Məhkəmə qərarları › İş №2(004)-3153/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3153/2023

10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3153/2023 10.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün təyin olunmuş alimentin artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3912/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan xx.xx.2012-ci il tarixli 2153 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X3 onun yanında qalmaqla yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 (üçdə bir) həssəsi miqdarında aliment və X3 3 yaşınadək hər ay 200 (iki yüz) manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hazırki şəraitdə cavabdeh 2 uşağın saxlanılması üçün ona ayda cəmi 120 manat aliment ödəyir. Cəmi 120 manata 2 uşağa nəinki bir ay, hətta bir həftə də baxmaq mümkün deyildir. Uşaqlar günü-gündən böyüyür və ehtiyacları da daim artır. Heç bir yerdə işləmir. Uşaqların azyaşlı olması, daim nəzarətə və qulluğa ehtiyaclarının olması ona işləməyə imkan vermir. Yaxınlarının maddi dəstəyi ilə çətinliklə olsa da uşaqlarını saxlayır. Cavabdeh hal hazırda rəsmi olaraq “Pluton” restoranında menecer vəzifəsində işləyir. Belə ki, cavabdeh aliment ödəmədiyi üçün ərizəsinə əsasən axtarışa verilmişdir və polis vasitəsi ilə icra və probasiya şöbəsinə məcburi gətirilmişdir və bundan sonra o xx.xx.2021-ci il tarixdə rəsmi işə düzəlmişdir. Faktiki olaraq cavabdeh restoran və otellərin təmizliyi xidmətləri üzrə başqa şəxsin adına şirkət təsis edib. Hazırda həmin şirkət fəaliyyətdədir və cavabdehin maddi vəziyyəti çox yaxşıdır. Daha sonra Cavabdeh İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə razı deyil və iddia ərizəsinin əsassız olduğunu düşünür. İddiaçı ilə boşandıqları vaxt hər iki uşağa görə onun əmək haqqının 1\3 hissəsində aliment tutulur və qızları Emiliya Bayramovanın 3 yaşınaa çatanadək saxlanması üçün 200 manat məbləğində pul ödənilirdi. Hazırda o “Pluton” şirkətində işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Evlidir, bir azyaşlı övladı var. İddiaçı iddia ərizəsində işsiz olduğunu qeyd etsə də, hazırda o, “Globus Plzada” “Maison Architect and interiors” şirkətində dizayner vəzifəsində işləyir və uşaqlar özəl bağçaya gedirlər, yəni İddiaçı evdə oturub uşaqlara baxmır. Dəfələrlə anası uşaqları onun iş yerindən götürmüşdür. Bundan başqa İddiaçı və uşaqların ikili vətəndaşlığı var və onlar həm Rusiya Federasiyasının vətəndaşlarıdırlar. Hazırda İddiaçı həm uşaqların saxlanması üçün məvacib həm də ana kapitali alır və bildiyinə görə hər ay kifayət qədər məbləğ əldə edir. Hər həftənin altıncı və bazar günləri anası uşaqları öz evlərinə aparır və uşaqların geyim, oyuncaq və digər şəxsi ehtiyaclarını təmin edir. Alimenti ödəmədiyi üçün axtarışa verilməyi ilə bağlı bildirmək istəyir ki, İddiaçı dəfələrlə onun köhnə iş yerinə gedərək orada səs-küy yaradaraq, mühasibatlıqla davadalaş yaratdığı üçün onu işdən azad etmişdirlər. Cəmi bir ay aliment borcundan xəbəri yox idi. Ona xəbər veriləndə ki, onu sahə polisi axtarır dərhal icra məmurunun yanına getmişdir. Orada borcu dərhal İddiaçı kart hesabına köçürmüşdür. İddiaçı iddia ərizəsində qeyd etdiyi şirkətə gəldikdə isə, bildirir ki, şirkət qurulduğu gündən bu günədək hələ fəaliyyətə başlamamışdır və həyat yoldaşına məxsusdur. Əlavə olaraq da bildirmək istəyir ki, İddiaçı və ailə üzvləri boşandıqdan sonra onu və ailə üzvlərini mütamadi olaraq narahat edirlər. Dəfələrlə anasına təhqirlərlə dolu mesajlar yazmışlar, anası polisə şikayət edəcəyini bildirdikdən sonra isə qorxmuşlar. Hazırki iddia ərizəsini də düşünür ki, yenə də onu və ailə üzvlərini narahat etmək üçün qaldırmışdır, onun maddi çətinliyi yoxdur. Hətta özünə bağ tikir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirtak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Birgə nikahlarından olan 2 övladı üçün minimum aliment məbləği, hər biri üçün 220 manat olmaqla, 440 manat alimentin tutulmasını xahiş edir. Nikah pozularkən cavabdehin gəlirlərinin 1/3 hissəsində alimentin tutularaq ona ödənilməsi qət edilsə də, sonradan cavabdeh işindən qovulmuş və o, xarici ölkəyə getmişdir. Bundan sonra cavabdehin anası minimum aliment məbləğini ödəməyə başlamışdır. Daha sonra keçən ilin sentyabr ayında cavabdeh yenidən işləməyə başlasa da, 1 aydan sonra onu yenə də işdən qovmuşlar. Ümumiyyətlə isə ona aliment məbləği hansısa firma vasitəsi ilə daxil olurdu. Lakin həmişə müəyyən dələduzluq yolu ilə məbləğdə müəyyən fərqlər yaranırdı. Çünki cavabdehin iş yerində müəyyən mükafatlar, əlavələr olsa da uşaqları onu heç vaxt görməyiblər. Daha sonra o, 2022-ci ilin sentyabr ayında minimum aliment tələbi ilə məhkəmədə iddia qaldırsa da, ona cavabdehin işlədiyi və təxmini 1600-1800 manat maaş aldığı bildirilmişdir. Buna görə də həmin iddiadan imtina etmişdir. Hal-hazırda bu məbləğ çox azdır, uşaqların ehtiyacı və tələbatları gün-gündən artır. Bilir ki, hazırki həyat yoldaşının adına şirkət açıb. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianı tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçının da qeyd etdiyi kimi, onlar boşandıqdan sonra onun müqaviləsinin müddəti bitdiyinə görə o işdən çıxmışdır. Bundan sonra Türkiyədə və bir neçə başqa ölkədə olmuşdur. Bu vaxt ərzində alimenti anası ödəmişdir. Daha sonra buradan iş təklifi almış və işə düzəlmişdir. Daha sonra iddiaçı onun iş yerinə gəlib problem yaratdığına görə onu 1 aydan sonra işdən azad etmişlər. Hal-hazırda 345 manat aliment ödəyir. Hal-hazırda 2 uşaq üçün ümumilikdə 220 manat ödəyə bilər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3912/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, 2153 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanması, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin və xx.xx.2019-cu il təvəllüdlü X1 3 yaşına çatanadək hər ay 200 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 278445 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV seriyalı, 281900 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV seriyalı, 841805 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. İş materiallarında olan AZ-İİ seriyalı, 466803 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4469 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Bayramova soyadı verilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3912/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, 2153 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanması, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin və xx.xx.2019cu il təvəllüdlü X1 3 yaşına çatanadək hər ay 200 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətini, yenidən ailə qurmasını və həmin ailədən yetkinlik yaşına çatmayan uşağın olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi alimentin artırılması hissəsi üzrə qismən əsaslı olduğundan qismən təmin olunmalı, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar