Məhkəmə qərarları › İş №2(004)-3166/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3166/2025

03.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3166/2025 03.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, “Chevrolet Cruze” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 təqsirli hərəkəti nəticəsində mülkiyyətində olan “X9” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 7894,00 (yeddi min səkkiz yüz doxsan dörd) manat maddi zərərin və ödədiyi 100 manat dövlət rüsümunun, ümumilikdə 7994,00 (yeddi min doqquz yüz doxsan dörd) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “X9” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə qanuni əsaslarla X2 istifadəsində olarkən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində hərəkət edərkən Cavabdeh2 mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, **-CY- *** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkət qaydalarını pozaraq yolun əks istiqamətinə çıxaraq yol nəqliyyat hadisəsi törədərək avtomobilinə maddi ziyan vurmuşdur. Hadisə ilə əlaqədar Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı X1 tərəfindən araşdırma aparılmış və tərəflərin izahatları alınaraq xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Araşdırma zamanı aydın olmuşdur ki, “Chevrolet Cruze” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası olmamışdır. Buna görə də, Yasamal Rayon DYPŞ-nin polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* №li protokola və TP ******* №li qərara əsasən, hadisədə “Chevrolet Cruze” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 təqsirli bilinərək AR İXM-nin 469.3 və 327.1-ci maddələrinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. Avtomobilinə dəymiş maddi zərərin ödənilməsi ilə bağlı qarşı tərəflə dəfələrlə əlaqə saxlamağıma baxmayaraq onlar müxtəlif bəhanələrlə bundan yayınmışdırlar. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Avtomobilə dəymiş zərərin obyektiv hesablanması üçün X6 Departamentinə müraciət etmiş və avtomobilə dəymiş zərərin məbləği qüsur aktına əsasən 7894,00 manat hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, müəyyən olunmuş məbləğ çoxdur. Maddi ziyan təxminən 3000 manat olar. Digər Cavabdeh2 mübahisəyə aidiyyatı yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə gəlmiş tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı Ariz Qədiməliyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 yanvar 2025-ci il tarixli qərarına əsasən Cavabdeh1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə bağlı toplanmış HK-1/1782 saylı materialda cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Chevrolet Cruze” markalı, **-CY-*** d.q.n-lı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 469.3 -cü maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. - X4 20 dekabr 2024-cü il tarixli qüsur aktına əsasən Hyundai servisdə “X9” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 7894,00 manat hesablanmışdır. - Yasamal rayon DYPŞ-nin İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində xx.xx.2024-cü il tarixdə saat 02:10 radələrində “Chevrolet Cruze” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 AR İXM-nin 327.1 və 469.3-cü maddələri ilə inzibati xəta törətmişdir. - Yasamal rayon DYPŞ-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 AR İXM-nin 327.1 və 469.3-cü maddələri ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin QCM/A 05-053/25 saylı, 26 avqust 2025ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı məxsus buraxılış ili 2014-cü il olan, “X9” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpasına çəkiləcək xərc 7702,0 (yeddi min yeddi yüz iki manat) təşkil etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları odur ki, xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman Cavabdeh1 “Chevrolet Cruze” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olduğu müəyyən edilmişdir. Hadisə nəticəsində iddiaçıya məxsus “X9” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Yasamal rayon DYPŞ-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 AR İXMnin 327.1 və 469.3-cü maddələri ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Hadisə tarixinə avtonəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi mövcud olmamışdır. X4 20 dekabr 2024-cü il tarixli qüsur aktına əsasən Hyundai servisdə “X9” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 7894,00 manat hesablanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin QCM/A 05- 053/25 saylı, 26 avqust 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı məxsus buraxılış ili 2014-cü il olan, “X9” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpasına çəkiləcək xərc 7702,0 (yeddi min yeddi yüz iki manat) təşkil etmişdir. Hal-hazırda iddiaçı “Chevrolet Cruze” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 təqsirli hərəkəti nəticəsində mülkiyyətində olan “X9” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 7894,00 (yeddi min səkkiz yüz doxsan dörd) manat maddi zərərin və ödədiyi 100 manat dövlət rüsümunun, ümumilikdə 7994,00 (yeddi min doqquz yüz doxsan dörd) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulmasını tələb edir, Cavabdeh1 iddia tələbinə etiraz edir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş ziyanın tutulmasını tələb etsə də, məhkəmə iddianı ancaq Cavabdeh1 münasibətdə əsaslı hesab edir. Çünki, hadisə baş verən zaman Cavabdeh1 idarə etdiyi avtomobil Cavabdeh2 mülkiyyətində olsa da, Cavabdeh1 avtomobili etibarnamə əsasında idarə etmişdir. Məhkəmə hesab edir ki, vurulmuş zərər mülkiyyətçidən deyil, yalnız Cavabdeh1 tutulmalıdır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa iddiaçı cavabdehlərdən müştərək qaydada 7894,00 manat məbləğində dəymiş ziyanın tutulmasını tələb etmiş, məhkəmə "xxxx" MMC-nin QCM/A 05- 053/25 saylı, xx.xx.2025-ci il tarixli rəyini nəzərə alaraq qeyd edir ki, Cavabdeh1 dəymiş ziyanın əvəzi olaraq 7702 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 vurulmuş maddi ziyanın əvəzi olaraq 7702 (yeddi min yeddi yüz iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu 100 (yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 500 (beş yüz) manat Cavabdeh1 tutularaq "xxxx" MMC-nin VÖEN **********, h/h AZ06AİİB400600C**********103, "xxxx" ASC Yasamal filialı, kod: 200037, VÖEN: **********, S.W.İ.F.T.: AİİBAZ2X, AZ37NABZ******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş maddi ziyanın əvəzi olaraq 7702 (yeddi min yeddi yüz iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu 100 (yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 500 (beş yüz) manat Cavabdeh1 tutularaq "xxxx" MMC-nin VÖEN **********, h/h AZ06AİİB400600C**********103, "xxxx" ASC Yasamal filialı, kod: 200037, VÖEN: **********, S.W.İ.F.T.: AİİBAZ2X, AZ37NABZ******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar