 müalicə etməkdən imtina etmişdir və bu günədək öz hesabına müalicə alır. Cavabdeh onu cərrahi əməliyyat edərək həyatına real təhlükə yaratmış, cərrahi əməliyyatdan sonra müalicə etmədən evə yazmışdır. Belə ki cərrahi əməliyyat edildiyi tarixdən 7 aydan çox müddət ötməsinə baxmayaraq sağlamlığını bərpa edə bilməmişdir. Sağlamlığını bərpa etmək üçün hər ay xeyli miqdarda vəsait xərcləməli olur. Cavabdeh X14 və qardaşına külli miqdarda maddi ziyan vurmuşdur. Vurulmuş zərəri ümumilikdə 159 000 manat qiymətləndirir. Azərbaycan Respublikasında hazırda İcbari Tibbi Sığorta sistemi tətbiq edilir. Yəni, müayinə və müalicə pulsuzdur. Çünki bütün xəcləri dövlət qarşılayır. Cavabdeh isə onlardan 40.000 manat əməliyyata görə və əlavə müayinə-laborator xərcləri olaraq 10000 manat nəğd pul almışdır. Qanuna görə, qeyd etdiyi kimi cərrahi əməliyyatlar və müalicə dövlət hesabına həyata keçirilməlidir. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X20 xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin cavabdeh qismində işə cəlb olunması, cavabdeh X17 həkim-cərrahı Mircəlal Kazımınin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikası CPM-nin 165.4 maddəsinə əsasən barəsində xüsusi qərardad qəbul edilərək Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi, Vəliyev Kərim Teymur oğlunun xx.xx.2023-cü il tarixdə X16 yalnış və keyfiyyətsiz cərrahi əməliyyat edilməsi nəticəsində ölməsinə görə cavabdehlərdən 341.000 manatın, X1 vurulmuş ziyana görə 159.000 manatın tutularaq onlara ödənilməsi, cəmi 500.000 manat pulun müştərək qaydada cavabdehlərdən tutularaq onlara ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X20 16 noyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə əlavənin nəzərə alınmamasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X20 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməmiş və məhkəməyə ünvanlanmış etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, mülki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində çıxış edən X10 cavabdehlər "xxxx" ASC və X11rşı mərhum qardaşı Vəliyev Kərim Teymur oğlunun vəfatı ilə əlaqədar vurulmuş zərərin ödənilməsinə dair iddia tələbi irəli sürülmüşdür. İddia ərizəsinin dəlilləri və əsasları ilə bağlı qeyd edilmişdir ki, qaldırılan iddia tələbi qeyri-dəqiq formalaşdırılmaqla bərabər cavabdeh "xxxx" ASC-yə münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X20 iddia ərizəsində mərhum qardaşının "xxxx" ASC ilə müqavilə bağladığını və müqavilənin qüvvədə olduğu halda, İddiaçı 1,800.00 (bir min səkkiz yüz Azərbaycan manatı, sıfır qəpik) tələb etdiyi qeyd edilmişdir. İlk olaraq sözügedən şəxs tərəfindən təqdim edilən iddia ərizəsi ilə bağlı dəqiqləşdirmə etmək istəyirlər ki, mərhum K.T.Vəliyev kredit müqaviləsini "xxxx" ASC ilə bağlamış, yəni kredit müqaviləsindən irəli gələn münasibətlərə görə "xxxx" ASC (irəlidə - Cəmiyyət) öhdəlik daşımır, iddia ərizəsində qeyd edildiyi kimi Cəmiyyət mərhumun vərəsələrinə qarşı hər hansı pul tələbi olmamışdır. "xxxx" ASC və Cəmiyyət fərqli iqtisadi fəaliyyət növləri üzrə (müvafiq olaraq bank və sığorta sektoru) sahibkarlıq fəaliyyətini həyata keçirən müstəqil hüquqi şəxslərdir. Mərhum K.T.Vəliyev ilə "xxxx" ASC arasında yalnız BOX 693331/22 nömrəli “100 qat həyat sığortası şəhadətnaməsi” (irəlidə - Sığorta şəhadətnaməsi) bağlanmış və mərhum K.T.Vəliyevin həyatı sığortalanmışdır. Sığorta şəhadətnaməsinin “Faydalanan şəxs(lər)” hissəsinə istinadən sığorta olunan (K.T.Vəliyev) vəfat etdikdə faydalanan şəxs sığorta olunanın Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təyin edilmiş vərəsələri hesab edilir. Onlar tərəfindən tərtib edilmiş, mərhumun varislərinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********5 nömrəli cavab məktubunda, eləcə də, iş üzrə şifahi icraat qaydasında xx.xx.2023-cü il tarixinə təyin edilmiş ilkin hazırlıq iclasında mərhumun nümayəndələrinə vəfat etmiş şəxsin aidiyyəti notariat ofisində qanun üzrə vərəsəlik şəhadətnaməsinin rəsmiləşdirilməsinin vacibliyi və sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin tam şəkildə onlara təqdim olunması halında, ölüm təminatı üzrə (Təminat 1) sığorta məbləğinin sığortalının varislərinə ödəniləcəyi izah edilmişdir. Bunun nəticəsi olaraq, Cəmiyyətə Sumqayıt şəhər 1 saylı notariat ofisinin K.T.Vəliyevin vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixində 824 saylı sorğusu daxil olmuş, sözügedən sorğu onlar tərəfindən xx.xx.2023-cü il tarixində PHS- **********4 nömrəli məktubla cavablandırılaraq mərhumun vərəsələrinə müvafiq Sığorta şəhadətnaməsinin şərtlərinə uyğun olaraq 1,000.00 AZN (bir min Azərbaycan manatı, sıfır qəpik) məbləğində sığorta ödənişinin veriləcəyi qeyd edilmişdir. Lakin bugünkü tarixə kimi mərhumun vərəsələri sığorta ödənişinin verilməsi üçün Cəmiyyətə sığorta tələbi ilə müraciət etməmişdir. Eyni zamanda vurğulamağı zəruri hesab edir ki, Sığorta şəhadətnaməsinə istinadən Təminat 1 üzrə sığorta məbləği 1,000.00 AZN (bir min Azərbaycan manatı, sıfır qəpik), sığorta ödənişinin həcmi isə sığorta məbləğinin 100%-ni təşkil edir, yəni sığorta olunanın ölümü halında sığortaçının faydalanan şəxs(lər)ə sığorta ödənişi etmək öhdəliyinin həcmi qeyd edilən məbləğ ilə məhdudlaşır. Belə ki, sığorta şəhadətnaməsinin tənzimləndiyi “Həyat sığortası qaydaları” və “Sağalmaz xəstəliklərdən sığorta qaydaları”na istinadən sığorta məbləği - sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan sığortalanmış risklər üzrə Sığortaçının öhdəliyinin son həddi, sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - AR MM adlanacaq) 904.1-ci bəndində sığorta məbləğinin sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddi olduğu qeyd edilir. Bununla yanaşı, AR MM-in 926.2-ci bəndində göstərilir ki, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Əlavə olaraq, AR MM-n/n 926.3-cü bəndinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Qanunvericiliyin sözügedən bəndinin tələblərinə uyğun olaraq Sığorta şəhadətnaməsinin 6-cı bəndi sığorta ödənişinin verilməsi qaydasını tənzimləyir, belə ki, həmin bəndə istinadən şəhadətnamə üzrə baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişi, sığortaçıya hadisənin araşdırılması ilə əlaqədar lazım olan son sənədin daxil olduğu tarixdən 7 iş günü ərzində birdəfəlik qaydada ödənilir. Sığorta ödənişinin verilməsi qaydası və təqdim edilməli olan sənədlərin siyahısı “Həyat sığortası qaydaları”nın 13-cü maddəsi ilə tənzimlənir. Beləliklə, sadalananlara, Qaydalara, eləcə də AR MM-in 904.1,926.2 və 926.3- cü bəndlərinə uyğun olaraq "xxxx" ASC-nin baş vermiş sığorta hadisəsi üzrə mərhum K.T.Vəliyevin vərəsələrinə ödəyəcəyi sığorta ödənişi 1,000.00 AZN (bir min Azərbaycan manatı, sıfır qəpik) təşkil edir. "xxxx" ASC-nin sözügedən Sığorta şəhadətnaməsi üzrə öhdəliyini icra etməyə hazır olduğu vərəsələrə bildirilmiş, eləcə də notariusa ünvanlanmış cavab məktubunda qeyd edilmiş və sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin onlara təqdim edilməsi vərəsələrdən xahiş edilmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsaslanaraq, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində çıxış edən X10 cavabdehlər "xxxx" ASC və X11rşı mərhum qardaşı Vəliyev Kərim Teymur oğlunun vəfatı ilə əlaqədar ümumilikdə 341,000.00 AZN (üç yüz qırx bir min Azərbaycan manatı, sıfır qəpik) məbləğində pulun müştərək qaydada tutularaq iddiaçı X5 ödənilməsi, 59,000.00 AZN (əlli doqquz min Azərbaycan manatı, sıfır qəpik) məbləğində maddi ziyanın və həyat sığorta haqqının tutularaq ona ödənilməsi barədə iddia tələbi cavabdeh "xxxx" ASC-yə münasibətdə əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalının nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, mərhum Kərim Vəliyev 2018-ci ildən Hepatit C-yə bağlı qaraciyər serrozu xəstəliyindən əziyyət çəkmiş, 5 il ərzində etdirdiyi müayinə və müalicələr heç bir effekt verməmiş, əksinə vəziyyəti pisləşmişdir. Bu faktları iddiaçı öz ərizəsində də təsdiqləyir. Gömrük Hospitalına müraciət etmiş, qəbul olunmuş bütün tibbi protokollara uyğun şəkildə laborator və instrumental müayinələri aparılmışdır. Xəstəyə düzgün diaqnoz qoyularaq qaraciyər transplantasiyası əməliyyatı məsləhət görülmüşdür. Qaraciyər transplantasiyası ilə bağlı Hospitalda xidmətin ümumi məbləği 45000 manat (12500 manat canlı donordan qaraciyər alınma əməliyyatı, 32500 manat canlı donordan qaraciyər köçürülməsi əməliyyatı) olunduğu halda, Kərim Vəliyev məcburi köçkün olması nəzərə alınaraq 5.000 manat güzəşt tətbiq olunmuşdur. Ümumiyyətlə, bu əməliyyat riskli əməliyyatlar siyahısına aiddir. Risklərlə bağlı xəstəyə, donora və digər yaxın qohumlarına dolğun məlumatlar verilmişdir Bu barədə videoçəkilişlər mövcuddur və yazılı sənədlər imzalanmışdır. Cərrahiyyə əməliyyatı canlıdan canlıya icra olunmuşdur. Donor öz doğma bacısı olmuşdur. İcra olunmuş cərrahiyyə əməliyyatı zamanı əvvəlcədən müəyyən etmək mümkün olmayan patologiyalar meydana çıxmışdır. Bu da əməliyyatın texniki icrası zamanı yenidən bir çox tibbi müdaxilələrin aparılmasına səbəb olmuşdur. İcra olunmuş cərrahiyyə əməliyyatından sonra Kərim Vəliyevə göstərilmiş tibbi tədbirlər vəziyyətinin ağırlığına uyğun olmuşdur. Bütün səylərə baxmayaraq, stabillik əldə olunmamışdır və 19 yanvar 2023-də bioloji ölüm halı baş vermişdir. Mərhumun üzərində düzgün diaqnozun qoyulması və əməliyyatın aparılması ilə bağlı Məhkəmə tibbi ekspertizası aparılmışdır. Rəydə də açıq aşkar Hospitalın və ya həkimin səhvinin olmaması göstərilmişdir. Hospital tərəfindən Ceyhunə xanıma və ya Sevda xanıma hər hansı bir zərər vurulmamışdır ki onun əvəzi ödənilsin. Göstərilənləri nəzərə alaraq, iddiaların əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiaçını və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Vəliyev Kərim Teymur oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR7965048A126 saylı kredit müqaviləsinin ödəniş qrafikindən görünür ki, bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 19.19 faiz dərəcəsi ilə 1800 manat kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Vəliyev Kərim Teymur oğlu arasında bağlanmış sığorta şəhadətnaməsi üzrə yaddaş vərəqindən görünür ki, Vəliyev Kərim Teymur oğlu sığorta təminatları:1.Bədbəxt hadisə nəticəsində ölüm, 2.Bədbəxt hadisə nəticəsində sığorta olunan orqanizminin funksiyalarının İİ dərəcə müddətə məhdudlaşması halının müəyyən edilməsi, 3. Bədbəxt hadisə nəticəsində sığorta olunan orqanizminin funksiyalarının İİİ dərəcə müddətsiz məhdudlaşması halının müəyyən edilməsi, 4. Sağalmaz xəstəliklər-Xərçəng xəstəliyi (4 mərhələ), Leykemiya və limfoma, İnsult, Miokardın infarktı, Aorto-koronar şuntlama, Böyrək çatışmazlığı, Əsas orqanların transplantasiyası ilə əlaqədar, sığorta məbləği Təminat 1, Təminat 2 və Təminat 3 üzrə 1000 manat, Təminat 4 üzrə 100 manat olmaqla sığortalanmışdır. Sığorta təminatı sığorta şəhadətnaməsi qüvvəyə mindiyi tarixdən başlayaraq 1 il qüvvədədir. İş materiallarında olan Mediland Hospitalın verdiyi xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli laborator nəticələrdən görünür ki, Vəliyev Kərim Teymur oğlu xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə laborator müayinələrdən keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin verdiyi 17 may 2022-ci il tarixli arayışdan görünür ki, Vəliyev Kərim Teymur oğluna aparılmış müayinələr nəticəsində “K74.0-qaraciyər sirrozu. Dekonpensasiya mərhələsi, B18.2- Xroniki C Hepatiti, G93.4-Grade İ Ensefalopatiya” diaqnozları qoyulmuş və “Canlıdan canlıya qaraciyər transplantasiyası” əməliyyatı məsləhət görülmüşdür. İş materiallarında olan Bakı şəhəri Nizami rayon VVADQ Şöbəsinin verdiyi xx.xx.2006-cı il tarixli AZ-İ №231207 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Vəliyev Kərim Teymur oğlu ilə X3 xx.xx.2006-cı il tarixdə 353 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Vəliyeva soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, AA 224240 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X3 1992-ci il tarixdən Xocavənd rayonundan məcburi köçkündür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AA 290446 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Vəliyev Kərim Teymur oğlu 1992-ci il tarixdən Xocavənd rayonundan məcburi köçkündür. İş materiallarında olan Bakı şəhəri Nizami rayon VVADQ Şöbəsinin verdiyi xx.xx.2006-cı il tarixli, AZ-İ 764912 saylı, xx.xx.2007-ci il tarixli, AZ-İ 948138 saylı və xx.xx.2010-cu il tarixli, AZ-İİ 429652 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Vəliyev Kərim Teymur oğlu ilə İddiaçı birgə rəsmi nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X21, xx.xx.2007-ci il təvəllüdlü X24 və xx.xx.2008-ci il təvəllüdlü X22 adlı üç uşaqları vardır. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 2V- 161 reyestr nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş Vəliyev Kərim Teymur oğlunun vərəsələri: arvadı İddiaçı, uşaqları X21, X24 və X22 hesab edilmiş, onların hər biri miras əmlakdan ¼ hissədə irs almalıdır. Miras əmlak Azərbaycan Respublikası Paşa Həyat Sığortanın verdiyi xx.xx.2023-cü il tarixli məktuba əsasən 1000 manat sığorta ödənişindən və "xxxx" ASC Qubadlı filialının verdiyi xx.xx.2023-cü il tarixli 380 saylı məktuba əsasən, ******************** nömrəli kart hesabında 150.10 manat pul məbləğindən ibarətdir. İş materiallarında olan xx.xx.2005-ci il tarixli, AA 128950 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X20 1992-ci il tarixdən Xocavənd rayonundan məcburi köçkündür. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat Şöbəsinin verdiyi xx.xx.2017-ci il tarixli AZ-İ 278481 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X15 arasındakı nikah pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 55 saylı qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin X7 Şöbəsinin Qan və qan məhsullarının transfuziyası üçün, anesteziya haqqında xəstə məlumatlandırma və icazə formundan görünür ki, xəstə Vəliyev Kərim Teymur oğlunun özü və arvadı İddiaçı xx.xx.2023-cü il tarixdə saat 09:46 radələrində hazırkı sənədi oxuyaraq anladıqlarını qeyd etmiş və imzalamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin X7 Şöbəsinin Qaraciyər köçürülməsi əməliyyatı-resipientin (alıcı, xəstənin) məlumatlandırma və əməliyyat razılıq vərəqəsindən görünür ki, xəstə Vəliyev Kərim Teymur oğlunun özü və arvadı İddiaçı xx.xx.2023-cü il tarixdə saat 09:46 radələrində hazırkı sənədi oxuyaraq anladığını qeyd etmiş və imzalamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin X7 Şöbəsinin Qan və qan məhsullarının transfuziyası üçün, anesteziya haqqında xəstə məlumatlandırma və icazə formundan, qaraciyər donorunun əməliyyata razılıq və məlumatlandırma vərəqəsindən görünür ki, xəstə X9 özü xx.xx.2023-cü il tarixdə saat 09:46 radələrində hazırkı sənədi oxuyaraq anladığını qeyd etmiş və imzalamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalının rəisinin müavini X28 Vəliyev arasında bağlanmış xx.xx.2023-cü il tarixli tibbi xidmət müqaviləsindən görünür ki, “K74.0-qaraciyər fibrozu” diaqnozu ilə xəstə olan Vəliyev Kərim Teymur oğluna “P 3708012-canlı donor olan ciyər köçürülməsi əməliyyatı” xidməti göstərilməsi üçün xidmətin nəticəsindən asılı olmayaraq 30000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xəstə və/və ya xəstə yaxını razılığından görünür ki, Vəliyev Kərim Teymur oğlu xx.xx.2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının həkimləri, keçirdikləri əməliyyatın/göstəriləcək xidmətin həyatı riskləri, təhlükələri meydana gələ biləcək fəsadları barəsində xəbərdar ediliyini bildirmiş və ona azad idarəsi ilə bu əməliyyatın keçirilməsinə razılıq vermiş, əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq hospitala ödədiyi 30000 (otuz min) manat məbləğin ona geri ödənilməyəcəyini qəbul etmiş, müqavilədə nəzərdə tutulmuş xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibb zəruriyyətli cərrahi müdaxilə halları) qarşılıqlı olaraq “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği hospitala ödəmək öhdəliyini öz üzərinə götürmüş və bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalının rəisinin müavini X29 Vəliyeva arasında bağlanmış xx.xx.2023-cü il tarixli tibbi xidmət müqaviləsindən görünür ki, “Z 52.6-qaraciyər donoru” diaqnozu ilə X20 “P 3708013-canlı donordan qaraciyər alınması əməliyyatı” xidməti icra edilməsi üçün xidmətin nəticəsindən asılı olmayaraq 10000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xəstə və/və ya xəstə yaxını razılığından görünür ki, X20 xx.xx.2023cü il tarixdə Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının həkimləri, keçirdikləri əməliyyatın/göstəriləcək xidmətin həyatı riskləri, təhlükələri meydana gələ biləcək fəsadları barəsində xəbərdar ediliyini bildirmiş və ona azad idarəsi ilə bu əməliyyatın keçirilməsinə razılıq vermiş, əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq hospitala ödədiyi 10000 (on min) manat məbləğin ona geri ödənilməyəcəyini qəbul etmiş, müqavilədə nəzərdə tutulmuş xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibb zəruriyyətli cərrahi müdaxilə halları) qarşılıqlı olaraq “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği hospitala ödəmək öhdəliyini öz üzərinə götürmüş və bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli 13549 saylı qəbzin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına 15.000 manat pul köçürülmüşdür. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli 13550 saylı qəbzin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına 15.000 manat pul köçürülmüşdür. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli 13551 saylı qəbzin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına 10.000 manat pul köçürülmüşdür. İş materiallarında olan ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, Vəliyev Kərim Teymur oğlu xx.xx.2023-cü il tarixdə xəstəxanada ölmüşdür. İş materiallarında olan 1 Saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli, AZ-İİ 324688 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Vəliyev Kərim Teymur oğlu xx.xx.2023-cü il tarixdə Ağciyər-ürək çatışmazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin X17 verdiyi xx.xx.2023-cü il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Vəliyev Kərim Teymur oğlu xx.xx.2023-cü il tarixdə “virus mənşəli xroniki Hepatit C, ağırlaşma qaraciyər fibrozu” diaqnozu ilə xəstəxanaya daxil olmuş, xx.xx.2023-cü il tarixdə xəstə “canlıdan canlıya qaraciyər transplantasiyası” əməliyyatının icrası üçün əməliyyatxanaya verilmiş, lakin xəstə “ağciyər-ürək çatışmamazlığının digər dəqiqləşdirilmiş formaları, başqa rubrikalarda təsnif olunmayan prosedurları ağırlaşdıran qanaxma və hematoma” diaqnozları ilə saat 07:15-də ölmüşdür. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin X17 verdiyi stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X20 qardaşı –xəstə Vəliyev Kərim Teymur oğluna qaraciyər donoru olmaq məqsədi ilə xəstəxanaya müraciət etmiş, əməliyyat üçün xx.xx.2023-cü il tarixdə xəstəxanaya hospitalizasiya olunmuş, donor əməliyyata hazırlanmış və xx.xx.2023-cü il tarixdə “sağtərəfli Donor hemilHepatoektomiya” əməliyyatı icra olunmuş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə xx.xx.2023-cü il tarixdə öz istəyi ilə ambulator müşahidə altında evə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 16 oktyabr 2023-cü il tarixli 659/KEŞ nömrəli ekspert rəyindən görünür ki, Vəliyev Kərim Teymur oğlu xx.xx.2023-cü il tarixdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına müraciət etmiş, aparılmış kliniki, laborator və instrumental müayinələrdən sonra ona “HCV-yə bağlı qaraciyər sirrozu, dekompensasiya mərhələsi” diaqnozunun düzgün təyin edilmişdir. Vəliyev Kərim Teymur oğluna təyin edilmiş diaqnoza uyğun olaraq ona “qaraciyər transplantasiyası” cərrahiyyə əməliyyatının aparılması planlaşdırılmış və üzərində “canlı donordan qaraciyər köçürülməsi” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatın gedişi zamanı portal vena mənfəzində 80% darlaşdırılmış tromb kütləsi aşkar edilmiş və trombektomiya aparılmışdır. Trombektomiyadan sonra portal vena divarları keyfiyyətsiz olduğundan anastomoz qoyulsa da, çoxlu dəliklərdən qanaxmalar qeyd edilmişdir. Portal vena və hepatik venaya təkrar klemplər qoyulmuş, portal vena divar qatına donuz perikardı vasitəsilə boruşəkilli damar düzəldilərək calaq edilmiş, davamlı tikişlərlə anastomozlar qoyulmuşdur. Lakin buna baxmayarar çoxsaylı qanaxmalar davam etmişdir. Xəstəyə qan və plazma, yüksək inotrop dəstək altında dərin asidoz, ölçülməyən dərin koaqulopatiya, ətraf toxumalarda, kontorla alına bilməyən qanaxmaların olması səbəbindən “packing” olunmasına qərar verilmiş və icra edilmişdir. Qarın boşluğu qapadılmış və məliyyat sonlandırılmışdır. Əməliyyat faktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatı zamanı əvvəlcədən müəyyən etmək mümkün olmayan patologiyalar meydana çıxmışdır. Bu da əməliyyatın texniki icrası zamanı bir çox tibbi müdaxilələrin aparılmasına səbəb olmuşdur. Vəliyev Kərim Teymur oğlunun üzərinə icra edilmiş cərrahiyyə əməliyyatından sonra ona göstərilmiş tibbi tədbirlər vəziyyətinin ağırlığına uyğun olmuşdur. Lakin göstərilən tibbi tədbirlərə baxmayaraq, stabilləşmə əldə edilməmiş və xx.xx.2023-cü il tarixdə onda bioloji ölüm faktı qeydə alınmışdır. Vəliyev Kərim Teymur oğlunun meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmadı. Vəliyev Kərim Teymur oğluna əməliyyatdan əvvəl ona müvafiq laborator müayinələr aparılmış və icra olunacaq məliyyat üçün əks göstəriş qeyd edilməmişdir. Vəliyev Kərim Teymur oğlu sağlığında “HCV-yə bağlı qaraciyər sirrozu, dekompensasiya mərhələsi” xəstəliyindən əziyyət çəkmişdir. Qeyd olunan patologiya ağır kliniki gedişli olmuş və risk faktorlarına aiddir. Vəliyev Kərim Teymur oğluna X16 göstərilmiş tibbi xidmət və üzərində icra edilmiş tibbi müdaxilələr səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur” Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehlərin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əri, müstəqil tələb irəli sürən üçüncü şəxs X9 isə qardaşı Vəliyev Kərim Teymur oğlu 2018-ci il tarixdən qaraciyər serrozu xəstəliyinə tutulmuş, 5 il müdətində müalicə almış olsa da, onun vəziyyəti getdikcə pisləşmişdir. Onun müayinə və müalicələrinə müəyyən miqdarda vəsaitlər xərclənmiş olsa da, müalicənin nəticəsi olmamışdır. Nəhayət aparılmış müayinələrdən sonra Vəliyev Kərim Teymur oğluna X16 həkim-cərrah Şahid tərəfindən qaraciyər köçürülməsinin (transplantasiya) vacib olduğu, lakin bunun böyük risk olduğu bildirilmişdir. Kərim Vəliyevin bacısı X20 ona donor olmuş və hər iki şəxs xx.xx.2023-cü il tarixdə cərrahi əməliyyat olunaraq qaraciyər köçürülməsi icra edilmişdir. X39 Teymur oğlu cərrahi əməliyyatdan sonra ölmüşdür. Məhkəmə, iddiaların Vəliyev Kərim Teymur oğlunun əməliyyatı ilə əlaqədar ödənilmiş 50000 manat pulun X26 tərəfindən geri qaytarılmasına dair hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının əri, müstəqil tələb irəli sürən üçüncü şəxsin isə qardaşı Vəliyev Kərim Teymur oğluna qaraciyər küçürülməsi ilə əlaqədar X26 tərəfindən xəstə və onun yaxınları, yəni xəstənin özü, arvadı və bacısı bu barədə məlumatlandırıldıqdan və onların yazılı razılıqları alındıqdan sonra Vəliyev Kərim Teymur oğlu ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalı arasında xx.xx.2023-cü il tarixdə tibbi xidmət müqaviləsi bağlanmış və Vəliyev Kərim Teymur oğlu ona “P 3708012-canlı donor olan ciyər köçürülməsi əməliyyatı” xidməti göstərilməsi üçün xidmətin nəticəsindən asılı olmayaraq 30000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra, X20 ilə xəstəxana arasında həmin tarixdə müqavilə bağlanmış və müqaviləyə əsasən X20 “P 3708013-canlı donordan qaraciyər alınması əməliyyatı” xidməti icra edilməsi üçün xidmətin nəticəsindən asılı olmayaraq 10000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, əməliyyatın həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları barəsində xəstə və xəstə yaxınları məlumatlandırılaraq, həmçinin onların yazılı razılıqları alındıqdan sonra əməliyyat icra edilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən təyin edilərək alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 16 oktyabr 2023-cü il tarixli 659/KEŞ nömrəli ekspert rəyindən də görünür ki, Vəliyev Kərim Teymur oğluna xx.xx.2023-cü il tarixdə X16 edilmiş əməliyyat faktiki və texniki cəhətdən düzgün yerinə yetirilmiş, əməliyyatdan əvvəl ona müvafiq laborator müayinələr aparılması və icra olunacaq əməliyyat üçün əks göstərişin qeyd edilməməsi, onun sağlığında “HCV-yə bağlı qaraciyər sirrozu, dekompensasiya mərhələsi” xəstəliyindən əziyyət çəkməsi, qeyd olunan patologiyanın ağır kliniki gedişli olması və risk faktorlarına aid olması, Vəliyev Kərim Teymur oğluna X16 göstərilmiş tibbi xidmət və üzərində icra edilmiş tibbi müdaxilələrin səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olması öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş videodiskə keçirilmiş baxışdan da müəyyən edilmişdir ki, X17 həkimi tərəfindən xəstənin özü, arvadı, anası və bacısı icra ediləcək əməliyyatın həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları barəsində xəbərdar edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbləri həmin hissədə təmin edilməməlidir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan başqa, məhkəmə, iddiaların Vəliyev Kərim Teymur oğlunun ölümü ilə bağlı onun dəfninə xərclənmiş (3,7,40 günləri və məzar daşı) ümumilkidə 20.000 manat pulun, yetkinlik yaşına çatmamış övladarının 18 yaşı tamam olanadək, Fatimə üçün 12000 manat, Fidan üçün 24000 manat və Coşqun üçün 36.000 manat olmaqla, cəmi 72.000 manat pulun; Vəliyev Kərim Teymur oğlunun qoca və xəstə olan anası X18 görə hər ay 1000 manat hesablanmaqla 5000 manat pulun; Vəliyev Kərim Teymur oğlunun hər ay ailənin dolanışığı üçün qazandığı 2000 manatın 11 il müddətinə hesablanmaqla 264 000 manat maddi zərərə görə kompensasiya məbləğinin tutulmasına dair tələbləri ilə əlaqədar qeyd edir ki, iddia tələbləri həmin hissədə də təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 1112.1-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1.1-ci maddəsinə əsasən, zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; Mülki Məcəllənin 1122.1-ci maddəsinə əsasən, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Mülki Məcəllənin 1127-ci maddəsinə əsasən, zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Məhkəmə araşdırması zamanı iddiaçı həmin tələblə bağlı hər hansı bir hüquqmüəyyənedici sübutlarını məhkəməyə təqdim edə bilməmiş, həmçinin məhkəmə iclasları zamanı iddiaçıya qeyd olunan məbləğdə ziyan dəyməsi araşdırılmış sübutlar nəticəsində öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin həmin tələbləri, yəni “Vəliyev Kərim Teymur oğlunun ölümü ilə bağlı onun dəfninə xərclənmiş (3,7,40 günləri və məzar daşı) ümumilkidə 20.000 manat pulun, yetkinlik yaşına çatmamış övladarının 18 yaşı tamam olanadək, Fatimə üçün 12000 manat, Fidan üçün 24000 manat və Coşqun üçün 36.000 manat olmaqla, cəmi 72.000 manat pulun; Vəliyev Kərim Teymur oğlunun qoca və xəstə olan anası X18 görə hər ay 1000 manat hesablanmaqla 5000 manat pulun; Vəliyev Kərim Teymur oğlunun hər ay ailənin dolanışığı üçün qazandığı 2000 manatın 11 il müddətinə hesablanmaqla 264 000 manat maddi zərərə görə kompensasiya məbləğinin tutulması” tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X4 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsi”nə dair 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Beləliklə, iddiaçı və müstəqil tələb irəli sürən üçücü şəxs məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən, iddia tələblərinin əsasını təşkil edən hallara və faktlara dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iddia tələblərinin əsasını təşkil edən halları sübutetmə vəzifəsi məhz iddiaçının və müstəqil tələb irəli sürən üçücü şəxsin üzərinə düşür. Bundan başqa, məhkəmə iddiaçının və müstəqil tələb irəli sürən üçücü şəxsin iddia ərizələrində qeyd etdikləri və məhkəmə iclasında verdikləri, Vəliyev Kərim Teymur oğlunun "xxxx" ASC-dən götürmüş olduğu 1800 manat kredit məbləğinə görə ona dəymiş maddi və mənəvi ziyan hesabına "xxxx" ASC tərəfindən 1000 manat pulun tutulmasına dair izahatları ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbinin “xahiş etdi” hissəsində həmin tələblə bağlı heç bir qeydiyyat aparmamış və bununla bağlı hər hansı dəqiqləşmə ərizəsi verməmişdir. Buna baxmayaraq, "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının ərinin ölümü ilə əlaqədar sığorta ödənişi kimi 1000 manat pulun ödənilməsinə etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin, iddiaçı və müstəqil tələb irəli sürən üçücü şəxs tələblərində "xxxx" ASC-dən Vəliyev Kərim Teymur oğlunun ölümü ilə əlaqədar ödənilməli olan 1000 manat sığorta ödənişini deyil, ona dəymiş maddi və mənəvi ziyana görə pulun tutulmasını qeyd etmiş, lakin məhkəmə araşıdırması zamanı iddiaçıya "xxxx" ASC tərəfindən maddi və mənəvi ziyan dəyməsi öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə, bununla bağlı qeyd edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçücü şəxs həmin sığorta ödənişinin tutulması ilə əlaqədar "xxxx" ASC-yə qarşı məhkəmədə ayrıca iddia qaldıra bilər. Bu səbəbdən də, hazırda "xxxx" ASC maddi və mənəvi ziyana görə 1000 manat pulun tutulması hissəsində cavabdehlik daşımadığından, iddia tələbləri cavabdeh "xxxx" ASC-yə münasibətdə də təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxsə maddi və mənəvi zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına və "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdehlər X19 və "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına və "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdehlər X19 və "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar